Məhkəmə qərarları › İş №e-2-2(119)-715/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-715/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-715/2025 07.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5321,9 (beş min üç yüz iyirmi bir manat doxsan qəpik) manat məbləğində əsas borc, 705,96 (yeddi yüz beş manat doxsan altı qəpik) manat məbləğində faiz borcu, 504,36 (beş yüz dörd manat otuz altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 6532,22 (altı min beş yüz otuz iki manat iyirmi iki qəpik) manat məbləğində borcun və 88 (səksən səkkiz) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli MK/00360/88/19 nömrəli kredit sazişinə əsasən bank Cavabdeh 36 ay müddətinə, illik faiz dərəcəsi 21,5 % olmaqla 10200 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, banka cəmi 3000 manata yaxın kredit borcunun qaldığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan "müştəri" Cavabdeh (VÖEN **********) arasında 14 sentyabr 2022-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərilərinə kreditləşmə və xidmət şərtləri (mikrokreditləşmə üzrə) imzalanmışdır. Həmin şərtlərin ümumi hissəsinin 2.1-ci bəndinə əsasən bank müştəriyə kreditlər verməyi, kredit xətləri açmağı müştəri isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı, habelə kreditlərdən istifadəyə görə banka faizlər (komisyon haqlar) ödəməyi və girov qoyan və/və ya zamin isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər. Həmin şərtlərin xüsusi hissəsinin 1.3-cü bəndinə görə müqavilə üzrə gecikdirilmiş kreditə görə, müştəri hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında, lakin 0,50 manatdan/ABŞ dolları/Avrodan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə kredit üzrə gecikdirmə yaranan tarixdən 90 (doxsan) gün müddətində tətbiq edilir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "müştəri" Cavabdeh arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli MK/00360/88/19 nömrəli kredit sazişinə əsasən bank məbləği 10200 (on min iki yüz) manat olan krediti illik faiz dərəcəsi 21,5 %, FİFD 24,5 % olmaqla 36 (otuz altı) ay müddətinə kredit alana verir. Xidmət şərtlərinin xüsusi hissəsinin 1.3-cü bəndi üzrə 1 % cərimə nəzərdə tutulmuşdur. Həmin kredit sazişinin kredit şərtləri bölməsinin 1-ci bəndinə görə tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflərin arasında müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixli müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə müəyyən olunur. Şərtlər bu sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli MK/00360/88/19 nömrəli kredit sazişinə 1 nömrəli Əlavə olan ödəniş cədvəlində borcalan Cavabdeh banka olan borcunun son ödəniş tarixi 15 sentyabr 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini kredit alan Cavabdeh imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 27 dekabr 2024-cü il tarixdə xəbərdarlıq məktubundan (bildiriş) görünür ki, Cavabdeh 5321,9 (beş min üç yüz iyirmi bir manat doxsan qəpik) manat məbləğində əsas borcun, 705,96 (yeddi yüz beş manat doxsan altı qəpik) manat məbləğində faiz borcunun, 504,36 (beş yüz dörd manat otuz altı qəpik) manat məbləğində cərimə borcunun olduğu, onunla bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş, kredit borcunun dərhal ödənilməsi, əks təqdirdə borcun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə və icra xərclərinin də cavabdehdən tutulacağı qeyd edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 08 yanvar 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, 14 sentyabr 2022-ci il tarixli MK/00360/88/19 nömrəli kredit sazişi üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5321,9 (beş min üç yüz iyirmi bir manat doxsan qəpik) manat məbləğində əsas borcu, 705,96 (yeddi yüz beş manat doxsan altı qəpik) manat məbləğində faiz borcu və 504,36 (beş yüz dörd manat otuz altı qəpik) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 09 iyul 2025-ci il tarixli 9/3227 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli MK/00360/88/19 nömrəli kredit sazişi üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 27 dekabr 2024-cü il və 03 iyun 2025ci il tarixə əsas borcu 5276,63 (beş min iki yüz yetiş altı manat altmış üç qəpik) manat məbləğində, faiz borcu 705,9 (yeddi yüz beş manat doxsan qəpik) manat məbləğində müəyyən olunmuşdur. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 14 sentyabr 2022-ci il tarixli MK/00360/88/19 nömrəli kredit sazişi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığı üçün Cavabdeh cərimə hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərilərinə kreditləşmə və xidmət şərtlərini (mikrokreditləşmə üzrə) və 14 sentyabr 2022-ci il tarixli MK/00360/88/19 nömrəli kredit sazişini bağlayarkən üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməyərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Ona görə də həmin kredit sazişi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış əsas və faiz borcu Cavabdeh tutulmalıdır. Cavabdeh tutulmalı olan əsas və faiz borcunun məbləği müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 09 iyul 2025-ci il tarixli 9/3227 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia ərizəsində tələb edilən 5321,9 (beş min üç yüz iyirmi bir manat, doxsan qəpik) manat məbləğində əsas borc və 705,96 (yeddi yüz beş manat doxsan altı qəpik) manat məbləğində faiz borcu həmin ekspert rəyi ilə təsdiq olunmur. Buna görə 14 sentyabr 2022-ci il tarixli MK/00360/88/19 nömrəli kredit sazişi üzrə əsas və faiz borcunun tutulması hissəsində ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və Cavabdeh ekspert rəyində qeyd edilən 5276,63 (beş min iki yüz yetmiş altı manat altmış üç qəpik) manat məbləğində əsas borc və 705,90 (yeddi yüz beş manat doxsan qəpik) manat məbləğində faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın “504,36 (beş yüz dörd manat otuz altı qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin olunmalı və cərimənin əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyi, işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq, cavabdehdən 260 (iki yüz altmış) manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “88 (səksən səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 82,43 (səksən iki manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 5276,63 (beş min iki yüz yetmiş altı manat altmış üç qəpik) manat məbləğində əsas bоrc, 705,90 (yeddi yüz beş manat doxsan qəpik) manat məbləğində faiz borcu, 260 (iki yüz altmış) manat məbləğində cərimə və 82,43 (səksən iki manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6324,96 (altı min üç yüz iyirmi dörd manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5276,63 (beş min iki yüz yetmiş altı manat altmış üç qəpik) manat məbləğində əsas bоrc, 705,90 (yeddi yüz beş manat doxsan qəpik) manat məbləğində faiz borcu, 260 (iki yüz altmış) manat məbləğində cərimə və 82,43 (səksən iki manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6324,96 (altı min üç yüz iyirmi dörd manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar