Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-709/2025 04.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10580,22 (on min beş yüz səksən ABŞ dolları iyirmi iki sent) ABŞ dolları əsas borc, 4090,65 (dörd min doxsan ABŞ dolları altmış beş sent) ABŞ dolları faiz borcu, 3707,92 (üç min yeddi yüz yeddi ABŞ dolları doxsan iki sent) ABŞ dolları cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 1547,91 (min beş yüz qırx yeddi ABŞ dolları doxsan bir sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 19926,70 (on doqquz min doqquz yüz iyirmi altı ABŞ dolları yetmiş sent) ABŞ dolları faiz borcun və 191,63 (yüz doxsan bir manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə tərəflər arasında bağlanmış 22 aprel 2025-ci il tarixli barışıq sazişini təqdim edərək məhkəmədən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 22 aprel 2025-ci il tarixdə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişinin mövzusunu hazırkı kommersiya mübahisəsinin barışıq yolu ilə həll edilməsi təşkil edir. Həmin barışıq sazişinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13 mart 2025-ci il tarixinə bank əməliyyat sistemində 10580,22 (on min beş yüz səksən ABŞ dolları iyirmi iki sent) ABŞ dolları əsas, 4090,65 (dörd min doxsan ABŞ dolları altmış beş sent) ABŞ dolları faiz, 1627,81 (min altı yüz iyirmi yeddi ABŞ dolları səksən bir sent) ABŞ dolları köçürülmüş faizlər və 2080,11 (iki min səksən ABŞ dolları on bir sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, kredit müqaviləsi üzrə faiz borcundan 3000 (üç min) manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 16000 (on altı min) manat məbləğində borcun 24 ay müddətinə, yəni 2025-cı ilin may ayından başlayaraq, hər ay 666,67 (altı yüz altmış altı manat altmış yeddi qəpik) manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu sazişin 2.2-ci bəndində göstərilən 16000 (on altı min) manat borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Barışıq sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra bank əməliyyat sistemində qalıq borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 22 aprel 2025-ci il tarixli barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 22 aprel 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-709/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 22 aprel 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13 mart 2025-ci il tarixinə bank əməliyyat sistemində 10580,22 (on min beş yüz səksən ABŞ dolları iyirmi iki sent) ABŞ dolları əsas, 4090,65 (dörd min doxsan ABŞ dolları altmış beş sent) ABŞ dolları faiz, 1627,81 (min altı yüz iyirmi yeddi ABŞ dolları səksən bir sent) ABŞ dolları köçürülmüş faizlər və 2080,11 (iki min səksən ABŞ dolları on bir sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, kredit müqaviləsi üzrə faiz borcundan 3000 (üç min) manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 16000 (on altı min) manat məbləğində borcun 24 ay müddətinə, yəni 2025-cı ilin may ayından başlayaraq, hər ay 666,67 (altı yüz altmış altı manat altmış yeddi qəpik) manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu sazişin 2.2-ci bəndində göstərilən 16000 (on altı min) manat borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Barışıq sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra bank əməliyyat sistemində qalıq borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)- 709/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-709/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-709/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver