Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-736/2020 27.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı icarə müqaviləsinin ləğv edilməsi və cəmi 37.052,2 manat məbləğində borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin şərtlərinə əməl edilməsi və s. tələbinə dair e-2-2(113)-1627/2020 saylı işlə bir icraatda baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, ş üzrə məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(103)-413/2020 saylı qərardadının surətini təqdim edərək tərəflər arasında hazırkı işlə əlaqəli olan digər bir işin hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olduğunu bildirmiş və qeyd edilən işlərin bir icraatda baxılmasın xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 hazırki işin bir icraatda baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlisinə etiraz etmədiyini, məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının məzmunundan görünür ki, hazırkı işlə tərəflər arasında olan e-2-2(113)-1627/2020 saylı iş bir-biri ilə əlaqəlidir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan həmin iş üzrə növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, birbiri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 43, 263 və 264-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə iş hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin şərtlərinə əməl edilməsi və s. tələbinə dair e-2-2(113)-1627/2020 saylı işlə bir icraatda baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-736/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-736/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver