Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-697/2020 01.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı kredit sazişi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdeh “xxxx” MMC-yə qarşı kredit sazişi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin “Yasamal” filialı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 16Z/15 nömrəli kredit sazişinə əsasən, bank tərəfindən “xxxx” MMC-yə 6 ay müddətinə illik 5% dərəcəsi ilə 1193083,83 manat məbləğində təminatsız icra qarantiyası açılmış və icra zəmanəti verilmişdir. Kredit sazişinin 3.1-ci bəndinə əsasən borcalan hesabındakı vəsaiti təcrid edilmədən xx xxx 2016-cı il tarixinədək zəmanət məktubu verir. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan hesabında vəsait olmaması nəticəsində yaranan ssuda borcunu istifadə tarixindən 2 ay ərzində qaytarmağı qeyd şərtsiz olaraq öz öhdəsinə götürmüşdür. Kredit sazişinin 5.1-ci maddəsinə əsasən borcalan zəmanətin verildiyi tarixdən etibarən zəmanətin tam ödənildiyi tarixədək zəmanətin istifadə olunmamış balansına illik 5% hesabı ilə ödənilmiş komissiyanı Banka ödəməyi üzərinə götürmüşdür. Cavabdeh “xxxx” MMC istifadə olunmuş kredit sazişi ilə icra zəmanəti verilən 1193083,83 manat məbləğinin illik 5% hesabı ilə hesablanmış komissiyasından 8105,15 manat komissiya borcunu müqavilədə müəyyən olunmuş qaydada Banka ödəməmişdir. Cavabdeh “xxxx” MMC-yə komissiya borcunun vaxtında qaytarılması haqqında iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 16Z/15 nömrəli kredit sazişi üzrə 8105,15 manat komissiya haqqı və 30 manat dövlət rüsumu, habelə 40 qəpik bank xidmət haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X3 izahat verərək bildirdi ki, cavabdeh müqavilə öhdəliyi ilə bağlı müəyyən ödənişlər etmiş, lakin borcunu tam ödəməmişdir. Buna görə də o, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X5 iddianı qəbul etdiklərini bildirdi. O,qeyd etdi ki, cavabdeh Cəmiyyət faiz üzrə 15.259,41 manat məbləğdə ödəniş edib. Rəhbərlik iddia ərizəsində göstərilən məbləği hissə-hissə ödəməyə razıdır. Məhkəmə tərəfləri dinləyib, H.Novruzovun etirafını, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında “xxxx” ASC-nin “Yasamal” filialı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 16Z/15 nömrəli kredit sazişindən görünür ki, bank tərəfindən “xxxx” MMC-yə 6 ay müddətinə illik 5% dərəcəsi ilə 1193083,83 manat məbləğində təminatsız icra qarantiyası açılmış və icra zəmanəti verilmişdir. Kredit sazişinin 3.1-ci bəndinə əsasən borcalan hesabındakı vəsaiti təcrid edilmədən xx xxx 2016-cı il tarixinədək zəmanət məktubu verir. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan hesabında vəsait olmaması nəticəsində yaranan ssuda borcunu istifadə tarixindən 2 ay ərzində qaytarmağı qeyd şərtsiz olaraq öz öhdəsinə götürmüşdür. Kredit sazişinin 5.1-ci maddəsinə əsasən borcalan zəmanətin verildiyi tarixdən etibarən zəmanətin tam ödənildiyi tarixədək zəmanətin istifadə olunmamış balansına illik 5% hesabı ilə ödənilmiş komissiyanı banka ödəməyi üzərinə götürmüşdür. İş materiallarında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, “xxxx” MMC-nin “xxxx” ASC-yə cəmi qarantiya üzrə borcu 8.105,15 manat təşkil edir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehdən borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, “xxxx” ASC-nin “Yasamal” filialı ilə “xxxx” MMC arasında kredit sazişi bağlanmış, bank tərəfindən “xxxx” MMC-yə 6 ay müddətinə illik 5% dərəcəsi ilə 1193083,83 manat məbləğində təminatsız icra qarantiyası açılmış və icra zəmanəti verilmişdir. Cavabdeh “xxxx” MMC müqavilə öhdəliyini qismən yerinə yetirərək ödənişlər etmiş, lakin 8105,15 manat komissiya haqqını ödəməmişdir. Bu hal iş materialları və cavabdehin nümayəndəsinin məhkəmədə etirafı ilə öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, cavabdeh “xxxx” MMC-dən 8.105,15 manat məbləğində pul tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı kredit sazişi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən kredit sazişi üzrə 8.105,15 manat məbləğində komissiya haqqı tutularaq, iddiaçı “xxxx” ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı cavabdehə aid edilsin. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumunun əvəzi və 40 qəpik bank xidmət haqqı tutularaq, iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-697/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-697/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver