Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-716/2025 22.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 12 iyun 2023-cü il tarixli krеdit verilməsinə dair razılaşma üzrə 19507,69 (on doqquz min beş yüz yeddi manat, altmış doqquz qəpik) manat məbləğində əsas borc, 1173,56 (min yüz yetmiş üç manat, əlli altı qəpik) manat məbləğində faiz bоrcu və 140,53 (yüz qırx manat, əlli üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 20821,78 (iyirmi min səkkiz yüz iyirmi bir manat, yetmiş səkkiz qəpik) manat məbləğində bоrcun, 153 (yüz əlli üç) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, tələblərin iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 12 iyun 2023-cü il tarixli sm6406 nömrəli saxlanc girovu haqqında müqavilə üzrə girov qoyulmuş qızıl-zinət əşyalarına (üzük - 4 ədəd, çəkisi - 13,2 qr, əyarı 583; sırğa 4 ədəd, çəkisi - 16,8 qr, əyarı 583; qolbaq - 2 ədəd, çəkisi - 16 qr, əyarı 583; sep 3 ədəd, çəkisi - 8,7 qr, əyarı 583; qarnitur 1 ədəd, çəkisi - 15 qr, əyarı 583; üzük 1 ədəd, çəkisi - 5,6 qr, əyarı 500; üzük 1 ədəd, çəkisi - 5,2 qr, əyarı 750; qarnitur 1 ədəd, çəkisi - 26,1 qr, əyarı 750) yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərracda satılmasından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 iyun 2023-cü il tarixli sm6406 nömrəli Baş kredit müqaviləsi əsasında bağlanmış 12 iyun 2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən cavabdehə illik 18 % dərəcəsi olmaqla 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. 09 iyun 2023-cü il tarixli sm6406 nömrəli Baş kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 09 iyun 2023-cü il tarixdə İddiaçı ASC-nin Sumqayıt filialı ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 09 iyun 2023-cü il tarixli sm6406 nömrəli Baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Bundan başqa, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında 12 iyun 2023-cü il tarixli sm6406 nömrəli saxlanc girovu haqqında müqavilə bağlanaraq müvafiq qızıl-zinət əşyaları girov qoyulmuşdur. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İddiaçı 22 iyul 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülk Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 24 aprel 2025-ci il tarixində keçirilmiş iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Krediti qardaşı Cavabdeh2 götürmüş, o isə iddiaçı ilə zaminlik müqaviləsi bağlamaqla öhdəliyə zamin olmuşdur. Qardaşının şəxsi biznesi var və götürdüyü kreditləri də vaxtlı-vaxtında ödəmiş, lakin sahibkarlıq fəaliyyətində uğursuzluq və uşağının gözlənilməz xəstəliyi ilə əlaqədar bütün əmlakını satmış və biznesi üzrə işini dayandırmalı olmuşdur. X1 Ştatlarındadır. O, mövcud vəziyyəti izah etmək üçün İddiaçı ASC-nin Problemli kreditlərlə iş şöbəsiin rəhbəri ilə də görüşmüş, eyni zamanda 2024-cü ilin fevral ayından həmin ilin noyabr ayınadək krediti gecikməli olsa da bilavasitə özü ödəmişdir. 2024-cü ilin yayında artıq borcları ödəyə bilmədiyindən öz adına da kredit götürmüş, götürdüyü kreditin ödənişi, qardaşının uşağının müalicə xərcləri səbəbindən 2024-cü ilin noyabr ayından sonra qardaşının kreditini ödəyə bilməmişdir. Məhkəmənin 23 may 2025-ci il tarixində keçirilmiş iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, həm kredit müqaviləsi üzrə borclu qismində çıxış edən digər cavabdeh olan qardaşı, həm də o, iddia tələbindəki borc məbləğlərini qəbul edir və mübahisələndirmirlər. Girov qoyulmuş qızıl zinət əşyalarının satışa çıxarılmamasını, borcla bağlı yeni ödəniş qrafikinin tərtib edilməsini, ilk 1 il müddətində güzəştlə aylıq 100-150 manat məbləğində, 1 ildən sonra isə aylıq 400-500 manat məbləğində ödəniş etməsinə şərait yaradılmasını xahiş edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 iyun 2023-cü il tarixli sm6406 nömrəli Baş Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmeti borcverənin (İddiaçı ASC-nin) bu müqavilə əsasında və bu müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən, borcverənlə bağlanılacaq ayrıca razılaşmalar üzrə verilməsi üçün borcalana (Cavabdeh2) aşağıdakı şərtlərlə bərpaolunan kredit limitini ayırması, borcalanın isə razılaşmalar üzrə limit çərçivəsində borc verən tərəfindən verilən kredit, kredit xətti, qarantiya və akkreditivdən bu müqavilədə və razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində istifadə etməsi və krediti qaytarmasına dair pul öhdəliyidir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, borcalan bu müqavilə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ayrıca razılaşma(lar) əsasında ona verilmiş kredit öhdəliklərini və ya kredit öhdəliklərindən hər hansı birini bu müqavilədə və/və ya həmin razılaşma(lar)da nəzərdə tutulmuş şərtlərlə icra etməzsə və ya lazımınca icra etməzsə, borcverən borcalana verdiyi bütün kreditlərin vaxtından əvvəl qaytarılmasını tələb edə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada təçimatlaırn hamısına tutma yönəldə bilər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 iyun 2023cü il tarixli sm6406 nömrəli Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair 12 iyun 2023-cü il tarixli razılaşmanın 1.1-ci bəndinə əsasən, borcverən (İddiaçı ASC) bu müqavilənin şərtləri daxilində borcalana (Cavabdeh2) əsas vəsaitin artırılması məqsədilə 50000 (əlli min) manat məbləğdə kredit verməyi, borcalan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, cəriməni, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, bu müqavilə borcverənlə borcalan arasında bağlanan 09 iyun 2023-cü il tarixli sm6406 nömrəli Baş Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və bu müqavilə üzrə kredit Baş Kredit müqaviləsi üzrə borcalana ayrılmış limit əsasında verilir. Həmin razılaşmanın 2.2-ci və 2.3-cü bəndlərinə əsasən, kredit 36 ay müddətinə verilir. Kreditə görə illik 18 % faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19% faiz təşkil edir. Həmin razılaşmanın 6.2-ci bəndinə əsasən, borcalan “Kreditin ödəniş cədvəli”nə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu (cərimə) ödəməlidir. İş materiallarında olan həmin razılaşma üzrə ödəniş qrafikindən görünür ki, borcalan Cavabdeh2 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 12 iyun 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyun 2023cü il tarixli sm6406 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmeti İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılan 09 iyun 2023-cü il tarixli sm6406 nömrəli Baş Kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən, borcverən (İddiaçı ASC) qarşısında kredit öhdəliyi olan borcalan (Cavabdeh2) tərəfindən bu öhdəlikləein tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin (Cavabdeh1) öz üzərinə götürməsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, zamin və borcalan borcverən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 iyun 2023cü il tarixli 4066 nömrəli saxlanc girovu haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, girov saxlayan (iddiaçı) girov qoyana (cavabdehə) əsas vəsaitinin artımı məqsədilə 09 iyun 2023-cü il tarixli sm6406 nömrəli kredit müqaviləsinə əsasən 50000 manat məbləğində 36 ay müddətinə, illik 18 faiz ödənilməsi şərtilə təminatlı borc verir, kreditalan isə aldığı borcu (krediti) ödəniş gününə 1807,62 manat məbləğində qaytarmağı və bu müqavilə ilə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqaviləyə əsasən girov qoyan müqavilənin 1.1-ci bəndində göstərilən müqavilə öhdəliklərini icra etmədiyi hallarda girov saxlayan girov qoyulmuş əşyanın dəyərindən təminat almaq hüququna malikdir. Həmin müqavilənin 2.2.3-cü yarımbəndinə əsasən, borc öhdəliyi üzrə öhdəliklərinin vaxtında və tam icra edilməsini təmin etmək girov qoyanın vəzifəsidir. Həmin müqavilənin 4.1-ci və 4.2-ci bəndlərinə əsasən, girovun predmeti olaraq bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə (Siyahı) sadalanan qızıl-zinət əşyaları hesab edilir. Girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən likvid dəyəri 7090,9 manat olan 17 sayda 106,6 qram təşkil edir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, girov qoyan saxlanc girovu ilə təmin edilmiş öhdəliyi vaxtında və tam icra etmədikdə və ya qanunla müəyyən olunmuş digər əsaslar olduqda girov saxlayanın saxlanc girovunun predmetinə dərhal tutma yönəldilməsi hüququ yaranır. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən, əsas kredit borcunun, onun bir hissəsinin, faizlərin, dəbbə və cərimə borclarının vaxtında ödənilməməsi, bu müqavilədə və ya kredit müqavilələri ilə nəzərdə tutulmuş öhdəliklərinin bir dəfə pozulması girov saxlayanın girova tutma yönəldilməsi hüququnun yaranması anlarıdır. İş materiallarında olan iddiaçının nümayəndəsi və Cavabdeh2 tərəfindən imzalanmış “saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” 12 iyun 2023cü il tarixli aktdan görünür ki, Cavabdeh2 məxsus 00374273 nömrəli xüsusi zərfdə saxlanca təhvil verilmiş qızıl-zinət əşyalarının (13,2 qram, 583 əyarlı 4 ədəd üzük; 16,8 qram, 583 əyarlı 4 ədəd sırğa; 16 qram, 583 əyarlı 2 ədəd qolbağ; 8,7 qram, 583 əyarlı 3 ədəd sep; 15 qram, 583 əyarlı 1 ədəd qarnitur; 5,6 qram, 500 əyarlı 1 ədəd üzük; 5,2 qram, 750 əyarlı 1 ədəd üzük; 26,1 qram, 750 əyarlı 1 ədəd qarnitur) likvid dəyəri 7090,9 manat, bazar dəyəri isə 10504,3 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli RB-02/PK-46 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 12 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 10 yanvar 2025-ci il tarixə 19507,69 manat məbləğində əsas borc, 1173,56 manat məbləğində faiz borcu, 140,53 manat məbləğində cərimə olmaqla, cəmi 20821,78 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 14 iyul 2025-ci il tarixli ƏEM/İ 36-357/25 nömrəli mütəxəssis rəyindən görünür ki, qızıl-zinət əşyalarının (13,2 qram, 583 əyarlı 4 ədəd üzük; 16,8 qram, 583 əyarlı 4 ədəd sırğa; 16 qram, 583 əyarlı 2 ədəd qolbağ; 8,7 qram, 583 əyarlı 3 ədəd sep; 15 qram, 583 əyarlı 1 ədəd qarnitur; 5,6 qram, 500 əyarlı 1 ədəd üzük; 5,2 qram, 750 əyarlı 1 ədəd üzük; 26,1 qram, 750 əyarlı 1 ədəd qarnitur) likvid dəyəri 8530 manat, bazar dəyəri isə 10640 manat məbləğində təşkil edir. İş materiallarına, həmçinin hesabdan çıxarış sənədləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən, saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 12 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 18 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh1 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 12 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 19507,69 manat məbləğində əsas borcun, 1173,56 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin 12 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən 140,53 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin 6.2-ci bəndi) iddiaçı cavabdehlərdən müştərək qaydada cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan əlavə, 12 iyun 2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 iyun 2023-cü il tarixli 4066 nömrəli saxlanc girovu haqqında müqavilə üzrə 12 iyun 2023-cü il tarixli aktda göstərilən qızıl-zinət əşyaları (13,2 qram, 583 əyarlı 4 ədəd üzük; 16,8 qram, 583 əyarlı 4 ədəd sırğa; 16 qram, 583 əyarlı 2 ədəd qolbağ; 8,7 qram, 583 əyarlı 3 ədəd sep; 15 qram, 583 əyarlı 1 ədəd qarnitur; 5,6 qram, 500 əyarlı 1 ədəd üzük; 5,2 qram, 750 əyarlı 1 ədəd üzük; 26,1 qram, 750 əyarlı 1 ədəd qarnitur) iddiaçının xeyrinə girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin girov qoyulmuş həmin əşyalara yönəldilməsi barədə tələb Mülki Məcəllənin 295-ci maddəsinin tələblərinə uyğundur. Məhkəmə iş üzrə "xxxx" MMC-dən təqdim edilmiş 14 iyul 2025-ci il tarixli ƏEM/İ 36- 357/25 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, qızıl-zinət əşyalarının (13,2 qram, 583 əyarlı 4 ədəd üzük; 16,8 qram, 583 əyarlı 4 ədəd sırğa; 16 qram, 583 əyarlı 2 ədəd qolbağ; 8,7 qram, 583 əyarlı 3 ədəd sep; 15 qram, 583 əyarlı 1 ədəd qarnitur; 5,6 qram, 500 əyarlı 1 ədəd üzük; 5,2 qram, 750 əyarlı 1 ədəd üzük; 26,1 qram, 750 əyarlı 1 ədəd qarnitur) orta bazar qiyməti ilə ümumi dəyəri 10640 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi girov predmetinin satışından əldə edilən vəsait cavabdehdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin 153 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 16 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 153 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 152,46 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, "xxxx" MMC-nin 14 iyul 2025-ci il tarixli ƏEM/İ 36-357/25 nömrəli mütəxəssis rəyi üzrə məhkəməyə təqdim edilmiş mütəxəssis tədqiqatın dəyəri ilə bağlı hesab-fakturadan görünür ki, aparılan tədqiqatın dəyəri 500 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 19507,69 manat məbləğində əsas borc, 1173,56 manat məbləğində faiz borcu, 140,53 manat məbləğində cərimə, 152,46 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20974,24 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan cəmi 20974,24 manat məbləğində pul vəsaiti İddiaçı ASC-yə girov qoyulmuş Cavabdeh2 məxsus 00374273 nömrəli xüsusi zərfdə saxlanca təhvil verilmiş 13,2 qram, 583 əyarlı 4 ədəd üzüyə, 16,8 qram, 583 əyarlı 4 ədəd sırğaya, 16 qram, 583 əyarlı 2 ədəd qolbağa, 8,7 qram, 583 əyarlı 3 ədəd sepə, 15 qram, 583 əyarlı 1 ədəd qarnitura, 5,6 qram, 500 əyarlı 1 ədəd üzüyə, 5,2 qram, 750 əyarlı 1 ədəd üzüyə, 26,1 qram, 750 əyarlı 1 ədəd qarnitura yönəldilməli, həmin qızıl-zinət əşyaları orta bazar qiyməti ilə ümumi dəyəri 10640 manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan cəmi 20974,24 manat məbləğində borc ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19507,69 (on doqquz min beş yüz yeddi manat, altmış doqquz qəpik) manat məbləğində əsas borc, 1173,56 (min yüz yetmiş üç manat, əlli altı qəpik) manat məbləğində faiz borcu, 140,53 (yüz qırx manat, əlli üç qəpik) manat məbləğində cərimə, 152,46 (yüz əlli iki manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20974,24 (iyirmi min doqquz yüz yetmiş dörd manat, iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalı olan cəmi 20974,24 (iyirmi min doqquz yüz yetmiş dörd manat, iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə girov qoyulmuş Cavabdeh2 məxsus 00374273 nömrəli xüsusi zərfdə saxlanca təhvil verilmiş 13,2 qram, 583 əyarlı 4 ədəd üzüyə, 16,8 qram, 583 əyarlı 4 ədəd sırğaya, 16 qram, 583 əyarlı 2 ədəd qolbağa, 8,7 qram, 583 əyarlı 3 ədəd sepə, 15 qram, 583 əyarlı 1 ədəd qarnitura, 5,6 qram, 500 əyarlı 1 ədəd üzüyə, 5,2 qram, 750 əyarlı 1 ədəd üzüyə, 26,1 qram, 750 əyarlı 1 ədəd qarnitura yönəldilsin. Həmin qızıl-zinət əşyaları orta bazar qiyməti ilə ümumi dəyəri 10640 (on min altı yüz qırx) manat müəyyən edilməklə açıq hərracda satılsın. Satışdan əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 20974,24 (iyirmi min doqquz yüz yetmiş dörd manat, iyirmi dörd qəpik) manat məbləğində borc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-716/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-716/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver