Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-767/2025 19.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 4877,5 (dörd min səkkiz yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən obyektdə qazdan Cavabdeh tərəfindən verilmiş 07 oktyabr 2015-ci il tarixli 25281 saylı texniki şərt əsasında istifadə edilir. 06 dekabr 2024-cü il tarixdə Sumqayıt Qaz İstismar İdarəsinin nümayəndələri tərəfindən heç bir xəbərdarlıq edilmədən həmin qeyri-yaşayış obyektində qaz təchizatına baxış keçirilmiş və bununla bağlı ******* nömrəli akt və 06 dekabr 2024-cü il tarixli bildiriş tərtib edilmişdir. Həmin sənədlər X1 imza etdirilərək ona təqdim edilmişdir. Sözügedən sənədlərlə tanış olduqdan sonra məlum olmuşdur ki, müəssisədə istifadə olunan saatlıq qaz sərfiyyatının nəzərdə tutulduğundan yüksək olması səbəbilə 20 gün müddətində Asan Kommunal Mərkəzinə müraciət edilərək yeni texniki şərt alınması tələb edilmişdir. Tərtib edilmiş ******* nömrəli aktın məzmunu oxumaq mümkün olmadığından xəbərdarlıq əsas götürülərək 16 dekabr 2024-cü il tarixdə yeni texniki şərt alınmsı üçün Bakı 1 saylı X4 iddiaçı tərəfindən müraciət olunmuşdur. Bundan sonra 13 yanvar 2025-ci il tarixdə iddiaçının şəxsi vərəqinə MT2***-*******5 nömrəli elektron qaimə daxil olmuşdur və həmin elektron qaimədə real istifadə edilən qaz sərfiyyatından başqa əlavə sərfiyyat tətbiq olunmuş və nəticədə 5578,5 manat məbləğində ödənilməli olan borc göstərilmişdir. Halbuki, iddiaçı tərəfindən 07 yanvar 2025-ci il tarixdə 691 manat məbləğində qaz sərfiyyatı üçün ödəniş edilmiş, lakin bununla əlaqədar Sumqayıt Qaz İstismar İdarəsinə müraciət edilsədə, heç bir sənəd əldə edilməmişdir. Daha sonra yoxlama zamanı müəssisədə istifadə olunan qaz cihazlarının maksimal gücü 28,1 m3 istismarda olan G-6 markalı 28101389 nömrəli qaz sayğacının maksimal buraxma həddindən 18,1 m3 çox olması, sayğacın sərfiyyata uyğun olmaması, LSS-dən kənar qoşulmuş qaz cihazlarından istifadə olunması barədə aktda qeydlər edildiyi məlum olmuşdur. Lakin yoxlama zamanı qeyri yaşayış sahəsində istifadə olunan avadanlıqların qeydiyyatını özündə əks etdirən 06 dekabr 2024-cü il tarixdə tərtib olunmuş inventar aktında göstərilən avadanlıqların işlək olub-olmaması haqqında təqdim olunmuş göstərilən foto şəkillər reallığı əks etdirmir. Belə ki, aktda göstərilən avadanlıqlardan bəziləri kombi 5 ədəd 24 kv-lıq müəssisədə mövcud deyildir (3 ədəd mövcuddur). Eyni zamanda qeyd olunan məişət tipli qaz plitəsinin də özü mövcud olsa da, bəziləri sistemə qoşulu olmayıbdır. Bununla da bu nəticəyə gəlinir ki, yoxlayıcılar tərəfindən tərtib olunmuş 06 dekabr 2024-cü il tarixli inventar aktı düzgün tərtib olunmamışdır. Odur ki, 07 yanvar 2025ci il tarixdə istifadə edilmiş qaz sərfiyyatı üçün 691 manat vəsait ödənildiyindən yenidən 13 yanvar 2025-ci il tarixli MT2501 seriyalı 10596795 nömrəli elektron qaimə göndərilərək 5578,5 manat məbləğində əlavə vəsait hesablanması tamamilə yalnışdır. Çünki iddiaçı tərəfindən sərfiyyatına uyğun 691 manat ödənilmiş, qalan 4877,50 manat cavabdeh tərəfindən artıq hesablanmışdır. Cavabdeh 06 may 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı ünvanında sahibkalıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışla 06 dekabr 2024-cü il tarixdə qeydiyyatdan keçərək sayğaca baxış keçirilmiş və aşkar olunan nöqsanlar barədə akt tərtib edilmişdir. Aktda layihədən kənar qaz cihazlarından istifadə olunduğu, mövcud qaz sayğacının saatlıq maksimal ölcmə həddi 10 m3/saat olduğu təqdirdə qaz işlədicilərinin maksimal sərfiyyatı 28.1 m3/saat olduğu qeyd edilmişdir. Akta əsasən tələbnamə tərtib olunmuş və 19548 m3 itirilmiş qaz, mövcud qaydalara uyğun olaraq 0,25 qəpiklə 4877,5 manat məbləğində hesablanmışdır. Tərtib olunan aktla abonent tanış olmuş və imza etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Abonent sənaye qaz istifadəçisi olduğundan mövcud nasazlığa görə məsuliyyəti özü daşıyır. Bununla bağlı “Qazdan istifadə Qaydaları”nın 4.8ci bəndinə əsasən fiziki şəxs olan istehlakcıların qaz sayğaclarını işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Abonent sayğaca müdaxilə etməklə (hərəkət və ya hərəkətsizliyindən) qazdan qeyri-qanuni istifadə etmiş, nəticədə qaz itkisinə yol verilmiş və dövlət əmlakı talanmışdır. Bununla bağlı iddiaçıdan vurulmuş zərərin ödənilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən ödəniş edilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə3 etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış 20 aprel 2021-ci il tarixli AMX-2053/21 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. İş materiallarında olan KY242260413 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Cavabdeh təfərindən İddiaçınə məxsus sahibkarlıq obyektində başlama tarixi 06 dekabr 2024-cü il, qurtarma tarixi 10 dekabr 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi kimi qeyd edilmişdir. İş materiallarında olan 06 dekabr 2024-cü il tarixli yoxlama aktından görünür ki, Cavabdeh nümayəndələri İddiaçındə yoxlama aparmış, müəssisədə istehsal olunan qaz cihazlarının maksimal gücü 28,1 m3, istismarda olan qaz sayğacının maksimal buraxma həddindən 18,1 m3 çox olduğu, sayğacın sərfiyyata uyğun olmadığı, LSS-dən kənar qoşulmuş qaz cihazlarından istifadə olunduğu müəyyən edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 06 dekabr 2024-cü il tarixli ******* nömrəli aktda İddiaçındə istehsal olunan qaz cihazlarının maksimal gücü 28,1 m3, istismarda olan qaz sayğacının maksimal buraxma həddindən (10 m3) 18,1 m3 çox olduğu, sayğacın sərfiyyata uyğun olmadığı, LSS-dən kənar qoşulmuş qaz cihazlarından istifadə olunduğu qeyd edilmişdir. Aktda qazdan istifadə qaydalarının 4.1-ci bəndinin və 3.4.1-ci yarımbəndinin pozulması ilə əlaqədar LSS-dən kənar qoşulmuş qaz cihazlarının ayrılması, qazın alqı-satqı müqaviləsinin 2,3,5-ci yarımbəndinə əsasən dəymiş ziyanın hesablanması və ödənişin təmin edilməsi tələb edilmişdir. İş materiallarında olan 13 dekabr 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 28,1 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq qaydaların 6.5-2-ci yarımbəndinə uyğun hesabat forması 28.1- 10=18.1x12x90=19548 m3 olaraq hesablanmış və həmin hesabatda itirilmiş qazın miqdarı 19548 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2024-cü ilin dekabr ayında akt əsasında İddiaçınə məxsus **********00020 nömrəli abonent koduna 4887 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi “X2 Agentliyi” publik hüquqi şəxsinin 11 avqust 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, istehlakçının abonent saldosu təhlil edilərkən məlum olmuşdur ki, müvafiq dövrlərdə qeyriyaşayış sahəsində ay ərzində (noyabr ayı) maksimal 2797 v (orta günlük 93.2 m3) olmaqla təbii qaz istehlak olunmuşdur (abonentin saldosu əlavə olunur). İstehlak olunan təbii qazı ayın günlərinə və günün saatlarına böldükdə qaz sayğacının hesablama qabiliyyətinin yuxarı həddi (12 saat işləmə vaxtı G-6 markalı qaz sayğacının maksimal həddi 30 gün, yəni 12*10*30=3600 v) aşılmır. Belə ki, G-6 markalı qaz sayğacı ay ərzində 3600 m3 qaz ötürmək qabiliyyətinə malik olduğu halda qeyri-yaşayış sahəsində 2797 m3 istehlak olunmuş və qaz sayğacı istehlak olunan təbii qazın sərfiyyatının qeydiyyatı aparmışdır. Bildirilir ki, “Qazdan istifadə Qaydaları”nın (bundan sonra- Qaydalar) 5.2-ci bəndinə əsasən 5.4-cu, 6.5-cı, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Eyni zamanda qaz sayğcına müdaxilə və ya qaz paylayıcı şəbəkəyə qeyri-qanuni qoşulma halları baş verdikdə dəymiş ziyanın hesablanması “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən hesablanır. Qaz sayğacının yuxarı həddinin keçməsi nəticəsində dəymiş ziyanın hesablanması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aprılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilmiş çıxarışda yoxlama suallarında qeyri-yaşayış sahəsinin yoxlamanın aparılması nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 19.6-cı bəndinə əsasən yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz. Bu səbəbdən “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən hesablanmış dəymiş ziyan əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçınə məxsus məxsus Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən obyektə baxış keçirilmiş, baxış zamanı müəssisədə istehsal olunan qaz cihazlarının maksimal gücünün 28,1 m3, istismarda olan qaz sayğacının maksimal buraxma həddindən 18,1 m3 çox olduğu, sayğacın sərfiyyata uyğun olmadığı, LSS-dən kənar qoşulmuş qaz cihazlarından istifadə olunduğu müəyyən edilmişdir. Qaz sayğacının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması ilə əlaqədar iddiaçıya 4887 manat məbləğində dəymiş ziyanla bağlı borc hesablanmışdır. Məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi “X2 Agentliyi” publik hüquqi şəxsindən 11 avqust 2025-ci il tarixli mütəxəssis rəyi almış və və həmin rəydə “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən hesablanmış dəymiş ziyanın əsassız olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi “X2 Agentliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli mütəxəssis rəyi mötəbər sübut kimi əsas götürülərək Cavabdeh tərəfindən İddiaçınə (abonent kodu **********00020) 06 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 4877,5 (dörd min səkkiz yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçınə (abonent kodu **********00020) 06 dekabr 2024cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 4877,5 (dörd min səkkiz yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçınə (abonent kodu **********00020) 06 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 4877,5 (dörd min səkkiz yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-767/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-767/2025
19.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver