Məhkəmə qərarları › İş №e-2-2(119)-712/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-712/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-712/2025 13.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Komleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 21839,12 (iyirmi bir min səkkiz yüz otuz doqquz manat on iki qəpik) manat məbləğində əsas borc, 1652,77 (min altı yüz əlli iki manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 345,15 (üç yüz qırx beş manat on beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 23837,04 (iyirmi üç min səkkiz yüz otuz yeddi manat dörd qəpik) manat məbləğində borcun və 161,51 (yüz altmış bir manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2022-ci il tarixli 8071***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh2 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit limiti açılmışdır. xx.xx.2022-ci il tarixli 8071***-*******01L saylı əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən Cavabdeh2 illik 19 faiz dərəcəsi ilə xx.xx.2025-ci il tarixədək 0 (sıfır) ay güzəşt olmaqla, 35000 (otuz beş min) manat məbləğində borc pul vəsaiti “avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə” verilmişdir. Əsas kredit limiti razılaşmasından irəli gələn öhdəliklərin təmin olunması üçün bankla digər Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 8FİZAM160613502 saylı zaminlik müqaviləsi bağlanmış və o, əsas kredit razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün borclu Cavabdeh2 ilə kreditor qarşısında birgə məsuliyyəti öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 8140***-*******01R nömrəli restrukturizasiya razılaşmasına əsasən kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli əlavə razılaşma əsasında Cavabdeh2 illik 19 faiz dərəcəsi ilə 30 ay müddətinə, xx.xx.2025-ci il tarixədək kredit borcu verilmiş və restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit borcu üzrə 22937,78 manat əsas borcu mövcuddur. Müqavilənin 3-cü bəndinə əsasən həmin razılaşmanın 2-ci bəndində qeyd edilmiş kredit (borc) üzrə faiz dərəcəsi 12 faiz və kreditin son icra müddəti xx.xx.2025-ci il müəyyən edilmişdir. Cavabdeh2 onunla bağlanmış razılaşmaların şərtlərinə əməl etmədiyindən onun özünə, eləcə də öhdəlik üzrə zamin Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, razılaşmalardan irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Razılaşma üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21839,12 manat məbləğində əsas borcu, 1652,77 manat məbləğində hesablanmış faiz borcu, 345,15 manat cərimə olmaqla, cəmi 23837,04 manat məbləğində borcu qalmaqdadır. 13 may 2025-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul etdiyini, lakin maddi imkanı olmadığı üçün borcu ödəyə bilmədiyini demişdir. İş üzrə digər Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “kreditverən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “borcalan” Cavabdeh2 arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli 8071***-*******01L nömrəli əsas kredit limiti razılaşmasına əsasən kreditverən borcalana 200000 (iki yüz min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bıı müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürür. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli 8071***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 08 dekabr 2022-ci il tarixli razılaşmanın 2-ci bəndinə əsasən kreditverən 07 dekabr 2022-ci il tarixli 8071***- *******01L nömrəli kredit limiti razılaşması çərçivəsində illik 19 faiz dərəcəsi ilə xx.xx.2025ci il tarixinədək 0 (sıfır) ay güzəşt olmaqla 35000 (otuz beş min) manat məbləğdə borc pul vəsaitini avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə boracalana verir. İş materiallarında olan 14 fevral 2024-cü il tarixli 8140224-**********R nömrəli restrukturizasiya razılaşmasının 2-ci bəndinə əsasən kreditverən kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli əlavə razılaşmaya əsasən borcalana illik 19 faiz dərəcəsi ilə 30 ay müddətinə, xx.xx.2025-ci il tarixədək kredit borcu vermiş və restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit borcu üzrə 22937,78 manat əsas borcu mövcuddur. Həmin razılaşmanın 3-cü bəndinə əsasən həmin razılaşmanın 2-ci bəndində qeyd edilmiş kredit (borc) üzrə faiz dərəcəsi 12 faiz və kreditin son icra müddəti xx.xx.2025-ci il müəyyən edilmişdir. Həmin razılaşmanın 7-ci bəndinə əsasən borcalan tərəfindən ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə,“kreditverən verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 12 % üstəgəl 5% gecikdirmə faizi ilə hesablamaq hüququna malikdir. Ödəniş cədvlində qeyd edilmiş kreditin (borcun) son icra müddətində borcalan kredit və faizlər kreditverənə ödəmədikdə, borcalan kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 25 iyun 2023-cü il tarixli 8FİZAM160613502 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh2 07 dekabr 2022-ci il tarixli 8071***-*******01L nömrəli kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərinin tamamının icrası üçün onunla birgə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 06 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21839,12 (iyirmi bir min səkkiz yüz otuz doqquz manat on iki qəpik) manat əsas borc, 1652,77 (min altı yüz əlli iki manat yetmiş yeddi qəpik) manat kredit üzrə faiz borcu, 229,29 (iki yüz iyirmi doqquz manat iyirmi doqquz) manat cərimə olmaqla, cəmi 23837,04 (iyirmi üç min səkkiz yüz otuz yeddi manat dörd qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 13 mart 2025-ci il tarixdə pretenziya məktubu göndərilərək kredit müqaviləsi üzrə 06 mart 2025-ci il tarixə banka 21839,12 manat məbləğində əsas borc, 1652,77 manat faiz borcu və 229,29 manat cərimə olmaqla, cəmi 23837,04 manat borc olduğu bildirilmiş, 3 gün müddətində banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 aldığı 07 dekabr 2022-ci il tarixli 8071***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 08 dekabr 2022-ci il tarixli razılaşma və 14 fevral 2024-cü il tarixli 8140224-**********R nömrəli restrukturizasiya razılaşması üzrə əsas borcu və razılaşma ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh2 sözügedən kredit razılaşması üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, həmin kredit razılaşması üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən 21839,12 (iyirmi bir min səkkiz yüz otuz doqquz manat on iki qəpik) manat məbləğində əsas borc, 1652,77 (min altı yüz əlli iki manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu və 229,29 (iki yüz iyirmi doqquz manat iyirmi doqquz) manat məbləğində cərimə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 25 iyun 2023-cü il tarixli 8FİZAM160613502 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun 07 dekabr 2022-ci il tarixli 8071***-*******01L nömrəli kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehlərdən müştərək qaydada 161,51 (yüz altmış bir manat əlli bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 161,51 (yüz altmış bir manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 161,51 (yüz altmış bir manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 21839,12 (iyirmi bir min səkkiz yüz otuz doqquz manat on iki qəpik) manat məbləğində əsas borc, 1652,77 (min altı yüz əlli iki manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 345,15 (üç yüz qırx beş manat on beş qəpik) manat məbləğində cərimə və 161,51 (yüz altmış bir manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 23998,55 (iyirmi üç min doqquz doxsan səkkiz manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 21839,12 (iyirmi bir min səkkiz yüz otuz doqquz manat on iki qəpik) manat məbləğində əsas borc, 1652,77 (min altı yüz əlli iki manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 345,15 (üç yüz qırx beş manat on beş qəpik) manat məbləğində cərimə və 161,51 (yüz altmış bir manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 23998,55 (iyirmi üç min doqquz doxsan səkkiz manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar