Məhkəmə qərarları › İş №e-2-2(119)-749/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-749/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-749/2025 03.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 12102,22 (on iki min yüz iki manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 724,12 (yeddi yüz iyirmi dörd manat on iki qəpik) manat məbləğində faiz borcu və 307,38 (üç yüz yeddi manat otuz səkkiz qəpik) manat məbləğində cərimə borcu, 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1736,7 (min yeddi yüz otuz altı manat yetmiş qəpik) manat məbləğində əsas borc, 196,31 (yüz doxsan altı manat otuz bir qəpik) manat məbləğində faiz borcu və 64,45 (altmış dörd manat qırx beş qəpik) manat məbləğində cərimə borcu, 20 iyul 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9243 (doqquz min iki yüz qırx üç) manat məbləğində əsas borc, 852,68 (səkkiz yüz əlli iki manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu və 240,33 (iki yüz qırx manat otuz üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 25467,19 (iyirmi beş min dörd yüz altmış yeddi manat on doqquz qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 166,4 (yüz altmış altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4, Cavabdeh1 və X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 005L**********85 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh4 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixli 005S**********01 saylı, 005S**********03 saylı, 005S**********02 nömrəli qoşulma barədə sazişlərlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 005R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 37897,78 manat ödəmiş, onun 12102,22 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 127 gün üçün hesablanmış faiz borcu 724,12 manat, cərimə 307,38 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 005R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 3263,3 manat ödəmiş, onun 1736,7 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 160 gün üçün hesablanmış faiz borcu 196,31 manat, cərimə 64,45 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11500 (on bir min beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 005R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 2257 manat ödəmiş, onun 9243 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 130 gün üçün hesablanmış faiz borcu 852,68 manat, cərimə 240,33 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” Cavabdeh4 – “kredit alan”, X1 oğlu və Cavabdeh1 – “zamin” olmaqla bağlanmış 23 sentyabr 2022-ci il tarixli 005L**********85 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci bəndinə görə kredit alana sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh4 – “kredit alan” olmaqla bağlanmış 23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 50000 (əlli min) manat olan biznes kreditini illik faiz dərəcəsi 20 % olmaqla 24 ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ81ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 50000 (əlli min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə tərtib olunmuş 23 sentyabr 2022-ci il tarixli ödəniş planında borcalan Cavabdeh4 banka olan borcunun son ödəniş tarixi 23 sentyabr 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh4 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişinə və ödəniş planınına dəyişiklik edilməsi haqqında 05 iyul 2024-cü il tarixli müqavilənin 1-ci bəndinə əsasən kredit alan bank ilə kredit alan arasında 23 sentyabr 2022 ci il tarixli 0091**********85 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 23 sentyabr 2022-ci il tarixdə bağlanmış 005R********** kredit sazişi üzrə götürdüyü kreditin qalıq məbləğinə 05 iyul 2024-cü il tarixdən aylıq 1,8333% dərəcəsi ilə faizlər hesablanır. Kredit alan kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizi və cərimə borcunu bu sazişə əlavə olunan 05 iyul 2024cu il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə tərtib olunmuş 05 iyul 2024cü il tarixli ödəniş planında borcalan Cavabdeh4 banka olan borcunun son ödəniş tarixi 23 yanvar 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh4 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 20 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit razılaşması üzrə 20 may 2025-ci il tarixinə 11502,22 (on bir min beş yüz iki manat iyirmi iki qəpik) manat məbləğində əsas bоrc, 23 yanvar 2025-ci il tarixinə 690,50 (altı yüz doxsan manat, əlli qəpik) manat məbləğində faiz borcu və 576,31 (beş yüz yetmiş altı manat otuz bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 12769,03 (on iki min yeddi yüz altmış doqquz manat üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh4 – “kredit alan” olmaqla bağlanmış 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 5000 (beş min) manat olan biznes kreditini illik faiz dərəcəsi 22 % olmaqla 24 ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ81ACAB**********000049501 nömrəli cari hesab və həmin cari hesabda 5000 (beş min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə tərtib olunmuş 19 yanvar 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh4 banka olan borcunun son ödəniş tarixi 21 yanvar 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh4 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişinə və ödəniş planınına dəyişiklik edilməsi haqqında 05 iyul 2024-cü il tarixli müqavilənin 1-ci bəndinə əsasən, kredit alan bank ilə kredit alan arasında 23 sentyabr 2022-ci il tarixli 0091**********85 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 19 yanvar 2023-cü il tarixdə bağlanmış 005R********** kredit sazişi üzrə götürdüyü kreditin qalıq məbləğinə 05 iyul 2024-cü il aylıq 2% dərəcəsi ilə faizlə hesablanır. Kredit alan kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizi və cərimə borcunu bu sazişə əlavə olunan 05 iyul 2024-cü il tarixli Ödəniş Planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşması üzrə tərtib olunmuş 05 iyul 2024-cü il tarixli ödəniş planında borcalan Cavabdeh4 banka olan borcunun son ödəniş tarixi 19 may 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh4 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 19 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh4 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit razılaşması üzrə 19 may 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 1536,72 (min beş yüz otuz altı manat yetmiş iki qəpik) manat məbləğində kredit borcu, 222,89 (iki yüz iyirmi iki manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu və 89,12 (səksən doqquz manat on iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1848,73 (min səkkiz yüz qırx səkkiz manat yetmiş üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh4 – “kredit alan” olmaqla bağlanmış 20 iyul 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 11500 (on bir min beş yüz) manat olan biznes kreditini illik faiz dərəcəsi 20 % olmaqla 36 ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ81ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 11500 (on bir min beş yüz) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşması üzrə tərtib olunmuş 20 iyul 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh4 banka olan borcunun son ödəniş tarixi 20 iyul 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh4 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 28 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh4 20 iyul 2023-cü il tarixli 005R********** nömrəli kredit razılaşması üzrə 28 yanvar 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 9243 (doqquz min iki yüz qırx üç) manat məbləğində əsas borc, 852,68 (səkkiz yüz əlli iki manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu və 240,33 (iki yüz qırx manat otuz üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 10336,01 (on min üç yüz otuz altı manat bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişinə və ödəniş planınına dəyişiklik edilməsi haqqında 05 iyul 2024-cü il tarixli müqavilənin 1-ci bəndinə əsasən, kredit alan bank ilə kredit alan arasında 23 sentyabr 2022 ci il tarixli 0091**********85 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 20 iyul 2023-cü il tarixdə bağlanmış 003R********** kredit sazişi üzrə götürdüyü kreditin qalıq məbləğinə 03 iyul 2021 cil il tarixdən aylıq 1,8333 % dərəcəsi ilə faizlər hesablanır. Kredit Alan kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gccikdirilmə faizini və cərimə borcunu bu sazişə əlavə olunan 03 iyul 2024-cü il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşması üzrə tərtib olunmuş 05 iyul 2024-cü il tarixli ödəniş planında borcalan Cavabdeh4 banka olan borcunun son ödəniş tarixi 20 noyabr 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh4 və Cavabdeh3 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “zamin” olmaqla bağlanmış 05 iyul 2024-cü il tarixli 005S**********02 nömrəli qoşulma barədə sazişə əsasən zamin kredit alanın 23 sentyabr 2022-ci il tarixli 0091**********85 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh3 – “zamin” olmaqla bağlanmış 05 iyul 2024-cü il tarixli 005S**********03 nömrəli qoşulma barədə sazişə əsasən zamin kredit alanın 23 sentyabr 2022-ci il tarixli 0091**********85 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “zamin” olmaqla bağlanmış 05 iyul 2024-cü il tarixli 005S**********01 nömrəli qoşulma barədə sazişə əsasən zamin kredit alanın 18 noyabr 2022-ci il tarixli 009L**********95 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 28 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilərək 23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 12102,22 manat məbləğində əsas borc, 724,12 manat məbləğində faiz borcu və 307,38 manat məbləğində cərimə olmaqla, cəmi 13133,72 (on üç min yüz otuz üç manat yetmiş iki qəpik) manat məbləğində borcun, 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1934,70 manat məbləğində əsas borc, 178,13 manat məbləğində faiz borcu və 54,30 manat məbləğində cərimə olmaqla, cəmi 2167,13 manat məbləğində borcun, 20 iyul 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9243 manat məbləğində əsas borc, 852,68 manat məbləğində faiz borcu və 240,33 manat məbləğində cərimə olmaqla, cəmi 10336,01 manat məbləğində borcun olduğu bildirilmiş, borcun 07 fevral 2025-ci il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh4 23 sentyabr 2022-ci il tarixli 005L**********85 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi, 23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma, 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma və 20 iyul 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit razılaşmaları üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin razılaşmalar üzrə yaranmış borclar iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi “23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 12102,22 (on iki min yüz iki manat iyirmi iki qəpik) manat məbləğində əsas borcun və 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1736,7 (min yeddi yüz otuz altı manat yetmiş qəpik) manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, iddiaçı tərəfindən təqdim edilmiş 19 may 2025-ci il tarixli və 20 may 2025-ci il tarixli maliyyə arayışları mötəbər sübut kimi əsas götürülərək 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1536,72 (min beş yüz otuz altı manat yetmiş iki qəpik) manat məbləğində əsas borc və 23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 11502,22 (on bir min beş yüz iki manat iyirmi iki qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi “20 iyul 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9243 (doqquz min iki yüz qırx üç) manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlid və həmin razılaşma üzrə 9243 (doqquz min iki yüz qırx üç) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia qaldırarkən 23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 28 yanvar 2025-ci il tarixinə hesablanmış 724,12 (yeddi yüz iyirmi dörd manat on iki qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Lakin həmin kredit razılaşması üzrə tərtib edilmiş 20 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, həmin razılaşma üzrə razılaşmanın müddətinin bitdiyi tarixə, yəni 23 yanvar 2025-ci il tarixinə faiz borcunun məbləği 690,50 (altı yüz doxsan manat əlli qəpik) manat manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında olan hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma kredit müddətinin başa çatma tarixinə, yəni 23 yanvar 2025-ci il il tarixinə hesablanmış 690,50 (altı yüz doxsan manat əlli qəpik) manat manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsi tələb edilməmişdir. İddiaçı iddia qaldırarkən 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 28 yanvar 2025-ci il tarixinə hesablanmış 196,31 (yüz doxsan altı manat otuz bir qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 28 yanvar 2025-ci il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə həmin tarixə hesablanmış 178,13 (yüz yetmiş səkkiz manat on üç qəpik) manat məbləğində faiz bоrcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi 20 iyul 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 852,68 (səkkiz yüz əlli iki manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın “23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 307,38 (üç yüz yeddi manat otuz səkkiz qəpik) manat, 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 64,45 (altmış dörd manat qırx beş qəpik) manat və 20 iyul 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 240,33 (iki yüz qırx manat otuz üç qəpik) manat cərimənin iddiaçının xeyrinə tutulması” hissələri ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissələrdə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 23 sentyabr 2022-ci il tarixli 005L**********85 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə və 05 iyul 2024-cü il tarixli 005S**********01 nömrəli qoşulma barədə sazişə əsasən əsasən zamin Cavabdeh1, 05 iyul 2024-cü il tarixli 005S**********02 nömrəli qoşulma barədə sazişə əsasən zamin Cavabdeh2 və 05 iyul 2024-cü il tarixli 005S**********03 nömrəli qoşulma barədə sazişə əsasən zamin Cavabdeh3 kredit alanın 23 sentyabr 2022-ci il tarixli 0091**********85 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin "cavabdehdəhlərdən müştərək qaydada 166,4 (yüz altmış altı manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 163,84 (yüz altmış üç manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 11502,22 (on bir min beş yüz iki manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 690,50 (altı yüz doxsan manat əlli qəpik) manat məbləğində faiz borcu, 307,38 (üç yüz yeddi manat otuz səkkiz qəpik) manat məbləğində cərimə borcu, 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1536,72 (min beş yüz otuz altı manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 178,13 (yüz yetmiş səkkiz manat on üç qəpik) manat məbləğində faiz borcu, 64,45 (altmış dörd manat qırx beş qəpik) manat məbləğində cərimə borcu, 20 iyul 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9243 (doqquz min iki yüz qırx üç) manat məbləğində əsas bоrc, 852,68 (səkkiz yüz əlli iki manat altmış səkkiz qəpik) manat məbləğində faiz bоrcu 240,33 (iki yüz qırx manat otuz üç qəpik) manat məbləğində cərimə borcu və 163,84 (yüz altmış üç manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 24779,25 (iyirmi dörd min yeddi yüz yetmiş doqquz manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 23 sentyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 11502,22 (on bir min beş yüz iki manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 690,50 (altı yüz doxsan manat əlli qəpik) manat məbləğində faiz borcu, 307,38 (üç yüz yeddi manat otuz səkkiz qəpik) manat məbləğində cərimə borcu, 19 yanvar 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1536,72 (min beş yüz otuz altı manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 178,13 (yüz yetmiş səkkiz manat on üç qəpik) manat məbləğində faiz borcu, 64,45 (altmış dörd manat qırx beş qəpik) manat məbləğində cərimə borcu, 20 iyul 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9243 (doqquz min iki yüz qırx üç) manat məbləğində əsas bоrc, 852,68 (səkkiz yüz əlli iki manat altmış səkkiz qəpik) manat məbləğində faiz bоrcu 240,33 (iki yüz qırx manat otuz üç qəpik) manat məbləğində cərimə borcu və 163,84 (yüz altmış üç manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 24779,25 (iyirmi dörd min yeddi yüz yetmiş doqquz manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar