Məhkəmə qərarları › İş №e-2-2(119)-751/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-751/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-751/2023 09.08.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 30 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyul 2021-ci il tarixli 001A********** nömrəli kredit müqaviləsi əsasında mərhum kredit alan Bəhrəmov Nəsib Həsən oğlunun vərəsələri olan cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 2489,59 manat məbləğində krеdit bоrcu, 566,1 manat məbləğində faiz bоrcu və 536,76 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3592,45 (üç min beş yüz doxsan iki manat 45 qəpik) manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Bəhrəmov Nəsib Həsən oğluna kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 27 iyul 2021-ci il tarixdə bağladığı 001A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,25% оlmaqla 15 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı Əlavədə müəyyən оlunmuş Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fərdi mikro kredit verilmişdir. İş materiallarına əlavə edilmiş MAPS arayışından borcalan Bəhrəmov Nəsib Həsən oğlunun vəfat etdiyi kredit verən İddiaçı QSC-yə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli **********95 saylı məktubuna əsasən Qobustan rayonu Çalov kəndində 1,95 ha ümumi birgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Bəhrəmov Nəsib Həsən oğlunun mülkiyyətindədir. Bununla bağlı Qobustan rayon İcra Hakimiyyətinə sorğu verilmiş və Qobustan rayon İcra Hakimiyyətinin 10 yanvar 2023-cü il tarixli 6/005 saylı məktubuna əsasən məlum olmuşdur ki, mərhum Bəhrəmov Nəsib Həsən oğlunun mülkiyyətində olan Qobustan rayonu Çalov kəndində 1,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hal-hazırda arvadı Cavabdeh2, oğlu Cavabdeh1 və oğlu Cavabdeh3 tərəfindən istifadə edilir. Belə ki, adları qeyd edilən şəxslər həmin torpaq sahəsindən istifadə etdikləri üçün həmin miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onların tərəfindən qəbul edilmiş hesab edildiyindən - Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mərhum borc alan Bəhrəmov Nəsib Həsən oğlunun faktiki vərəsələri hesab edilirlər. Kredit müqaviləsinin 1.2-ci bəndinin tələbi pоzularaq dəfələrlə ödənişlər yubadılmış, kredit müqaviləsi üzrə 02 dekabr 2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit bоrcu və faiz bоrcundan ibarət vəsaitlər qaytarılmamışdır. Borcalan kredit bоrcundan əsas məbləğdən 510,41 manat ödəniş etmiş və оnun iddiaçıya 2489,59 manat məbləğində əsas kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, borcalan kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 09 fevral 2023-cü il tarixə 434 gün üçün hesablanmış faiz borcu 566,1 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 09 fevral 2023-cü il tarixə 434 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 536,76 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə borcalan Bəhrəmov Nəsib Həsən oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Bəhrəmov X1 Müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin Zaminlik Müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında cavabdeh Bəhrəmov Nəsib Həsən oğlu ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Göründüyü kimi, borcalan Bəhrəmov Nəsib Həsən oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə və zaminlərə qarşı tələb hüququ yaranması üçün əsasdır. Cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müqavilə üzrə yaranmış borcu ödəməmişlər. Həmçinin, tərəflər arasında olan hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, məhkəməyə müraciət olunmamışdan əvvəl iddiaçı tərəfindən bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamış və mediasiya xərci olaraq İddiaçı QSC tərəfindən mediatora 60 manat haqq ödənilmişdir. İş üzrə 20 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini və mərhum atasının almış olduğu kredit borcunun qaytarılması üçün verilmiş hazırkı iddia ərizəsi üzrə zamin olaraq ondan yalnız 2489,59 manat məbləğində əsas borcun tutulmasına razı olsa da, iddia tələbi ilə qalan hissədə, yəni faiz və cərimə borcunun tutulması hissəsində razı olmadığını və əsas borcu hissə-hissə ödəmək niyyətində olduğunu bildirmişdir. Lakin, iş üzrə 09 avqust 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 iyul 2021-ci il tarixli 001A********** nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Bəhrəmov Nəsib Həsən oğlu – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Bəhrəmov Nəsib Həsən oğluna (VÖEN **********) 15 ay müddətinə aylıq 2,25 % dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») uyğun olaraq krediti və faizi Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.2.3-cü bəndinə əsasən, Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 27 iyul 2021-ci il tarixli 001A********** nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin 27 iyul 2021-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, kredit alan Bəhrəmov Nəsib Həsən oğlunun Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 240 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Bəhrəmov Nəsib Həsən oğlu imza etmişdir. X2 əsasən ödənişin son tarixi 02 noyabr 2022-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 27 iyul 2021-ci il tarixli 001G**********01 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh3 – “Zamin” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən zamin Cavabdeh3 zamin olaraq kredit alan Bəhrəmov Nəsib Həsən oğlunun 27 iyul 2021-ci il tarixli 001A********** nömrəli Kredit Müqaviləsi əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 27 iyul 2021-ci il tarixli 001G**********02 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh1 – “Zamin” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən zamin Cavabdeh1 zamin olaraq kredit alan Bəhrəmov Nəsib Həsən oğlunun 27 iyul 2021-ci il tarixli 001A********** nömrəli Kredit Müqaviləsi əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 11 may 2023-cü il tarixli 4602 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Bəhrəmov Nəsib Həsən oğlunun 27 iyul 2021-ci il tarixli 001A********** nömrəli Kredit Müqaviləsi üzrə 09 fevral 2023-cü il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2489,59 manat məbləğində əsas borc, 566,10 manat məbləğində faiz borcu və 536,76 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3592,45 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 434 gün). İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli AZ-İİ seriyalı 190954 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, 27 iyul 2021-ci il tarixli 001A********** nömrəli Kredit Müqaviləsi üzrə borcalan Bəhrəmov Nəsib Həsən oğlu 27 oktyabr 2021-ci ildə “Bronxlar və ağciyər lokalizasiyalı” səbəbindən ölmüş və bu barədə “Ölüm haqqında akt qeydləri kitabında” 05 noyabr 2021-ci ildə “293” nömrə ilə qeyd edilmişdir ("AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə də müəyyən olunur ki, 12 mart 1969-cu il təvəllüdlü Bəhrəmov Nəsib Həsən oğlu 27 oktyabr 2021-ci ildə ölmüşdür). İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, mərhum Bəhrəmov Nəsib Həsən oğlunun (borcalanın) adına (mülkiyyətində) Qobustan rayonu Çalov kəndində JN 227 nömrəli dövlət aktına əsasən 1,95 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və həmin torpaq sahəsindən mərhum Bəhrəmov Nəsib Həsən oğlunun arvadı - xx xxxxxx 1976-cı il təvəllüdlü Cavabdeh2, oğlu - xx xxxx 1997-ci il təvəllüdlü Cavabdeh1 və oğlu - xx xxxxxx 2000-ci il təvəllüdlü Cavabdeh3 istifadə və sahiblik edirlər. Ona görə də, mərhum Bəhrəmov Nəsib Həsən oğlunun mirası vərəsələr Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 27 iyul 2021-ci il tarixli 001A********** nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrası mərhum borcalan Bəhrəmov Nəsib Həsən oğlunun şəxsi iştirakı olmadan mümkün olduğuna görə, həmin kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir və işin hallarına görə məlum kredit müqaviləsi üzrə Cavabdeh2 mərhum Borcalanın vərəsəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə mərhum Borcalanın vərəsələri olmaqla yanaşı, eyni zamanda həmin Kredit Müqaviləsi üzrə zamindirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 19 aprel 2023-cü il tarixli qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda təsvir olunanlardan görünür ki, mərhum borcalan Bəhrəmov Nəsib Həsən oğlu ilə bağlanmış 27 iyul 2021-ci il tarixli 001A********** nömrəli Kredit Müqaviləsi üzrə cəmi 3000 manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlinə uyğun olaraq qaytarılmadığı üçün krediti vermiş İddiaçı QSC tərəfindən həmin müqavilə üzrə 09 fevral 2023-cü il tarixə 2489,59 manat məbləğində əsas borcu, 566,1 manat məbləğində faiz borcu və 536,76 manat məbləğində cərimə borcunun olduğu müəyyən edilmişdir. Lakin, borcalan Bəhrəmov Nəsib Həsən oğlu 27 oktyabr 2021-ci ildə öldüyündən, həmin kredit müqaviləsi üzrə zaminlər Cavabdeh3 və Cavabdeh1 – zamin olaraq, borcalanın arvadı Cavabdeh2 isə vərəsə olaraq müqavilə üzərinə düşən öhdəliyi yerinə yetirərək, vəfat etmiş borcalanın əvəzindən Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödənişlər etmədiklərindən borcverən (iddiaçı) İddiaçı QSC tərəfindən zaminlər (cavabdehlər) Cavabdeh3 və Cavabdeh1 və borcalanın arvadı, yəni Borcalanın vərəsəsi olan Cavabdeh2 qarşı “cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 2489,59 manat məbləğində krеdit bоrcu, 566,1 manat məbləğində faiz bоrcu və 536,76 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3592,45 manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Qeyd etmək lazımdır ki, məlum kredit müqaviləsi üzrə zamin olduqları üçün cavabdehlər Cavabdeh3 və Cavabdeh1 borcalan ata - Bəhrəmov Nəsib Həsən oğlu öldükdən sonra həmin kredit müqaviləsi üzrə zamin olaraq öhdəlik daşımalarından məlumatlı olmuşlar və zamin olaraq həmin öhdəlikləri borcalanın əvəzindən icra edə bilərdilər. Yəni, 27 iyul 2021-ci il tarixli 001A********** nömrəli Kredit Müqaviləsi üzrə zaminlər (cavabdehlər) Cavabdeh3 və Cavabdeh1 27 iyul 2021-ci il tarixli 001G**********01 nömrəli və 27 iyul 2021-ci il tarixli 001G**********02 nömrəli Zaminlik Müqavilələri bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcalan Bəhrəmov Nəsib Həsən oğlu 21 oktyabr 2021-ci ildə öldükdən sonra borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə borclunun (borc alanın) ölümü – zaminliyə xitam verilməsinə səbəb olmur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, mərhum borcalanla bağlanmış 27 iyul 2021-ci il tarixli 001A********** nömrəli Kredit Müqaviləsi üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsi zaminlər və vərəsəsi tərəfindən təmin olunmadığından, həmin Kredit Müqaviləsi üzrə yaranmış əsas və faiz borc, yəni 2489,59 manat məbləğində əsas borc və 566,1 manat məbləğində faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "536,76 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, cərimə məbləği azaldılaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada cəmi 10 (on) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 27 iyul 2021-ci il tarixli 001A********** nömrəli kredit müqaviləsi üzrə 2489,59 manat məbləğində əsas borc, 566,1 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə olmaqla, cəmi 3065,69 manat məbləğində borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı da cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 50,65 (əlli manat 65 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 27 iyul 2021-ci il tarixli 001A********** nömrəli kredit müqaviləsi üzrə 2489,59 (iki min dörd yüz səksən doqquz manat 59 qəpik) manat məbləğində əsas borc, 566,1 (beş yüz altmış altı manat 10 qəpik) manat məbləğində faiz borcu, 10 (on) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 3125,69 (üç min yüz iyirmi beş manat 69 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 50,65 (əlli manat 65 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar