Məhkəmə qərarları › İş №e-2-2(119)-710/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-710/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-710/2024 07.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli 011R********** nömrəli kredit müqaviləsi üzrə 8488,01 (səkkiz min dörd yüz səksən səkkiz manat, bir qəpik) manat məbləğində əsas borc, 923,60 (doqquz yüz iyirmi üç manat, altmış qəpik) manat məbləğində faiz borcu, 394,31 (üç yüz doxsan dörd manat, otuz bir qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 9805,92 (doqquz min səkkiz yüz beş manat, doxsan iki qəpik) manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının, iddianın verilməsinə görə ödənilmiş 118,06 (yüz on səkkiz manat, altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Quba şəhərində yerləşən 0,042 ha torpaq sahəsinə yönəldilərək, həmin sahənin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya borcun ödənilməsi, həmin vəsait kifayət etmədiyi halda isə qalan borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 may 2024-cü il tarixli e-2-2(119)-710/2024 nömrəli qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verdiyi “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və kommersiya işi üzrə icraatın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən ekspertiza rəyi alınanadək dayandırılması qərara alınmışdır. İddiaçı 01 oktyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən ekspert rəyi alınmadan, icraatın yenilənərək işin baxılmamış saxlanılıb geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli e-2-2(119)- 710/2024 nömrəli məktubu ilə Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunaraq e-2- 2(119)-710/2024 nömrəli kommersiya işinin Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmasının təmin edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli e-2-2(119)- 710/2024 nömrəli qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçı 06 noyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək təyin edilmiş məhkəmə baxış iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirərək işin baxılmamış saxlanılıb geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizənin baxılmamış saxlanılması haqqında ərizəsi təmin edilməli və onun tərəfindən cavabdehlərə qarşı verilmiş "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar