Məhkəmə qərarları › İş №e-2-2(119)-729/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-729/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-729/2025 16.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X1 qarşı “borcun tutulması” tələbinə dair dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеh Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 15 noyabr 2021-ci il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 2784,65 (iki min yeddi yüz səksən dörd manat altmış beş qəpik) manat məbləğində əsas bоrc, 207,18 (iki yüz yeddi manat on səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 104,53 (yüz dörd manat əlli üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3096,36 (üç min doxsan altı manat otuz altı qəpik) manat məbləğində borcun, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 19 dekabr 2024-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 2493,04 (iki min dörd yüz doxsan üç manat dörd qəpik) manat məbləğində əsas bоrc, 262,45 (iki yüz altmış iki manat qırx beş qəpik) manat məbləğində faiz bоrcu və 146,32 (yüz qırx altı manat otuz iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2901,81 (iki min doqquz yüz bir manat səksən bir qəpik) manat məbləğində borcun və 79,99 (yetmiş doqquz manat doxsan doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 16 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılaraq geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Eyni zamanda İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 23 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 79,99 (yetmiş doqquz manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 23 dekabr 2024-cü il, saat 11:16; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci, 260.1-ci, 260.6-cı, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 23 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 79,99 (yetmiş doqquz manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 23 dekabr 2024-cü il, saat 11:16; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar