Məhkəmə qərarları › İş №e-2-2(119)-710/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-710/2025

28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-710/2025 28.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6370 (altı min üç yüz yetmiş) manat məbləğində sığorta haqqı və 83,70 (səksən üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6453,70 (altı min dörd yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sığortalılara çatdırılması üçün yaşıl kart sığortası növü üzrə sığorta şəhadətnamələri (blanklar) Cavabdehnə təhvil verilmiş, lakin cavabdeh sığortalılardan aldığı 6370 (altı min üç yüz yetmiş) manat məbləğində sığorta haqlarını iddiaçının hesabına köçürməmişdir. Maliyyə arayışından da göründüyü kimi, yaşıl kart üzrə 6370 (altı min üç yüz yetmiş) manat məbləğində şəhadətnamələrin sığortalılara çatdırılması, sığortalılardan müvafiq sığorta haqqı məbləğlərinin alınaraq iddiaçının hesabına köçürülməsi üçün sığorta müqavilələri Cavabdehnə təhvil verilmişdir. Yaşıl kart üzrə 6370 (altı min üç yüz yetmiş) manat məbləğində şəhadətnamələrin sığorta haqqının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi cavabdehin vəzifəsidir. İddiaçı tərəfindən Cavabdeh ünvanına 07 mart 2025-ci il tarixli AS-25/441 saylı pretenziya məktubu göndərilsə də, müvafiq sığorta haqqı bu günədək iddiaçıya ödənilməmişdir. Cavabdeh 15 aprel 2025-ci il tarixdə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehlə arasında nə müqavilə münasibətlərinin mövcud olmasını, nə də müqavilədənkənar (əsassız varlanma və ya delikt) münasibətlərin mövcud olmasını sübut etmişdir. Məhkəməyə iddianın faktiki əsasını təsdiq edə bilən hər hansı müqavilə və ya cavabdehin hərəkəti nəticəsində iddiaçının 6370 manat zərərə məruz qalmasına dair hər hansı bir sübut təqdim edilməmişdir. Bu isə ona dəlalət edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar sübut edilməmişdir. 12 iyun və 08 iyul 2025-ci il tarixli məhkəmə baxış iclaslarında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda o, bildirmişdir ki, 27 sentyabr 2024-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək 7370 manat məbləğində borcun 10 gün müddətində ödənilməsi xahiş olunmuş və 11 oktyabr 2024-cü il tarixdə Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 1000 manat məbləğində vəsait köçürülmüşdür. Bu hal cavabdehin iddia tələbinə etirazında qeyd etdiyi tərəflər arasında müqavilə olmaması halını təkzib edir. 25 iyul 2025-ci il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə təqdim edilərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmənin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir Belə ki, iş materiallarında olan sığorta şəhadətnamələrindən və 06 mart 2025-ci il tarixli maliyyə arayışına əlavə edilmiş cədvəldən görünür ki: - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli Krone markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı yarımqoşqu 70 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KOGEL SN 24 markalı yarımqoşqu 70 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli DAF markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli MERCEDES BENZ markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli DAF markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli MAN markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021xx.xx.2022-ci il; -GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KRONE markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KRONE markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli VOLVO markalı nəqliyyat vasitəsi 400 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KRONE markalı nəqliyyat vasitəsi 50 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli VOLVO markalı nəqliyyat vasitəsi 400 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli LAMBERET markalı nəqliyyat vasitəsi 50 manat sığorta haqqı olmaqla xx.xx.2021xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KRONE markalı nəqliyyat vasitəsi 50 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli VOLVO markalı nəqliyyat vasitəsi 400 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli SCANİA markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli VOLVO markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KRONE markalı nəqliyyat vasitəsi 50 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli DAF markalı nəqliyyat vasitəsi 400 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli KRONE markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli MAN markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** AC *** qeydiyyat nömrəli DAF markalı nəqliyyat vasitəsi 440 manat sığorta haqqı olmaqla xx.xx.2021-xx.xx.2022-ci il; - GAA********** saylı sığorta şəhadətnaməsi üzrə ** ZA *** qeydiyyat nömrəli SCHMİTZ markalı nəqliyyat vasitəsi 70 manat sığorta haqqı olmaqla xx.xx.2021xx.xx.2022-ci il tarixləri üzrə sığortalanmışdır. İş materiallarında olan 27 sentyabr 2024-cü il tarixli AS-24/845 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh MMC-dən sığortalılara çatdırılması üçün yaşıl kart sığortası növü üzrə sığorta şəhadətnamələrinə (blanklar) görə sığortalılardan alınmış 7370 manat məbləğində sığorta haqqının 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan 11 oktyabr 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, ödənişin təyinatı sığorta ödənişi olmaqla Cavabdeh MMC tərəfindən "xxxx" ASC-nin hesabına 1000 manat ödənilmişdir. İş materiallarında olan 07 mart 2025-ci il tarixli AS-25/441 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh MMC-dən sığortalılara çatdırılması üçün yaşıl kart sığortası növü üzrə sığorta şəhadətnamələrinə (blanklar) görə sığortalılardan alınmış 6370 manat məbləğində sığorta haqqının 5 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan 06 mart 2025-ci il tarixli AS-25/440 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin "xxxx" ASC-yə 31 yaşıl kart müqaviləsi üzrə 6370 manat məbləğində debitor borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 16 iyul 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş məlumatlardan görünür ki, sığorta şəhadətnamələri üzrə sığorta təminatının qüvvədə olduğu müddətdə şəhadətnamələrdə qeyd edilən nəqliyyat vasitələri Cavabdeh MMC-nin mülkiyyətində olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: - 50–1.0-ci maddəsinə əsasən avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqaviləsinin aşağıdakı növləri var: 50–1.0.1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqaviləsi (bundan sonra - standart sığorta müqaviləsi); 50–1.0.2. digər ölkədə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının ərazisinə daxil olarkən sürücüsü tərəfindən bu Qanunun 63–1.2-ci maddəsində nəzərdə tutulmuş Yaşıl Kart təqdim olunmayan avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan sığorta müqaviləsi; 50–1.0.3. bu Qanunun 4–1-ci fəslinə uyğun olaraq bağlanmış beynəlxalq sığorta müqaviləsi (Azərbaycan Yaşıl Kartı). - 55.3-cü maddəsinə əsasən Azərbaycan Yaşıl Kartı bir, üç, altı və ya on iki ay müddətinə bağlanır. - 55.6-cı maddəsinə əsasən Azərbaycan Yaşıl Kartı, onda başqa cür müəyyən edilməmişdirsə, bağlandığı andan qüvvəyə minir. - 63–1.2-ci maddəsinə əsasən yaşıl Kart – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyası, eyni zamanda X1 idarəedici təşkilatı olan Bürolar Şurası (bundan sonra - Bürolar Şurası) tərəfindən qəbul edilmiş formada bağlanan, Bürolar Şurasının üzvü olan istənilən ölkədə aid olduğu avtonəqliyyat vasitəsinin istifadəsi ilə bağlı mülki məsuliyyətin icbari sığortasının mövcudluğunu təsdiq edən beynəlxalq sığorta müqaviləsidir. - 63–2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi X1 tətbiq edildiyi xarici ölkə ərazisində müvəqqəti istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisini tərk etməzdən əvvəl, bu Qanunun 50– 1.0.3-cü maddəsində nəzərdə tutulmuş icbari sığorta müqaviləsini bağlayaraq Azərbaycan Yaşıl Kartını əldə etməlidir. - 63–2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan Yaşıl Kartını yalnız X2 fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla bağlayır. Məhkəmə ilk növbədə cavabdehin iddiaçı ilə arasında sığorta müqaviləsinin mövcud olmamasına dair dəlilləri ilə bağlı qeyd edir ki, “Yaşıl Kart” beynəlxalq sığorta sistemi mahiyyət etibarilə avtomobil sahiblərinin transsərhəd məsuliyyətini tənzimləyən xüsusi sığorta mexanizmidir və bu sistemin hüquqi bazası Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və Avtonəqliyyat Vasitələri Sığortaçılarının Milli Bürolarının Beynəlxalq Assosiasiyası və X1 idarəedici təşkilatı olan Bürolar Şurası tərəfindən müəyyən edilmişdir. Qəbul olunmuş qaydalara əsasən “Yaşıl Kart” sığorta şəhadətnaməsi beynəlxalq standart forma üzrə rəsmiləşdirilir və bu, tərəflər arasında bağlanmış beynəlxalq sığorta müqaviləsi kimi hüquqi qüvvəyə malik olur. İş materiallarından görünür ki, cavabdehə məxsus nəqliyyat vasitələrinin istismarından irəli gələ biləcək mülki məsuliyyətin icbari qaydada sığortalanması təmin edilmiş və bu barədə iddiaçı sığortaçı tərəfindən cavabdehə müvafiq “Yaşıl Kart” sığorta şəhadətnamələri təqdim edilmişdir. Bu hal bir daha sübut edir ki, tərəflər arasında sığorta münasibətləri mövcud olmuşdur və cavabdehin müqavilənin mövcud olmamasına dair etirazları əsassızdır. Bundan əlavə, iş üzrə təqdim olunmuş sübutlardan aydın olur ki, iddiaçı tərəfindən cavabdehə 7370 (yeddi min üç yüz yetmiş) manat məbləğində sığorta ödənişi tələbi ilə 27 sentyabr 2024-cü il tarixdə yazılı pretenziya məktubu göndərilmiş, cavabdeh isə həmin tələbin əsaslı olduğunu təsdiq edən hərəkətlər edərək iddiaçının hesabına 11 oktyabr 2024-cü il tarixdə 1000 (min) manat məbləğində ödəniş etmişdir. Cavabdeh tərəfindən həyata keçirilmiş bu qismən ödəniş də onun iddiaçı ilə sığorta münasibətlərini qəbul etdiyini və öhdəliyin mövcudluğunu etiraf etdiyini göstərir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sığorta ödənişi tələbi əsaslıdır və təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “83,70 (səksən üç manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 17 mart 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 83,70 (səksən üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia həmin hissədə də təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 83,70 (səksən üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 6370 (altı min üç yüz yetmiş) manat məbləğində sığorta haqqı və 83,70 (səksən üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6453,70 (altı min dörd yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən 6370 (altı min üç yüz yetmiş) manat məbləğində sığorta haqqı və 83,70 (səksən üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6453,70 (altı min dörd yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar