Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-731/2025 08.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “borcun tutulması və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh 2007-ci ildən bugünə qədər qanunsuz olaraq paylı mülkiyyətlərində olan əmlakdan istifadə etdiyinə görə, hər aya görə 300 manat olmaqla 204 ay üçün hesablanmış 61200 (altmış bir min iki yüz) manat, mənəvi ziyana görə 20000 (iyirmi min) manat olmaqla, cəmi 81200 (səksən bir min iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində qeyd olunmuş 14 fevral 2025-ci tarixli ********** nömrəli ödəniş qəbzinin iddiaçılar tərəfindən daha öncə Bakı Kommersiya Məhkəməsinə müraciət edilən zaman istifadə edildiyi müəyyən edilmişdir. Aydınlaşdırılmışdır ki, iddiaçılar daha öncə cavabdehə qarşı eyni məzmunlu tələb irəli sürərək iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişlər. Bakı Kommersiya Məhkəməsinin 28 fevral 2025-ci il tarixli e-2-2(113)-2781/2025 nömrəli qərardadı ilə (həmin qərardad iddiaçılar tərəfindən iş materiallarına əlavə edilmişdir) həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə (əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə) əsasən iddiaçıya geri qaytarılmışdır. Eyni zamanda, həmin qərardadın məzmunundan görünür ki, məhkəmə tərəfindən İddiaçı3 məhkəməyə iddia ərizəsi təqdim edərkən ödədiyi 334,5 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Başqa sözlə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə üzrə iddiaçı əvvəlcə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmış, bununla əlaqədar İddiaçı3 ödədiyi rüsumun da ona qaytarılması qərara alınmış, iddiaçılar isə daha sonra eyni məzmunlu iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərkən yenidən dövlət rüsumu ödəməli olmalarına baxmayaraq bunu etməmiş, Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən iddia ərizəsinə əlavə etdikləri ödəniş qəbzindən, yəni qüvvədə olan məhkəmə aktı ilə faktiki olaraq İddiaçı3 qaytarılması nəzərdə tutulan məbləğin əks edildiyi ödəniş qəbzindən istifadə etmişdirlər. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələblərinə görə, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə, diqqətə çatdırılır ki, iddiaçılar tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdeh tərəfindən müvafiq qaydada alınması haqqında sənəd iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilsə də, həmin pretenziya məktubunun özü məhkəməyə təqdim edilməmişdir. Bununla əlaqədar olaraq, məhkəmə pretenziya məktubunun məzmunu ilə tanış ola bilmədiyi üçün cavabdehlə mübahisənin məhkəməyə qədər həlli üçün iddiaçılar tərəfindən məktubda nəzərdə tutulmuş müddətə riayət edilib-edilməməsi halını yoxlamaq imkanından məhrum olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-731/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-731/2025
08.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver