Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-7/2023 01.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən 13828,60 (on üç min səkkiz yüz iyirmi səkkiz manat 60 qəpik) manat məbləğində əsas borcun, 1383,36 (min üç yüz səksən üç manat 36 qəpik) manat məbləğində faiz borcunun, 967,51 (doqquz yüz altmış yeddi manat 51 qəpik) manat məbləğində cərimənin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1968 (min doqquz yüz altmış səkkiz) manat məbləğində faiz borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 532 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 0,12 ha torpaq sahəsi ipotekaya qoyulmuş və tərəflər arasında 30 iyun 2015-ci il tarixli 21 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli MA seriyalı ******* saylı çıxarış verilmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********846 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehə xx.xx.2015-ci il tarixli 532 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunmuş, mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmiş, lakin xx.xx.2021-ci il tarixdə nəzərdə tutulan ilkin mediasiya sessiyasına Cavabdeh gəlməmişdir. İddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci ödənilmiş və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. xx.xx.2021-ci il tarixinə Cavabdeh kredit üzrə ümumilikdə borcu 18147,47 (on səkkiz min yüz qırx yeddi manat 47 qəpik) manat təşkil edir. Bundan 13828,60 (on üç min səkkiz yüz iyirmi səkkiz manat 60 qəpik) manat əsas, 1383,36 (min üç yüz səksən üç manat 36 qəpik) manat faiz, 967,51 (doqquz yüz altmış yeddi manat 51 qəpik) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1968 (min doqquz yüz altmış səkkiz) manat faiz borcu təşkil edir. Cavabdeh nümayəndəsi Nümayəndə 21 yanvar 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı verilmiş xx.xx.2015-ci il tarixli, 532 nömrəli kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələb üzrə iddia müddəti 3 il müəyyən edilmiş və həmin müddət ötürülmüşdür. Belə ki, kredit 36 ay müddətinə verildiyinə görə müqavilə müddəti xx.xx.2018-ci ildə başa çatdığından həmin müqaviləyə əsaslanan iddia xx.xx.2021-ci il tarixədək verilə bilərdi. Lakin iddiaçı xx.xx.2021-ci il tarixdə, yəni iddia müddəti bitdikdən 5 ay 27 gün sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh və ya başqası tərəfindən qeyd olunan tarixlərdə hər hansı məbləğdə kredit ödənilməmişdir. İddiaçının təqdim etdiyi ödəniş sənədi (hesabdan çıxarışda) kreditin verilmə tarixi xx.xx.2016-cı il göstərilir və bu sənədin saxta olmaqla iddia müddətinin guya keçmədiyini əsaslandırmaq üçün təqdim olunduğunu göstərir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 11 mart 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Həmin iddia ərizəsi elektron məhkəmə sistemi vasitəsilə göndərildiyinə görə texniki səbəblərdən ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nəcəf-zadə Anarın adından deyil, onun direktoru olduğu "xxxx" MMC-nin adından imzalanmış, buna görə iddia ərizəsi məhkəmənin e-2-2(119)- 904/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı tərəfindən yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və yenə də eyni texniki səbəbdən iddia ərizəsi e-2-2(119)-904/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı tərəfindən yenidən iddia ərizəsi ilə məhkəmə müraciət olunmuş və mediasiya prosesində iştirak olunmadığına görə iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-904/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı tərəfindən yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və yenə də "xxxx" MMC-nin adından imzalandığına görə iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1248/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardad iddiaçıya rəsmi qaydada təqdim olunmamışdır. Həmçinin Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1248/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından şikayət verdikdən sonra iddiaçı tərəfindən verilən iddia ərizələrinin "xxxx" MMC-nin adından imzalanmamasına görə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına “ASAN imza” sertifikatı alınması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə ləğv prosessində olan İddiaçı ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu arasında “Asan imza SİMkart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında” ********* saylı müqavilə imzalanmışdır. Elə həmin gün ləğv prosesində olan İddiaçı ASC-nin adına “ASAN İMZA” sertifikatı alınandan sonra xx.xx.2021-ci il tarixdə yenidən iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Bundan başqa qeyd olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 532 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixinə 200 manat ödəniş olunmuşdur. Qeyd olunan ödəniş iddia müddəti ərzində cavabdeh tərəfindən ödənildiyinə görə hazırki iş üzrə iddia müddəti ötürülmüş hesab oluna bilməz. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən cavabdeh xx.xx.2019-cu il tarixinə 200 manat ödəniş etməklə borcu etiraf etməsini göstərən hərəkətlər etmiş və iddia müddətinin axımı kəsilmişdir. Həmçinin cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edildiyinə görə iddia tələbinə 6 illik iddia müddəti tətbiq olunmalıdır. Belə olan halda iddia müddətinin son tarixi kimi son ödənişin olunduğu tarixdən hesablanmaqla xx.xx.2025-ci il nəzərə alınmalıdır. Buna görə də cavabdeh tərəfindən təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizə əsassız hesab olunmalı və iddia tələbi üzrə iddia müddəti tətbiq olunmamalıdır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göstərilənlərə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 532 saylı kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməmiş hesab olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə 11 mart 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək bildirmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətə bağlanılmış 532 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin son müddəti xx.xx.2018-ci il tarix olmaqla iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçının ərizəsindən və iş üzrə tədqiq olunan digər sübutlardan görünür ki, iddiaçı tərəfindən ilk dəfə xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə rəsmi müraciət edilmişdir. İddia ərizəsi bir neçə dəfə məhkəmə tərəfindən geri qaytarılmış və sonuncu iddia ərizəsinin geri qaytarılması barədə qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır. Bundan sonra iddaçı tərəfindən eyni tələb üzrə yenidən iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş guya ki, Cavabdeh tərəfindən ödənilməsi bildirilən 22 noyabr 2018-ci il tarixli, (saat 09:10 (100 manat)) və 27 fevral 2019-cu il tarixli (200 manat) ödəniş qəbzlərindəki məbləğlər Cavabdeh tərəfindən ödənilməmiş və qeyd olunan qəbzlərdəki imzalar Cavabdeh aid deyil. Ümumiyyətlə 2018-ci ildən hazırkı vaxtadək qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh Sumqayıt şəhərində yaşayır və onun 22 noyabr 2018-ci il tarixdə Bakı şəhərinə, Babək prospektində yerləşən Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna iş saatı başlamamışdan gələrək səhər saat 09:10-da 100 manat ödəniş etməsi inandırıcı deyildir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 532 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixli olmaqla həmin tarixdə bağlandığı halda müvafiq hesab üzrə çıxarışda həmin müqavilənin 1 il 06 ay sonra, yəni xx.xx.2016-ci il tarixdə bağlanmasının qeyd olunması maraqlı şəxslər tərəfindən kredit və ödəniş qəbzlərinin tarixini və ya imzalarının təhrif edilməsinə əsaslı şübhələr yaradır. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə iddia müddətinin ötürülməsi (müvafiq ərizə ilə məhkəməyə gec müraciət edilməsinin) əsası kimi LPO İddiaçı ASC-nin adına “Asan imza” sertifikatı olmaması və onun alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi göstərilmişdir. Bu isə iddia müddətinin ötürülməsi zamanı cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinə və məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsinə maneə deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırki iş üzrə kredit müqaviləsi əsas, ipoteka müqaviləsi isə əsas kredit müqaviləsinin təminatıdır. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən əsas öhdəlik üzrə iddia müddətinin ötürülməsi, əsas öhdəliyin təminatı olan, zaminlik, girov, ipoteka və s. üzrədə iddia müddətinin ötürülməsinə səbəb olur. Hazırkı kredit müqaviləsi üzrə öhdəliyin son müddəti xx.xx.2018-ci il tarixdir və cavabdeh həmin tarixdən sonra heç bir ödəniş etməmişdir, iddiaçı isə ilk dəfə iddia ilə məhkəməyə müraciət edən zaman, yəni xx.xx.2021-ci il tarix iddia müddətinin sonuncu günü olmuş, məhkəmə həmin iddia üzrə iddia ərizəsini bir neçə dəfə geri qaytarmış və qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır. Yəni, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək iddia müddətinin axımı dayandırılmış olsa belə, xx.xx.2021-ci il tarixdən iddia müddətinin axımı başlamışdır və sonuncu iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edilənədək davam etmişdir. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu səbəbdən də, hazırki iş üzrə qanuni, əsaslı, ədalətli və obyektiv qərar qəbul edilməsi məqsədi ilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş guya ki, Cavabdeh tərəfindən ödənilməsi bildirilən 22 noyabr 2018-ci il tarixli, (saat 09:10 (100 manat)) Report: **********3300800 nömrəli və 27 fevral 2019-cu il tarixli, (200 manat) Report: **********6140003 nömrəli ödəniş qəbzlərindəki “ödəyənin imzası” qrafasındakı imzaların Cavabdeh məxsus olub-olmamasını, həmin qəbzlərdəki imzaların eyni şəxs tərəfindən icra edilib-edilməməsini müəyyən etməkdən ötrü məhkəməxəttşünaslıq ekspertizası təyin edilməsini və buna uyğun olaraq iddia müddətini tətbiq edərək iddanın rədd olunması barədə qərar qəbul olunması xahiş etmişdir. Qeyd olunur ki, cavabdehin nümayəndəsinin məhkəmə-xətşüsanlıq ekspertizası təyin edilməsi barədə vəsatəti Sumqayıt Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli e-2-2(119)-94/2022 nömrəli qərardadına əsasən kredit borcunun ödənilməsi ilə bağlı bank müəssisələri istənilən şəxs tərəfindən ödənişləri qəbul etdiyinə görə vəsatətdə qeyd olunan qəbzlərdəki imzaların cavabdehə və ya qeyri şəxslərə aid olmasının müəyyən edilməsi işin həlli üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların təsdiq olunmasına xidmət etmədiyinə görə əsassız hesab olunaraq təmin olunmamışdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 izahatında ipoteka predmeti olan torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinin müvafiq qaydada Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə sənədi əldə edə bilmədiklərini bildirmişdir. Eyni zamanda faiz borcunun məbləği aşağı hesablandığı üçün məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə qismən razılaşdıqlarını bildirmiş, iddianı müdafiə edərək iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, xx.xx.2018-ci və xx.xx.2019-cu il tarixlərdə cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyini bildirərək iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək 01 may 2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və iclasın başqa tarixə təxirə salınmasını xahiş etmiş olsa da, məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbi olmasını təsdiq edən sübut təqdim etməmişdir. Buna görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 30 iyun 2015-ci il tarixli 532 saylı kredit müqaviləsinə əsasən əkinçilik təsərrüfatı ilə məşğul olmaq məqsədilə Cavabdeh 36 ay müddətinə illik 6% dərəcəsi ilə 14500 (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faizi ödəyir. İş materiallarında olan 30 iyun 2015-ci il tarixli 532 saylı kredit müqaviləsinə Əlavəyə əsasən müəyyən olunur ki, cavabdehin banka olan borcunun sonuncu ödəniş tarixi 25 iyun 2018-ci il olmaqla həmi borcun müvafiq ödəniş cədvəlinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəli borcalan Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 30 iyun 2015-ci il tarixli 21 nömrəli ipoteka müqaviləsinə əsasən 30 iyun 2015-ci il tarixli 532 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi **********, seriya MA 0382533) xx.xx.2012-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən, ümumi 0,12 ha torpaq sahəsini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş qəbzlərindən və hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra 25 iyul 2018-ci il tarixdə 150 manat məbləğində, 24 avqust 2018-ci il tarixdə 200 manat məbləğində, 22 noyabr 2018-ci il tarixdə 100 manat məbləğində və 27 fevral 2019-cu il tarixdə 200 manat məbləğində kredit ödənişləri edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 03 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 21 aprel 2021-ci il tarixinə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 13828,60 manat məbləğində əsas bоrcu, 967,51 (doqquz yüz altmış yeddi manat 51 qəpik) manat məbləğində cərimə, müqavilə müddətinə hesablanmış 1383,36 manat faiz borcu və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1968 (min doqquz yüz altmış səkkiz) manat məbləğində faiz borcu оlmaqla, cəmi 18147,47 manat məbləğində kredit borcu vardır. Məhkəmə tərəfindın əsas və faiz borcunun, eyni zamanda ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. 17 mart 2023-cü il tarixli 9/8108 nömrəli ekspert rəyində göstərilir ki, Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2018-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka ödənilməli olan əsas borc 14500 manat, faiz borcu 327,58 manat olmaqla, ümumilikdə 14.827,58 manat məbləğində müəyyən edilmişdir. Təqdim olunan hesabdan çıxarış məlumatlarından göründüyü kimi 30 iyun 2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə Cavabdeh tərəfindən ümumilikdə 999 manat ödəniş aparılmış, həmin ödənişin 671,4 manatı əsas borca, 372,60 manatı isə faiz borcuna silinmişdir. Belə olan halda Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 30 iyun 2015-ci il tarixli 532 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 13828,60 manat, faiz borcu 1964,48 manat müəyyən edilmişdir. 31 mart 2023-cü il tarixli 10/8072-9/8148 nömrəli ekspert rəyindən görünür ki, Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 0,12 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 18000 manat məbləğində, likvid qiyməti 10% azalma tətbiq edilməklə likvid dəyəri 16200 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448-ci maddəsinə əsasən əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz . - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh 30 iyun 2015-ci il tarixli 532 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) 30 iyun 2015-ci il tarixli 532 nömrəli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2018-ci və xx.xx.2019-cu il tarixlərdə cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyi əsas gətirilərək məhkəmədən iddia müddətinin tətbiq olunması xahiş edilsə də, iş materialları ilə müəyyən edilmişdir ki, 30 iyun 2015-ci il tarixli 532 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra dörd dəfə - 25 iyul 2018-ci il tarixdə 150 manat məbləğində, 24 avqust 2018-ci il tarixdə 200 manat məbləğində, 22 noyabr 2018-ci il tarixdə 100 manat məbləğində və 27 fevral 2019-cu il tarixdə 200 manat məbləğində kredit ödənişləri edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə vaxtaşırı ödəmələr 2015-2016-cı illərdə 75, 185, 70 manat məbləğində, 2017-2018-ci illərdə isə mütəmadi olaraq 200 manat məbləğində həyata keçirilimişdir. Göründüyü kimi, müqavilə müddəti bitdikdən sonra həyata keçirilən ödənişlərin məbləğləri ilə müqavilə müddətində həyata keçirilən ödənişlərin məbləğləri uyğunluq təşkil edir və bu hal özü də 25 iyul 2018-ci, 24 avqust 2018-ci, 22 noyabr 2018-ci və 27 fevral 2019-cu il tarixlərdə ödənişlərin də cavabdeh tərəfindən həyata keçirilməsi qənaətinə gəlməyə əsas verir. Göstərilənlərə əsasən cavabdehin “iddia müddətinin tətbiq olunması” haqqında ərizəsi əsassızdır. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, 30 iyun 2015-ci il tarixli 532 nömrəli kredit müqaviləsi üzrə kredit ödənişləri müqavilə şərtlərinə uyğun ödənilmədiyindən həmin müqavilə üzrə yaranmış əsas və faiz borcu Cavabdeh iddiaçının xeyrinə tutulmalı, faiz borcunun məbləğləri müəyyən edilərkən 17 mart 2023-cü il tarixli 9/8108 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, ekspert rəyi ilə iddia ərizəsində tələb edilən “1383,36 manat məbləğində faiz borcu” təsdiq olunmur, “müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1968 manat” isə 1964,48 manat müəyyən edilmişdir. Buna görə də, cavabdehdən 13828,60 (on üç min səkkiz yüz iyirmi səkkiz manat 60 qəpik) manat məbləğində əsas borc və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1964,48 (min doqquz yüz altmış dörd manat 48 qəpik) manat faiz borcu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın "967,51 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın "tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin və mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi” tələbinə aid hissəsi isə aşağıda təsvir olunanlara əsasən əsaslılığı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən 30 iyun 2015-ci il tarixli 532 nömrəli kredit müqaviləsinin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “ipoteka saxlayan” və Cavabdeh – “ipoteka qoyan” olmaqla sonuncunun mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən, ümumi 0,12 ha torpaq sahəsinin ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi ilə əlaqədar bağlanmış 30 iyun 2015-ci il tarixli 21 nömrəli ipoteka müqaviləsi iddia ərizəsinə əlavə edilsə də, iddiaçı tərəfindən həmin yüklülüyün (daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsinin) müvafiq qaydada Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə sənəd məhkəməyə təqdim olunmamış, bununla da qanunvericiliyin tələbinə uyğun olaraq yüklülüyün dövlət qeydiyyatına alınması təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (maddə 11.1) və ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir (maddə 11.2). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Beləliklə, daşınmaz əmlak olan ipoteka predmeti ilə əlaqədar bağlanmış 30 iyun 2015-ci il tarixli 21 nömrəli ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün, Cavabdeh tələb edilən kredit borcu həmin ipoteka müqaviləsində nəzərdə tutulan ipoteka predmetinə yönəldilə bilməz və buna görə də, iddia tələbi “borcun ipoteka predmetinə yönəldilməsi” hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 13828,60 (on üç min səkkiz yüz iyirmi səkkiz manat 60 qəpik) manat məbləğində əsas borc, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1964,48 (min doqquz yüz altmış dörd manat 48 qəpik) manat faiz borcu və 100 manat məbləğində cərimə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət büdcəsinə ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh, “borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi təmin olunmadığına görə isə məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 137,68 (yüz otuz yeddi manat 68 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 107,68 (yüz yeddi manat 68 qəpik) manat məbləğində (137,68 manat – 30 manat = 107,68 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 13828,60 (on üç min səkkiz yüz iyirmi səkkiz manat 60 qəpik) manat məbləğində əsas borc, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1964,48 (min doqquz yüz altmış dörd manat 48 qəpik) manat faiz borcu, 100 manat məbləğində cərimə, mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 16123,08 (on altı min yüz iyirmi üç manat 08 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X1 ödənilsin. Cavabdeh dövlət nəfinə 107,68 (yüz yeddi manat 68 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-7/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-7/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver