Məhkəmə qərarları › İş №e-2-2(119)-970/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-970/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-970/2024 17.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddaçı İddiaçınə məxsus “Lexus LS460” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2020-ci il tarixli 06/3066/YDLİZ nömrəli X1 Müqaviləsinə əsasən 16 fevral 2024-cü il tarixədək yaranmış 8613,29 manat əsas borc, 5750,57 manat mükafat borcu və 256 manat peniya olmaqla cəmi 14619,97 manat lizinq borcu məbləğinin, iddiaçı tərəfindən ödənilmiş 400 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc və əlavə 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə verərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2020-ci il tarixli 06/3066/YDLİZ nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən 25 dekabr 2020-ci il tarixədək yaranmış 2449 manat lizinq borcu, iddiaçı tərəfindən ödənilmiş 400 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc və əlavə 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair e-2-2(119)-970/2024 nömrəli kommersiya işi üzrə 17 sentyabr 2024-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Lakin İddiaçı 10 sentyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında 09 sentyabr 2024-cü il tarixli MŞB/2/2024-00955 nomrəli Barışıq Sazişi bağlanmış olduğundan, İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-970/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1da “iş üzrə icraata xitam verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 11 sentyabr 2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında könüllü mediasiya əsasında barışıq sazişi imzalanmışdır və həmin sazişdə nəqliyyat vasitəsinin təhvil alındığı və lizinq müqaviləsinə xitam verildiyi qəbul edilmişdir. Cavabdeh 3 ay ərzində 924 manat İddiaçı hesabına ödəməyi, İddiaçı isə hazırki kommersiya mübahisə üzrə tələbdən imtina etməyi öhdəsinə götürdüyündən İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-970/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələblərinə görə, iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa - iş üzrə icraata xitam verilir. Həmin Məcəllənın 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı hazırkı kommersiya işi üzrə iddiadan imtina etməsi tərəflərin mənafeyinə uyğun olduğundan, iddiaçının iddiadan imtinası qəbul edilərək, İddiaçı iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməli və İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-970/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi” barədə ərizəsi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-970/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar