Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-770/2024 13.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “Sumqayıt Tekstil” Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “Sumqayıt Tekstil” Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 10 iyun 2024-cü il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edilərək cavabdeh “Sumqayıt Tekstil” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən 270000 (iki yüz yetmiş min) manat məbləğində borcun tam ödənildiyi bildirilmiş, buna görə də iddia ərizəsinin və ödənilmiş 560 (beş yüz altmış) manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh “Sumqayıt Tekstil” Məhdud Məsuliyyəti Cəmiyyəti məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “Sumqayıt Tekstil” Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 04 aprel 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 560 (beş yüz altmış) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “Sumqayıt Tekstil” Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi və və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 04 aprel 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 560 (beş yüz altmış) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-770/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-770/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver