Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-73/2025 23.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq predmetinin qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq predmetinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “Porsche Cayenne” minik markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması, iddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/2645/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixədək yaranmış 20000 (iyirmi min) manat məbləğində əsas borc, 13787,22 (on üç min yeddi yüz səksən yeddi manat, iyirmi iki qəpik) manat məbləğində mükafat borcu və 207,26 (iki yüz yeddi manat, iyirmi altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 33994,48 (otuz üç min dörd yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat məbləğində borcun və 124 (yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və bağlanmış zaminlik müqaviləsinə əsasən zamin qismində iştirak etmiş digər Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 23 may 2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, nümayəndəsinin başqa məhkəmə iclasında iştirak etməsi ilə əlaqədar hazırkı iclasda iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq, işə Cavabdeh1 və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddiaçı 13 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizənin məzmununda nümayəndəsinin başqa məhkəmə iclasında iştirak etməsi ilə əlaqədar hazırkı iclasda iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmədən 13 avqust 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilərək məhkəmə baxışı iclasının təyin edilməsini xahiş etmişdir. Həmin tarixdə keçirilən iclas iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq 29 avqust 2024-cü il tarixinə təxirə salınmışdır. 29 avqust 2024-cü il tarixdə keçirilmiş iclasda iddiaçı yenidən məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı 01 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizənin məzmununda nümayəndəsinin başqa məhkəmə iclasında iştirak etməsi ilə əlaqədar hazırkı iclasda iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmədən 01 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilərək məhkəmə baxışı iclasının təyin edilməsini xahiş etmişdir. Həmin tarixdə keçirilən iclas iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq 23 noyabr 2024-cü il tarixinə təxirə salınmışdır. Ərizəyə baxılması üçün nəzərdə tutulmuş 4 aylıq müddət 23 noyabr 2024-cü il tarixində başa çatdığından işin hərtərəfli, obyektiv və tam araşdırılması üçün yaranmış zərurətlə əlaqədar kommersiya işinə baxılması müddətinin məhkəmənin 23 noyabr 2024cü il qərardadı ilə həmin tarixdən hesablanmaqla 2 ay müddətinə uzadılması qərara alınmışdır. İddiaçı 27 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizənin məzmununda nümayəndəsinin başqa məhkəmə iclasında iştirak etməsi ilə əlaqədar hazırkı iclasda iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmədən 27 dekabr 2024-cü il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə keçirilən iclasda məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilərək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2025-ci il tarixli 3-16-16/2-9/620/2025 nömrəli məktubu ilə məhkəməyə daxil olmuş ekspert vəsatətində əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların (İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli 06/2645/DLİZ nömrəli lizinq müqaviləsi üzrə ödənişlərin aparılmasını özündə əks etdirən hesabdan çıxarış (lizinq müqaviləsi bağlanılan tarixdən 03 fevral 2025-ci il tarixədək) və kassa mədaxil orderləri) Mərkəzə təqdim edilməsi xahiş edilmişdir. Qeyd olunan vəsatətin icrası ilə əlaqədar əlavə tədqiqat obyektlərinin və iş üzrə materiallarının təqdim edilməsi barədə tərəflərə 18 fevral 2025-ci il tarixli məktublar ünvanlanmış və şifahi qaydada həmin vəsatətin təmin edilməsi ilə bağlı müraciətlər edilmişdir, lakin müvafiq sənədlər təqdim edilməmiş, ümumiyyətlə iddiaçı tərəfindən həmin məktublara hər hansı cavab verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən “ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə 03 fevral 2025-ci il tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq xx.xx.2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən Mərkəzə məktub daxil olmuşdur. Həmin məktubda sənədlərin tərəflərə göndərildiyi və qısa müddət ərzində vəsatətin təmin olunacağı qeyd edilmişdir. Lakin buna baxmayaraq ekspert vəsatəti təmin edilməmişdir” əsası ilə tərtib olunmuş 16 aprel 2025-ci il tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatla Sumqayıt Kommersiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda, həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 29 avqust 2024-cü il, 01 oktyabr 2024-cü il, 19 may 2025-ci il tarixlərinə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı (nümayəndəsi) məhkəmə iclaslarına gəlməmiş, o cümlədən gəlməməsinin səbəblərinin üzürlü olması barədə hər hansı sübut (sübutlar) təqdim etməmişdir. Həmçinin 23 may 2025-ci il tarixli ərizənin məzmununda yenidən “məhkəmə iclasının təxirə salınması” xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud, iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda təsvir olunanlardan göründüyü kimi, iddiaçının iş məhkəmənin icraatında olduğu dövrdə çoxsaylı məhkəmə iclaslarında (xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli) iştirak etməmiş, iclasların təxirə salınması barədə müraciətlərə nümayəndəsinin iclasda iştirak etməməsinin üzürlü səbəbi və ya səbəbləri barədə təsdiqedici sənədləri əlavə etməmiş, iclasların təxirə salınması ilə bağlı bəzi müraciətləri isə təşkilatın bir hüquqşünasının olması ilə “əsaslandırmış”, ekspert vəsatətinin icrası ilə əlaqədar göndərilmiş müraciətlərə laqeyd yanaşmış, başqa sözlə işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün təyin edilmiş məhkəmə iclaslarında iştirak edərək özü tərəfindən verilmiş iddianın müdafiəsi ilə bağlı lazımi və zəruri hərəkətlilik göstərməli olmasına baxmayaraq, buna riayət etməmişdir. İddiaçı təşkilatın bir hüquqşünasının olmasını qeyd edərək cari tarixə, yəni xx.xx.2025-ci il tarixə təyin edilmiş iclasın da təxirə salınmasını xahiş etmişdir. Məhkəmə şərh edilənləri, o cümlədən Mülki Prosessual Məcəllənin 172.1.3-cü və 172.2-ci maddələrinin tələblərini və 185.4-cü maddəsində müəyyən edilmiş qaydanı rəhbər tutaraq qərara alır ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq predmetinin qaytarılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-73/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-73/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver