Məhkəmə qərarları › İş №e-2-2(119)-715/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-715/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-715/2023 21.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X10 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə və Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 19 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi əsasında yaranmış borcun – üç aylıq icarə haqqının cəmisi olan 25500 manat, ƏDV borcu olan 4590 manat, elektrik enerjisindən istifadəyə görə 3717 manat, sudan istifadəyə görə 1800 manat, 113 ədəd pəncərə şüşələrinin təmiri üçün hər biri 200 manatdan hesablanmaqla cəmi 22600 manat, binanı bağlı saxlayıb 3-cü mərtəbəsinin icarəyə verilməsinə maneçilik törətməyə görə (əldən çıxmış fayda) 16500 manat, yanğında dəymiş zərərə görə 1000 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat mediasiya xərci və məhkəməyə ödənilmiş 318 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 76425 (yetmiş altı min dörd yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, icarəçi İddiaçı ilə icarəyə verən "xxxx" MMC arasında bağlanmış 05 mart 2022-ci il tarixli müqaviləyə əsasən sonuncu tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanda yerləşən qeyri-yaşayış sahəsi icarəçi olaraq İddiaçı icarəsinə verilmişdir. İcarəçi İddiaçı isə daha sonra həmin qeyri-yaşayış sahəsinin subicarəçi X1 verilməsinə dair 10 iyun 2022-ci il tarixli müqavilə bağlanmış, lakin həmin müqavilə qarşılıqlı razılaşmaya əsasən 14 iyul 2022-ci il tarixdə rəsmi şəkildə ləğv edilmişdir. Bundan sonra isə icarəyəverən olaraq İddiaçı subicarəçi olaraq Cavabdeh ilə adı çəkilən qeyri-yaşayış sahəsinin subicarəyə verilməsinə dair 07 oktyabr 2022-ci il tarixli subicarə müqaviləsi bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən, “İcarəyə verən” İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanında yerləşən Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən (r.n.3M-523) təsdiq edilərək mülkiyyətçi "xxxx" MMC-dən icarəyə götürülmüş MH seriyalı ******* nömrəli “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən "xxxx" MMC-nin mülkiyyətində olan, Texniki Pasportunun ayrılmaz tərkib hissəsi olan “Baş Plan” adlı səhifəsində “A” literlialtında qeyd olunmuş 3 mərtəbəli, zirzəmi ilə birlikdə ümumi sahəsi 7328 kv.m., tikilialtı sahəsi 2062,7 kv.m. olan “Avtomobil sərgi binası” adlı qeyri-yaşayış binasının 1-ci (1500 kv.m.) və 2-ci (2000 kv.m.) mərətəbəyə məxsus cəmi 3500 kv.m. sahəsi olan hissəsini (və ya hissələrini) “İcarəçi”yə icarəyə verir. Müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” 07 oktyabr 2022-ci il tarixdən başlayaraq icarə müqaviləsinin uzadılmış və ya uzadılacaq müddətinə daxil olan hər bir ay üçün aylıq icarə haqqı 8500 (səkkiz min beş yüz) manat + 18 % ƏDV “İcarəyə verən”ə ödəməlidir. Müqavilənin 15-ci bəndinə əsasən, “İcarəçi” icarə sahələrində təmir işləri apardığı zaman icarə sahələrinə məxsus 113 (yüz on üç) ədəd şüşəni nasaz vəziyyətə gətirdiyi üçün icarəyə götürdüyü müddətdən 2 (iki) ay müddətinə onları və bundan sonra icarə sahələrinə hər hansı ziyan vurarsa, onu dərhal öz vəsaiti hesabına təmir etməyi və ya təmirin dəyərini icarədara tam şəkildə ödəməyi öhdəliyinə götürmüşdür. Həmin Müqavilənin 19-cu bəndinə əsasən, icarə haqqının bu müqavilədə nəzərdə tutulan son ödəniş günündən 10 (on) gün ərzində ödənilməməsi, habelə hazırkı icarə müqaviləsinin hər hansı müddəasının “İcarəçi” tərəfindən pozulması “İcarəçi”nin bu icarə müqaviləsindən birtərəfli imtinası kimi qəbul edilir. Bu təqdirdə, “İcarəyə verən” bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görə bilər. İcarə müqaviləsinin vaxtından əvvəl ləğvi “İcarəçi”ni bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərindən, o cümlədən müqavilənin bağlandığı bütün müddət üçün ödənilməli olan icarə haqqının ödənilməsi öhdəliyindən azad etmir. Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən, hazırda üç aylıq icarə haqqının cəmisi – 25500 manat, ƏDV borcu 4590 manat, elektrik enerjisindən istifadəyə görə 3717 manat, sudan istifadəyə görə 1800 manat, 113 ədəd pəncərə şüşələrinin təmiri üçün hər biri 200 manat hesablanmaqla cəmi 22600 manat, binanı bağlı saxlayıb 3-cü mərtəbəsinin icarəyə verilməsinə maneçilik törətməyə görə (əldən çıxmış fayda) 16500 manat, yanğında dəymiş zərər 1000 manat və habelə ilkin mediasiya sessiyasının keçirilməsinə görə çəkilən xərci 400 manat olmaqla, ümumilikdə cəmi 76107 (yetmiş altı min yüz yeddi) manat məbləğində borcu yaranmışdır. Subicarəçi Cavabdeh öhdəliklərin yerinə yetirilməsi və pulun qaytarılması ilə bağlı dəfələrlə müraciət edilsə də, sonuncu buna heç bir məhəl qoymayaraq, öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış da əlavə olunmuşdur. Həmin arayışa əsasən cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək Cavabdeh 15 iyun 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddiasının rədd edilməsi və tərəflər arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanında yerləşən qeyri-yaşayış sahəsi “gecə klubu” kimi fəaliyyat göstərmişdir. Bu qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı İddiaçı ilə onun (Cavabdeh) arasında 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlansa da, həmin obyekt faktiki olaraq X7 tərəfindən istifadə olunmuşdur. Cavabdeh ilə, yəni onunla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında müqavilə bağlanarkən, hər iki tərəf müqavilənin düzgün olaraq sənədləşdirilmədiyini, müqavilənin formal olaraq bağlandığını, İddiaçı ilə X7 artıq müqavilə bağlananadək icarə müqaviləsi münasibətlərində olduqlarını, X3 VÖEN-i olmadığına görə yalnız sənəd üzərində bu Müqavilənin onunla bağlandığını bilirdilər. Qeyd edilən qeyriyaşayış sahəsinin icarə haqqının məbləği, verilməsi qaydası və digər şərtlər X7 ilə razılaşdırılmışdır. Bundan sonra qeyd olunan obyekt X5 təhvil verilmişdir. Qeyd etmək lazımdır ki, X7 ilə Cavabdeh qohumdurlar və bu səbəbdən də Emil Həsənovun VÖEN-i olmadığından, sonuncunun xahişi ilə Cavabdeh müqavilədə yalnız yazı üzərində tərəf olmuşdur. Tərəflər müqavilə bağlayarkən guya Cavabdeh həmin obyekti işlədəcəyi görüntüsü yaradıblar. Lakin, faktiki olaraq Cavabdeh qeyd edilən obyektlə “aşağı-yuxarı” heç bir əlaqəsi olmamışdır. İddia ərizəsində göstərilən məbləğlər və qeyd edilən ziyan onun tərəfindən vurulmamış və ondan tələb edilməsi əsassızdır. Göstərilən bütün bu hallar Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2023-cu il tarixli hökmü ilə öz təsdiqini tapır. Belə ki, həmin hökmlə qeyd edilən obyektin həqiqətən də Emil Həsənov tərəfindən işlədildiyi təsdiq edilir. Göründüyü kimi, 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi tərəflərin iradə ifadələrinin zədələnməsi nəticəsində bağlanmış, başqa sözlə tərəflərin həqiqi niyyətlərini əks etdirməmişdir. Beləliklə, mülki iş materiallarına əlavə olunmuş icarə müqaviləsinin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə nəzər yetirərkən müəyyən olunur ki, 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi əqdin etibarlı olması üçün zəruri olan şərtlərə, yəni müqavilə tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi şərtlərinə cavab vermir (qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 390.1, 324.1, 324.4, 324.5, 329.1, 337.1, 337.2, 340.2 və 404.1-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" və 01 dekabr 2020-ci il tarixli "T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Qərarları ilə əsaslandırılmışdır). Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı səlahiyyətli nümayəndəsi Nümayəndə1 tərəfindən 18 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh 07 oktyabr 2022-ci il tarixli İcarə müqaviləsi əsasında yaranmış borcun - altı aylıq icarə haqqının cəmisi olan 51000 manat, ƏDV borcu olan 9180 manat, elektrik enerjisindən istifadəyə görə 3717 manat, 113 ədəd pəncərə şüşələrinin təmiri üçün hər biri 100 manatdan hesablanmaqla cəmi 11300 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat mediasiya xərci və məhkəməyə ödənilmiş 318 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 75915 (yetmiş beş min doqquz yüz on beş) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclaslarında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə1 18 iyul 2023-cü ildə məhkəməyə təqdim edilmiş olan “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə nəzərdə tutulan iddia tələbini müdafiə edərək, iddia ərizəsində və 18 iyul 2023-cü il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və Cavabdeh 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi əsasında yaranmış borcun, yəni altı aylıq icarə haqqının cəmisi olan 51000 manat məbləğində icarə haqqı borcunun, ƏDV borcu olan 9180 manat məbləğində pulun, elektrik enerjisindən istifadəyə görə 3717 manat məbləğində pulun, 113 ədəd pəncərə şüşələrinin təmiri üçün hər biri 100 manatdan hesablanmaqla cəmi 11300 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat mediasiya xərcinin və məhkəməyə ödənilmiş 318 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması və eyni zamanda, əsassız olduğu üçün Cavabdeh tərəfindən İddiaçı qarşı verilmiş “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinin isə təmin olunmayaraq rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclaslarında suallara cavab olaraq bildirmişdi ki, 07 oktyabr 2022ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqı hər ayın əvvəlində ödənilməli idi və müvafiq qaydada ödənişlər aparılmadığı üçün Cavabdeh 11 aprel 2023-cü ilədək olan dövr üçün hesablanmış 6 aylıq icarə haqqı borcu tələb edilir. Bundan əlavə, İddiaçı cavabdehi tapa bilmədiyi üçün müqaviləni özü ləğv edə bilməmiş və buna görə iddia ərizəsində “müqavilənin ləğv edilməsi” tələbi də qoyulmuşdur. Cavabdeh tərəf icarə obyektini 27 yanvar 2023-cü ildə boşaltmış olsa da, İddiaçı cavabdehdən 6 aylıq icarə haqqı borcunun tələb etməsinin səbəbi odur ki, İddiaçı məlum obyektin mülkiyyətçisi "xxxx" MMC ilə obyektin təhvil-təslimini edə bilmirdi. Çünki, İddiaçı obyekti "xxxx" MMC-dən icarəyə götürərək, Cavabdeh subicarəyə vermişdir və cavabdeh icarə haqqını ödəmədiyinə görə, iddiaçı da "xxxx" MMC-yə olan borcunu ödəyə bilmirdi. "xxxx" MMC və İddiaçı arasında olan icarə müqaviləsi 11 aprel 2023-cü il tarixdə ləğv edilmiş və həmin obyekt başqa şəxsə icarəyə verilmişdir. İcarə müqaviləsinin 15-ci bəndində qeyd olunmuşdur ki, 2 ay ərzində Cavabdeh sındırılmış şüşələrin bərpa edilməsini, ya da onların təmirinin dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Pəncərə şüşələrinin sınmış olduğu icarəçi Cavabdeh əvvəlcədən məlum olmuş və o, bunun dəyərini ödəməyi və ya təmir etməyi icarə müqaviləsində qəbul etmişdir. Qarşılıqlı iddia ərizəsində etibarsızlığı tələb olunan 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi isə icarəçi Cavabdeh ilə notarial qaydada bağlanmışdır və həmin müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. Məhkəmə iclaslarında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsini qəbul etmədiyini bildirmiş və “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, İddiaçı ona qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə ilkin iddia ərizəsinin təmin olunmayaraq rədd edilməsi və İddiaçı qarşı vermiş olduğu “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinin isə təmin edilərək, tərəflər arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh suallara cavab olaraq bildirmişdi ki, o, kababçıdır və VÖEN-i bir neçə il əvvəl kafe sahəsində fəaliyyəti ilə əlaqədar açdırmışdır. Həmin VÖEN-indən qaynı Həsənov Emilin xahişi əsasında 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin bağlanılması zamanı da istifadə etmişdir. Obyekti əslində işlətmək üçün qaynı Həsənov Emil götürmüşdür və o, yalnız Emilin xahişi ilə Bakı şəhərində yerləşən 51 nömrəli Notariat Kontoruna gedərək İcarə müqaviləsinə oxumadan imza çəkmişdir və müqavilənin şərtlərindən xəbərsiz olmuşdur. Lakin, onu həmin müqaviləni imzalamağa heç kim məcbur etməmişdir. Eləcə də, məlum icarə müqaviləsi bağlanandan qısa bir müddət sonra qaynı Emil həbs olunduğundan, obyekt işləməmiş və buna görə də işləməyən obyektə görə işıq pulu hesablana bilməzdi. Halbuki, icarəyə götürülən obyektin yerləşdiyi binada başqa sexlər də var və onların hamısı bir elektrik sayğacına bağlıdır. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Nümayəndə2 da qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsini qəbul etmədiyini bildirmiş və “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə ilkin iddia ərizəsinin təmin olunmayaraq rədd edilməsi, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinin isə təmin edilərək, tərəflər arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh arasında 07 oktyabr 2022-ci il tarixli İcarə müqaviləsindən əvvəl hər hansı bir müqavilə münasibəti olmamışdır və həmin icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinin qoyulmasının bir neçə əsası vardır. Həmin səbəblərdən birincisi - Cavabdeh icarə obyektini faktiki işlətməmişdir; ikincisi - Nəsimi Rayon Məhkəməsinin hökmündə icarə obyektini faktiki işlədənin Həsənov Emil olması və obyektin idarəetmə işlərini Emilin gördüyü sübut edilmişdir; üçüncüsü - müqavilə bağlanarkən Cavabdeh həmin obyekti işlətmək niyyəti olmamışdır. Yəni, Cavabdeh iradə ifadəsi icarə obyektini işlətmək olmamışdır. Ona görə də, cavabdeh tələb olunan icarə haqqını ödəməkdə özünü borclu hesab etmir. Bundan əlavə, icarə obyekti iddiaçı tərəfə 2023-cü ilin yanvar ayında təhvil verilsə də, iddiaçı iddia ərizəsində aprel ayına qədər olan icarə haqqını tələb edir. Lakin, aprel ayına qədər olan icarə haqqı isə ümumiyyətlə tələb edilə bilməz və 27 dekabr 2022-ci ildə cavabdeh VÖENni bağlatmışdır. Bundan əlavə, əgər abonent kodu bir ədəddirsə, elektrik sayğacı da bir ədəddir. Ona görə də, digər icarəçilərin işlətdiyi elektrik enerjisinin pulu cavabdehdən tələb oluna bilməz. Çünki, 2022-ci ildə icarə müqaviləsi bağlandıqdan qısa bir müddət sonra Emil həbs edilmiş və icarə obyektinin fəaliyyəti tam dayandırılmışdır. Müqavilədə qeyd olunan şüşələri isə Cavabdeh sındırmadığı halda, icarə müqaviləsində guya onun sındırdığı yazılmışdır. Şüşələr icarə obyekti ilə əlaqədar 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanmamışdan əvvəl sındırılmışdır. Eyni zamanda, İddiaçı və "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsi ləğv edilmiş olduğundan, iddiaçı və cavabdeh arasında olan subicarə müqaviləsi də ləğv edilmişdir. Ona görə də, iddia ərizəsində 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğvi tələbinin qoyulmasının da heç bir hüquqi əsası yoxdur. Odur ki, həm müqavilə ləğv olunduğundan və həm də obyekt təhvil verildiyindən, iddiaçının şüşələrin pulunu cavabdehdən tələb etməsinə subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsinin hökmü ilə təsdiq edilir ki, icarə obyektini icarəyə götürən, istifadə edən və sonra da saxta içki satdığına görə həbs olunan Həsənov Emil adlı şəxsdir və tərəflər məlum müqaviləni bağlayarkən obyekti işlədən şəxsin Həsənov Emil olduğunu bilmişlər. Nəsimi Rayon Məhkəmənin hökmü, apellyasiya məhkəməsinin qərarı və digər sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərlə də Həsənov Emilin müqavilə bağlanana qədər icarəyə verənlə, yəni iddiaçı ilə icarə münasibətlərində olması və 113 ədəd pəncərə şüşəsinin isə məlum icarə müqaviləsi bağlanmamışdan əvvəl obyektdə təmir işləri aparılarkən sınması təsdiq olunur. Məhkəmə, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, ilkin iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi" barədə ərizəni, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “müqavilənin ləğv edilməsi və borcun tutulması” barədə ilkin iddia tələbi qismən təmin edilməli, “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi isə təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdi ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin subicarəyə verilməsi ilə əlaqədar işlərini idarə etmiş və müvafiq etibarnamə əsasında onun adından bu işlərin hamısını özü görmüşdür. Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanında yerləşən qeyri-yaşayış sahəsi 4 mərtəbəlidir və onun ümumi sahəsi 7500 kv.metrdir. Həmin binanın 2 mərtəbəsi, yəni 3500 kv.metr sahəsi əvvəlcə Röyal adlı şəxsə icarəyə verilmişdir və Röyal həmin obyektdən gecə klubu kimi istifadə edəcəkdi. Röyal icarə haqqını ödəyirdi, lakin ziyana düşdüyü üçün obyektdən çıxmaq qərarına gəldi və dedi ki, o, öz komandası ilə obyektdən çıxacaq, lakin heç bir dəyişiklik olmayacaq və onun əvəzinə başqa komanda gələcək. O, Röyalın komandası tərəfindən təmir işləri aparılarkən sındırılmış 113 ədəd pəncərə şüşəsinin pulunu kim ödəyəciyi ilə maraqlandıqda isə, Röyal yeni komandanın həmin pulu da ödəyəcəyini ona bildirmişdi. Bundan sonra Həsənov Emil adlı şəxs obyektə gələrək, Röyalın əvəzindən obyekti onun komandası işlədəcəyini bildirmiş və bununla əlaqədar Həsənov Emilin təqdim etdiyi qohumu Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 3500 kv.metrinin icarəyə götürülməsi barədə notarial qaydada 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. O, Emilin komandasından onun atasını, Cavabdehı, Azəri, Pərvin və Rasimi tanıyırdı. Azər Emilin şəriki, Pərvin mühafizəçi, Rasim isə anbardar idi və icarə müqaviləsi isə icarəçi olaraq Vüsalla bağlanmışdır. Komandanın digər üzvlərini isə tanımırdı. Lakin, təxminən 2022-ci ilin 26-27 oktyabr tarixlərində hüquq mühafizə orqanları Həsənov Emili saxta və zəhərli içki satdığına görə həbs etdilər. Həsənov Emil tutulandan sonra Emilin atası həmişə deyirdi ki, obyekti təhvil verib çıxacaqlar. O, Emilin atası ilə yanvar ayının sonuna qədər danışıqlar apardı ki, obyekti təhvil versin və yaranmış icarə haqqı borcunu ödəsin. Həmin danışıqların nəticəsi olaraq 27 yanvar 2023-cü ildə Emilin atasıgil obyekti boşaldıb, açarları təhvil versələr də, yaranmış icarə haqqı borcunu və kommunal xərci ödəməmişlər. 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi üzrə 2022-ci ilin oktyabr ayından icarə borcu qalmasa da, digər ayların icarə haqqı pulları ödənməmişdir. İddia ərizəsində tələb edilən pul 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanandan sonraki ayların icarə haqqısıdır. İcarəçi Cavabdeh icarə haqqını ödəmədiyi üçün icarəyə verilmiş qeyri-yaşayış sahəsinin sahibi "xxxx" MMC də İddiaçıla bağlanan müqaviləni ləğv etdi. "xxxx" MMC müqavilə ləğv edilənə qədər İddiaçı 105000 manat məbləğində pul almışdır. Vüsalgil isə icarə obyektindən faktiki olaraq 27 yanvar 2023-cü ildə çıxmışlar. İcarəçi Cavabdeh və İddiaçı VÖEN-ləri olsa da, tələb olunan icarə haqqı borcu üzrə sonuncu tərəfindən İcarəçiyə elektron qaimələr verilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində özünün “gecə klubu” kimi işlətdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin yeznəsi Cavabdeh ilə notarial qaydada bağlandığını, həmin müqavilə bağlanarkən özünün iştirak etmədiyini, lakin 2022-ci ilin oktyabr ayının sonlarında həbs olunduğu üçün həmin “gecə klubu”nun fəaliyyətinin dayandığını və 27 yanvar 2023-cü ildə isə qohumları tərəfindən əmlakları icarə obyektindən çıxarılaraq, həmin qeyri-yaşayış sahəsinin sahibinə, yəni İddiaçı qaytarıldığını bildirmişdir. Eləcə də, obyekt icarəyə götürüləndən sonra o, 2300 manat məbləğində işıq pulu ödəmiş və obyektin heç bir işıq pulu borcu qalmamışdır. Yəni o, Röyaldan biznesi alanda elektrik enerjisindən istifadəylə bağlı yaranmış borcu sıfırlamışdı. Bundan sonra isə öz dövrünə aid olan 2300 manat məbləğində işıq pulunu da sonradan ödəmişdir. O, həbs olunanadək obyekti işlətdiyi müddət üçün aylıq icarə haqqını əvvəlcədən ödəmişdir. İş materiallarında olan “icarəyə verən” - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “icarəçi” - İddiaçı arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-523 №-si ilə qeyd olunub) 05 mart 2022-ci il tarixli İcarə Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, “İcarəyə verən” Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanda yerləşən MH seriyalı ******* nömrəli “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən mülkiyyətində olan, Texniki Pasportunun ayrılmaz tərkib hissəsi olan “Baş Plan” adlı səhifəsində “A” literi altında qeyd olunmuş 3 mərtəbəli, zirzəmi ilə birlikdə ümumi sahəsi 7328 kv.m. olan “Avtomobil sərgi binası” adlı qeyri-yaşayış binasını, orada (və ya ora üçün) quraşdırılmış əşya və avadanlıqlarla, “Baş Plan”da “B” literi altında qeyd edilmiş ümumi sahəsi 46,1 kv.m. olan “Avtomobil Yuyucu binası”nı orada quraşdırılmış avadanlıqla, “Baş Plan”da “C” literi altında qeyd edilmiş ümumi sahəsi 19,7 kv.m. olan “Qazanxana binası”nı orada quraşdırılmış avadanlıqla və “Baş Plan”da “D” literi altında qeyd edilmiş ümumi sahəsi 4,4 kv.m. olan “Gözətçi binası”nı, habelə “İ”-“Vİ” literləri altında qeyd olunmuş 6 (altı) tikilini, o cümlədən “İİ-Transformator qurğusu”nu həmin Müqavilədə nəzərdə tutulan müəyyən məbləğlərdə icarə haqqı ödənişlərinin müvafiq qaydada ödənilməsi müqabilində “İcarəçi”yə icarəyə vermişdir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, icarəçi İddiaçı tərəfindən icarəyəverən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin icarə müqaviləsi üzrə nəzərdə tutulan icarə haqqı üzrə müvafiq ödənişlər ödənilmişdir. İş materiallarında olan icarəyəverən "xxxx" MMC ilə icarəçi İddiaçı arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-1020 №-si ilə qeyd olunub) 11 aprel 2023-cü il tarixli “Müqavilənin ləğvinə dair” Müqavilənin məzmunu ilə müəyyən olunur ki, həmin Müqavilə əsasında icarəyəverən "xxxx" MMC ilə icarəçi İddiaçı 05 mart 2022-ci il tarixli İcarə Müqaviləsinin qarşılıqlı razılıq əsasında 11 aprel 2023-cü il tarixindən etibarən xitam verilməsi və müqavilənin bağlanması üzrə bütün xərclərin İddiaçı tərəfindən ödənilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-2561 №-si ilə qeyd olunub) 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, “İcarəyə verən” Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən (r.n.3M-523) təsdiq edilmiş 05 mart 2022-ci il tarixli İcarə müqaviləsi əsasında mülkiyyətçi "xxxx" MMC-dən icarəyə götürülmüş MH seriyalı ******* nömrəli “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanda yerləşən daşınmaz əmlakın Texniki Pasportunun ayrılmaz tərkib hissəsi olan “Baş Plan” adlı səhifəsində “A” literi altında qeyd olunmuş 3 mərtəbəli, zirzəmi ilə birlikdə ümumi sahəsi 7328 kv.m. olan “Avtomobil sərgi binası” adlı qeyri-yaşayış binasının 1-ci (1500 kv.m.) və 2-ci (2000 kv.m.) mərtəbəyə məxsus cəmi 3500 kv.m sahəsi olan hissəsini (və ya hissələrini) “İcarəçi”yə icarəyə vermişdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, “İcarəçi” yuxarıda qeyd olunmuş icarə sahələrini və orada (və ya ora üçün) quraşdırılmış avadanlıqları, qurğuları, tikililər və digər əmlakı təhvil-təslim aktına uyğun olaraq icarəyə götürür, onlardan bu icarə müqaviləsinin şərtlərinə və həmin avadanlıq, qurğu və tikililərin texniki şərtlərinə uyğun şəkildə istifadə etmək və bu icarə müqaviləsi ilə nəzərdə tutulmuş məbləğdə, qaydada və müddətlərdə icarə haqqını Azərbaycan manatı ilə “İcarəyə verən”in bank hesabına köçürmə yolu ilə və ya xəzinəsinə (kassasına) nəğd şəkildə tam məbləğdə gecikmədən ödəmək öhdəliklərini öz üzərinə götürür. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, icarə müddəti «07» oktyabr 2022-ci il tarixdən «31» dekabr 2022-ci il tarixədək müəyyən edilir. Tərəflərdən biri və ya hər ikisi bu müqavilənin müddətinin növbəti 10 (on) aylıq müddətə uzadılmaması haqqında yazılı məktubunu/məktublarını digər tərəfə icarə müddətinin (o cümlədən uzadılmış müddətin) qurtarmasına ən azı 2 (iki) ay qalmış çatdırmadığı təqdirdə, bu müqavilə müvafiq olaraq «01» yanvar 2023-cü il tarixdən «31» oktyabr 2023-cü il tarixədək birinci uzadılmış 10 (on) aylıq müddətə, «01» noyabr 2023-cü il tarixdən «31» avqust 2024-cü il taixədək ikinci uzadılmış 10 (on) aylıq müddətə, «01» sentyabr 2024-cü il tarixdən «30» iyun 2025-cü il taixədək üçüncü uzadılmış 10 (on) aylıq müddətə avtomatik uzadılmış hesab olunur. Həmin Müqavilənin 5-ci bəndinə əsasən, icarə haqqı “07” oktyabr 2022-ci il tarixdən başlayaraq icarə müqaviləsinin uzadılmış və ya uzadılacaq müddətinə daxil olan olan hər bir ay üçün aylıq icarə haqqı 8500 (səkkiz min beş yüz) manat + 18% ƏDV olaraq müəyyən edilir. İcarə müqaviləsinin uzadılmış və ya uzadılacaq müddətinə daxil olan hər növbəti 10 (on) aylıq dövrdə nəzərdə tutulmuş hər bir ay üçün aylıq icarə haqqının dəyişilməsinə yenidən baxıla bilər. Müqavilənin 17-ci bəndində göstərilmiş hallarda müvafiq müddət üçün hesablanmış icarə haqqı 2 (iki) əmsalına vurulur. Həmin Müqavilənin 6-cı bəndinə əsasən, əlavə dəyər (ƏDV) və torpaq vergiləri qanunvericiliklə müəyyən edilmiş qaydada “İcarəyə verən” tərəfindən hesablanaraq büdcəyə ödənilir. Həmin Müqavilənin 7-ci bəndinə əsasən, “İcarəçi” 07 oktyabr 2022-ci il tarixdən etibarən hər təqvim ayının icarə haqqını həmin ay üçün əvvəlcədən (qabaqcadan) olaraq müvafiq ayın birinci 1 (bir) günü ərzində nəğd və ya bank köçürməsi ilə “İcarəyə verən”ə ödəyir. Hesablaşma müddəti 1 (bir) təqvim ayı hesab olunur. Həmin Müqavilənin 8-ci bəndinə əsasən, kommunal xidmətlərdən (elektrik, qaz, su və çirkab suların axıdılması və s.) istifadə edilməsinə görə haqqlar, ödənişli telefon danışıqları, internetdən istifadə xərcləri və sair əlavə ödənişlər icarə haqqına daxil edilmir və “İcarəçi” tərəfindən ayrıca ödənilir, “İcarəçi" həmin xərcləri gecikdirməyə yolvermədən vaxtında ödəməli, bu ödənişləri təsdiq edən sənədlərin surətlərini “icarəyə verən” üçün ayrıca olaraq sənədləşdirərək saxlamalı və sonuncunun tələbi əsasında dərhal ona təqdim etməlidir. Həmin Müqavilənin 15-ci bəndinə əsasən, “İcarəçi” icarə sahələrində təmir işləri apardığı zaman icarə sahələrinə məxsus 113 (yüz on üç) ədəd şüşəni nasaz vəziyyətə gətirdiyi üçün icarəyə götürdüyü müddətdən 2 (iki) ay müddətinə onları və bundan sonra icarə sahələrinə hər hansı ziyan vurarsa onu dərhal öz vəsaiti hesabına təmir etməyi və ya təmirin dəyərini icarədara tam şəkildə ödəməyi öhdəliyinə götürür. Həmin Müqavilənin 17-ci bəndinin tələblərinə görə, icarə müqaviləsinə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilməsi onların 2 (iki) ay qabaqcadan gəldiyi yazılı razılaşmaya müvafiq olaraq həyata keçirilir, icarə müqaviləsinin “icarəçi” və ya “icarəyə verən” tərəfindən birtərəfli qaydada xitamına yol verilmir. Həmin Müqavilənin 19-cu bəndinə əsasən, icarə haqqının bu müqavilədə nəzərdə tutulan son ödəniş günündən 10 (on) gün ərzində ödənilməməsi, habelə hazırki icarə müqaviləsinin hər hansı müddəasının "İcarəçi” tərəfindən pozulması “İcarəçi”nin bu icarə müqaviləsindən birtərəfli imtinası kimi qəbul edilir. Bu təqdirdə, “İcarəyə verən bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görə bilər. İcarə müqaviləsinin vaxtından əvvəl ləğvi “İcarəçi”ni bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərindən, o cümlədən müqavilənin bağlanıldığı bütün müddət üçün ödənilməli olan icarə haqqının ödənilməsi öhdəliyindən azad etmir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 iyul 2023-ci il tarixli **********998100 nömrəli məktubunda göstərilir ki, uçot baza məlumatlarına əsasən Cavabdeh (VÖEN **********) sahibkarlıq və ya digər vergi tutma əməliyyatları 27 dekabr 2022-ci il tarixdən 27 dekabr 2027-ci il tarixədək dayandırılmışdır. İş materiallarında olan cavabdeh tərəfin təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(006)-223/2023 nömrəli hökmü ilə X7 (31 oktyabr 2022-ci ildə həbs edilmişdir) istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma cinayətləri üzrə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.1 və 200.2.2-ci maddələri ilə məhkum edilmişdir. Məhkəmə araşdırması zamanı mübahisənin obyektiv həlli məqsədi ilə 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 15-ci bəndində qeyd olunan 113 (yüz on üç) ədəd şüşənin 2022-ci ilin oktyabr-dekabr aylarında mövcud olmuş dəyərinin bazar qiymətlərinə uyğun hesablanması üçün iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 noyabr 2023-cü il tarixli 9/7131 nömrəli Ekspert Rəyində göstərilir ki, 113 ədəd şüşənin 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti təxminən 11746,35 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.2.4-ci maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Beləliklə də, məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunanlarla və işin konkret halları ilə müəyyən edilmişdir ki, icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinə əsasən “icarəyə verən” İddiaçı 05 mart 2022-ci il tarixli İcarə müqaviləsi əsasında mülkiyyətçi "xxxx" MMC-dən icarəyə götürdüyü Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1C ünvanda yerləşən 3 mərtəbəli və zirzəmi ilə birlikdə ümumi sahəsi 7328 kv.m. olan “Avtomobil sərgi binası” adlı qeyri-yaşayış binasının 1-ci (1500 kv.m.) və 2-ci (2000 kv.m.) mərtəbəyə məxsus cəmi 3500 kv.m sahəsi olan hissəsini hər bir ay üçün aylıq icarə haqqı 8500 manat + 18% ƏDV olmaqla “icarəçi” Cavabdeh icarəyə vermişdir. Eyni zamanda, 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 15-ci bəndinə əsasən icarəçi Cavabdeh məlum icarə sahələrində təmir işləri aparılarkən nasaz vəziyyətə salınmış 113 (yüz on üç) ədəd şüşənin həmin icarə obqyektini icarəyə götürdüyü müddətdən 2 (iki) ay müddətində onları öz vəsaiti hesabına təmir etməyi və ya təmirin dəyərini icarəyəverən İddiaçı tam şəkildə ödəməyi də öhdəsinə götürmüşdür. Məlum icarə obyektini faktiki olaraq “gecə klubu” kimi işlədən icarəçi Cavabdeh qohumu X7 isə 2022-ci ilin oktyabr ayının sonlarında həbs edildiyindən, həmin icarə obyektinin təyinatı üzrə sahibkarlıq fəaliyyəti üzrə istifadəsi dayandırılmış və 27 yanvar 2023-cü ildə həmin icarəyə götürülmüş qeyri-yaşayış sahəsi boşaldılaraq icarəyəverən İddiaçı faktiki sahibliyinə qaytarılmışdır. Bununla da, tərəflər arasında həmin tarixdən 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi üzrə yaranmış icarə münasibətlərinə xitam verilmişdir. Lakin, icarəçi Cavabdeh məlum icarə obyektinin faktiki istifadəsində olduğu 27 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə edən aylar üzrə 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsində hər bir ay üçün nəzərdə tutulan 8500 manat məbləğində aylıq icarə haqqı pulunu (aylıq icarə haqları üzrə İcarəyəverən tərəfindən İcarəçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada elektron qaimələr təqdim edilmədiyindən, müvafiq qaydada həmin xidmət üzrə nəzərdə tutulan ƏDV məbləğləri hesablanaraq səlahiyyətli dövlət orqanı tərəfindən qeydə alınmamışdır) və həmin Müqavilənin 15-ci bəndində nəzərdə tutulan 113 ədəd pəncərə şüşəsinin dəyərini ödəməmiş və yaxud, həmin şüşələri təmir etməmişdir (məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 noyabr 2023-cü il tarixli 9/7131 nömrəli Ekspert Rəyi ilə 113 ədəd şüşənin 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti təxminən 11746,35 manat məbləğində müəyyən olunmuşdur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, icarəçi Cavabdeh 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyinə görə İddiaçı 19 may 2023-cü ildə Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi əsasında yaranmış borcun – üç aylıq icarə haqqının cəmisi olan 25500 manat, ƏDV borcu olan 4590 manat, elektrik enerjisindən istifadəyə görə 3717 manat, sudan istifadəyə görə 1800 manat, 113 ədəd pəncərə şüşələrinin təmiri üçün hər biri 200 manatdan hesablanmaqla cəmi 22600 manat, binanı bağlı saxlayıb 3-cü mərtəbəsinin icarəyə verilməsinə maneçilik törətməyə görə (əldən çıxmış fayda) 16500 manat, yanğında dəymiş zərərə görə 1000 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat mediasiya xərci və məhkəməyə ödənilmiş 318 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 76425 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etsə də, həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı səlahiyyətli nümayəndəsi Nümayəndə1 tərəfindən 18 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi əsasında yaranmış borcun - altı aylıq icarə haqqının cəmisi olan 51000 manat, ƏDV borcu olan 9180 manat, elektrik enerjisindən istifadəyə görə 3717 manat, 113 ədəd pəncərə şüşələrinin təmiri üçün hər biri 100 manatdan hesablanmaqla cəmi 11300 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat mediasiya xərci və məhkəməyə ödənilmiş 318 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 75915 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 319,3 (üç yüz on doqquz manat 30 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi üzrə icarəyə verilmiş icarə obyekti Cavabdeh faktiki istifadəsində 27 yanvar 2023-cü il tarixinədək olmuş və həmin tarixdə İcarəçi tərəfə aid əmlaklar çıxarılaraq, icarə obyekti İddiaçı faktiki sahibliyinə qaytarılmışdır. Bu halda isə cavabdeh həmin icarə obyektinə görə 18 iyul 2023-cü ildə təqdim olunmuş “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə son istifadə müddəti 2023-cü ilin aprel ayı nəzərə alınmaqla (icarə haqqı hər ayın əvvəlində, yəni ayın 1-ci günündə ödənilməli idi) tələb olunan aylıq 8500 manatdan olmaqla “6 ay üçün hesablanmış 51000 manat məbləğində” icarə haqqı borcun deyil, faktiki olaraq 27 yanvar 2023-cü ildə həmin icarə obyektinin boşaldılması nəzərə alınaraq 19 may 2023-cü ildə təqdim olunmuş ilkin iddia ərizəsində qeyd olunan “üç aylıq icarə haqqının cəmisi olan 25500 manat məbləğində” borcun ödənilməməsinə görə müvafiq öhdəlik daşıyır. Qeyd etmək lazımdır ki, bu nəticə - 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 7-ci bəndində nəzərdə tutulan şərtlər və işin konkret halları baxımından da öz təsdiqini tapır. Çünki, həmin Müqavilənin 7-ci bəndinin tələblərinə görə “İcarəçi” 07 oktyabr 2022-ci il tarixdən etibarən hər təqvim ayının icarə haqqını həmin ay üçün əvvəlcədən (qabaqcadan) olaraq müvafiq ayın birinci 1 (bir) günü ərzində nəğd və ya bank köçürməsi ilə “İcarəyə verən”ə ödəməli olduğundan, məlum icarə obyekti İcarə Müqaviləsi bağlandığı 07 oktyabr 2022-ci il tarixindən etibarən İcarəçi tərəfə təhvil verilməsi (müqavilə şərtlərinə görə hər ayın icarə pulu əvvəlcədən, yəni ayın 1-ci günündə ödənilməli olduğundan, ilkin birinci ayın (oktyabr ayının) pulu ödənilmədiyi halda, icarə obyekti icarəçiyə təhvil verilməməli idi) - müqavilə üzrə birinci icarə ayı olan “2022-ci ilin oktyabr ayı” üçün nəzərdə tutulan icarə haqqının ödənilməsini, qalan 2022-ci ilin noyabr və dekabr ayları və 2023-cü ilin yanvar ayı üzrə isə ödənilməməsini təsdiq edir. Ona görə də, bütün bu hallara görə müəyyən olunur ki, İcarəçi olaraq Cavabdeh 2022-ci ilin noyabr və dekabr ayları və 2023-cü ilin yanvar ayı üzrə icarə haqqı borcu ödənilməmişdir ki, bu borcun miqdarı da ümumilikdə 25500 manat məbləğindədir (8500 manat x 3 ay = 25500 manat). Yəni, yuxarıda qeyd olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, iddia ərizəsində mübahisəli icarə sahəsindən 6 ay ərzində istifadə ilə əlaqədar icarə haqqı olaraq cavabdehdən tutulması tələb olunan 51000 (əlli bir min) manat məbləğində pul vəsaitinin yalnız 25500 (iyirmi beş min beş yüz) manat məbləğində olan hissəsinin əsaslılığı - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Eləcə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh “icarəçi” olaraq 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 15-ci bəndində nəzərdə tutulan şərtlər baxımından 113 ədəd pəncərə şüşəsinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 noyabr 2023-cü il tarixli 9/7131 nömrəli Ekspert Rəyi ilə 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti kimi təxminən hesablanmış 11746,35 manat məbləğində dəyərinin ödənilməməsinə görə də müvafiq öhdəlik daşıyır. Lakin, 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 15-ci bəndinə əsasən 113 ədəd şüşənin təmir dəyəri tutularkən 18 iyul 2023-cü ildə təqdim olunmuş “iddia tələbinin dəqiqləşdirilməsi” ərizəsində verilmiş “113 ədəd pəncərə şüşələrinin təmiri üçün hər biri 100 manatdan hesablanmaqla cəmi 11300 manat pulun tutulması” barədə iddia tələbi nəzərə alınaraq, cavabdehdən tutulmalı olan 113 ədəd şüşənin təmir dəyərinin məbləği Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınaraq, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 13 noyabr 2023-cü il tarixli 9/7131 nömrəli nömrəli Ekspertiza Rəyində "31 iyul 2023-cü il tarixli rəyində qeyd edilən 113 ədəd şüşənin 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti təxminən 11746,35 manat” olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehdən müştərək qaydada “113 ədəd şüşənin təmir dəyəri olan 11300 manat pulun tutulması”, yəni nisbətən daha az miqdarda pulun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) uyğun olaraq Cavabdeh müvafiq iddia tələbində göstərilən məbləğdə, yəni 113 ədəd şüşənin təmir dəyəri olan 11300 manat məbləğində pul tutulmalıdır. Həmçinin, iddianın "Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi" tələbinə aid hissəsi üzrə yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi 27 yanvar 2023-cü il tarixdən xitam olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1), bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2) və müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (maddə 404.4). Bundan əlavə, məhkəmə araşdırması zamanı işin halları ilə cavabdehdən "elektrik enerjisindən istifadəyə görə 3717 manat pulun tutulması" hissəsində iddianın əsaslılığı müəyyən olunmamış və təsdiq edilməmişdir, yəni məhkəmə araşdırması zamanı həmin iddia tələbi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda, işin halları ilə cavabdehdən "9180 manat məbləğində ƏDV borcunun tutulması" hissəsində də ilkin iddianın əsaslılığı müəyyən olunmamış və təsdiq edilməmişdir. Çünki, iş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 6-cı bəndinin tələblərinə görə, “əlavə dəyər (ƏDV) və torpaq vergiləri qanunvericiliklə müəyyən edilmiş qaydada “İcarəyə verən” tərəfindən hesablanaraq büdcəyə ödənilməsi” qeyd olunsa da, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, müvafiq VÖEN əsasında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “icarəyə verən” İddiaçı tərəfindən müvafiq VÖEN əsasında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “icarəçi” Cavabdeh 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi əsasında baş tutmuş icarə münasibətləri üzrə ƏDV daxil aylıq 8500 manat miqdarında icarə haqqı borcunun ödənilməsi ilə əlaqədar mövcud Qanunvericiliyin müəyyən etdiyi qaydada Elektron Qaimə təqdim olunmamış və həmin icarə münasibətləri üzrə maliyyə-mahasibatlıq əməliyyatı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada rəsmi qeydiyyata (uçota) alınmayaraq, ƏDV hesablanması və ödənilməsi aparılmamışdır. Qeyd etmək lazımdır ki, xidmət göstərmiş tərəf xidmətinə görə hesablanmış pul vəsaiti üzrə qanunvericiliyin müəyyən etdiyi qaydada hesablanmış ƏDVni Dövlət Büdcəsinə ödəmiş olduğu halda (qanunvericiliyin tələb etdiyi qaydada “elektronqaimə” təqdim etməklə), onun həmin ƏDV məbləğinin əvəzini qarşı tərəfdən (cavabdehdən) tələb etmək hüququ yaranmış olardı. Yəni, 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi ilə əlaqədar İcarəyə verən (iddiaçı) tərəfindən müvafiq qaydada Elektron Qaimə tərtib edilərək İcarəçi (cavabdeh) tərəfə təqdim edilmədiyindən, həmin icarə münasibətləri üzrə Elektron Qaimə verildiyi halda hesablanaraq tutulmalı olan “9180 (doqquz min yüz səksən) manat miqdarında ƏDV məbləği” İcarəyə verən tərəfindən müvafiq qaydada ƏDV hesabına ödənilməmişdir. Belə olan halda, yəni baş tutmuş icarə münasibətləri üzrə müvafiq qaydada Elektron Qaimə vermədiyinə görə İcarəyə verən (iddiaçı) tərəfindən ƏDV hesablanmamış və müvafiq qaydada ödənməmişdir. Halbuki, məlum icarə münasibətləri üzrə müvafiq qaydada Elektron Qaimənin də tərtib edilərək təqdim olunması İcarəyə verənin (iddiaçının) vəzifəsi olmuşdur. Eləcə də, yuxarıda qeyd olunanlara və işin konkret hallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddiasının rədd edilməsi və tərəflər arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır. Belə olan halda isə, məlum icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə verilmiş qarşılıqlı iddia tələbinin təmin edilməsi istisna olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bundan əlavə, sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddiası qismən təmin olunaraq, Cavabdeh (VÖEN **********) 25500 manat məbləğində icarə haqqı borcu və 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 15-ci bəndinə əsasən 113 ədəd şüşənin təmir dəyəri olan 11300 manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulmalı, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi 27 yanvar 2023-cü il tarixdən xitam olunmuş hesab edilməli və iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia tələbi isə əsaslılığı müəyyən edilmədiyindən təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar İddiaçı tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan əlavə, hazırkı iş üzrə ilkin iddia tələbi qismən təmin olunduğu üçün məhkəməyə müraciət edərkən ilkin iddiaçı tərəfindən ödənilmiş 319,3 (üç yüz on doqquz manat 30 qəpik) manat məbləğində dövlət rüsumunun 200,4 (iki yüz manat 40 qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti isə Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Eyni zamanda, iş üzrə qarşılıqlı iddia tələbi isə təmin olunmadığından, qarşılıqlı iddia tələbi üzrə məhkəmə xərcləri Cavabdeh özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 25500 (iyirmi beş min beş yüz) manat məbləğində icarə haqqı borcu, 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsinin 15-ci bəndinə əsasən 113 (yüz on üç) ədəd şüşənin təmir dəyəri olan 11300 (on bir min üç yüz) manat məbləğində pul, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 200,4 (iki yüz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 37400,4 (otuz yeddi min dörd yüz manat 40 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli İcarə Müqaviləsi 27 yanvar 2023-cü il tarixdən xitam olunmuş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə məhkəmə xərcləri Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar