Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-777/2025 17.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2135 (iki min yüz otuz beş) manat məbləğində maddi ziyanın, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat haqqının və 41,35 (qırx bir manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 19 noyabr 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 2135 (iki min yüz otuz beş) manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə iddiaçı həmin vaxt avtomobili avtoservisdə 2135 (iki min yüz otuz beş) manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir Bundan başqa, məhkəməyə iddia ərizəsi verilərkən 41,35 manat dövlət rüsumu və iddiaçının məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
3. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş, nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın hesablanması ilə bağlı verilmiş mütəxəssis rəyi ilə razı olduqlarını bildirmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan icarəyə verən X2 (İddiaçı adından) ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış 19 noyabr 2024-cü il tarixli ST 19.11.24/DO916 nömrəli icarə müqaviləsinə əsasən bu müqavilənin predmetini “Ravon R3 minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir.
8. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə etməsinə yol verməməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tanı hissələrini (təkər, akkumlyator və s.) icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə və nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nəqliyyat vasitəsinin hər hansı bir səbəbdən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur.
9. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə verən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir.
10. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 600 (altı yüz) manat məbləğində depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir.
11. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini 6 (altı) aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır. 6 (altı) aydan sonra isə depozit məbləğinin 50 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur.
12. İş materiallarında olan Cavabdeh 14 noyabr 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, avtomobilin icarəsinə görə o, 600 manat məbləğində depozit ödəmişdir. Əgər o, avtomobili 6 ay ərzində qaytararsa, qoyduğu depoziti tələb etməyə heç bir hüququ yoxdur və həmin müddətdə avtomobilə zərər vurarsa, vurmuş olduğu zərər depozit məbləğindən çıxılmır.
13. İş materiallarında olan “Nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair” 19 noyabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 19 noyabr 2024-cü il tarixli ST19.11.24/DO916 nömrəli icarə müqaviləsinə əsasən “Ravon R3 minik” markalı, **-DO- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki baxımdan saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir.
14. İş materiallarında olan “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 23 noyabr 2024-cü il tarixli aktda göstərilir ki, avtomobilin sürücüsü Cavabdeh tərəfindən avtomobil 23 noyabr 2024-cü il tarixdə avtoservisə gətirilmiş, avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmiş, baxış keçirilən zaman avtomobildə zədə və nöqsanlar olduğu qeyd olunmuşdur. Bu barədə Cavabdeh məlumat verilmiş, lakin o, avtomobilə dəymiş zərəri ödəməkdən və aktı imzalamaqdan imtina etmişdir.
15. İş materiallarında olan 30 noyabr 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 985 (doqquz yüz səksən beş) manat, təmir-usta işlərinin qiyməti 1150 (min yüz əlli) manat olmaqla, cəmi 2135 (iki min yüz otuz beş) manat məbləğində “Ravon R3 minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün avtoservisə ödəniş həyata keçirilmişdir.
16. İş materiallarında olan 24 noyabr 2024-cü il tarixli qüsur aktında avtomobilin ehtiyat hissələrinin qiyməti 985 (doqquz yüz səksən beş) manat, təmir-usta işlərinin qiyməti 1150 (min yüz əlli) manat olmaqla, “Ravon R3 minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 2135 (iki min yüz otuz beş) manat müəyyən edilmişdir.
17. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 iyun 2025-ci il tarixli 02-143/25 nömrəli mütəxəssis rəyində göstərilir ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinə dəymiş zərər məbləğinin müəyyən etmək üçün xərc yanaşmasından istifadə etməklə zədələnmiş hissələr aşkar olunmuş, hissələrin təmir dəyəri və dəyişdirilməsi nəzərdə tutulan hissələrin orta bazar dəyəri hesablanaraq nəticədə ümumilikdə avtomobilin zərər məbləği müəyyən edilmişdir. Yekun olaraq “Ravon Nexia R3” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan - 920 (doqquz yüz iyirmi) manat, nəqliyyat vasitəsi üçün aparılacaq təmir üçün əmək haqqı - 1050 (min əlli) manat müəyyən edilmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imDOn verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
24. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
25. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 19 noyabr 2024-cü il tarixli 19.11.24/DO916 nömrəli icarə müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında “Ravon Nexia R3” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Sözügedən avtomobil 23 noyabr 2024-cü il tarixdə avtoservisə gətirilmiş və iddiaçı tərəfindən təhvil alınmışdır. Avtomobil iddiaçı tərəfindən təhvil alınarkən avtomobilə baxış keçirilmiş və baxış nəticəsində nəqliyyat vasitəsinin nasaz vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı qüsur akt tərtib edilərək avtomobilə dəymiş zərərin 2135 manat olması müəyyənləşdirilmişdir.
26. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən “Ravon Nexia R3” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 noyabr 2024-cü il tarixdən texniki cəhətdən saz vəziyyətdə Cavabdeh təhvil verilmiş, lakin sonuncu həmin nəqliyyat vasitəsini 23 noyabr 2024-cü il tarixdə nasaz vəziyyətdə iddiaçıya geri qaytarmışdır.
27. Məhkəmə qeyd edir ki, iddia tələbində nəqliyyat vasitəsinin təmir-bərpa xərci üçün hesablanmış 2135 manat 05 iyun 2025-ci il tarixli 02-143/25 nömrəli nömrəli mütəxəssis rəyi ilə təsdiq olunmur. 05 iyun 2025-ci il tarixli 02-143/25 nömrəli mütəxəssis rəyində həmin avtomobilin təmir-bərpa xərcinin ümumilikdə 1970 manat olduğu qeyd edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi “2135 (iki min yüz otuz beş) manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsində qismən təmin edilməli, dəymiş ziyanın əvəzi olaraq 05 may 2025-ci il tarixli 9/1573 nömrəli mütəxəssis rəyində göstərilən cəmi 1970 (min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. İddia tələbinin “etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən X3 verilmiş 17 fevral 2024-cü il tarixli etibarnamənin alınması üçün 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat haqqı ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
32. İddia tələbinin “41,35 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 39,70 (otuz doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Mülki Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
36. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1970 (min doqquz yüz yetmiş) manat məbləğində maddi ziyan, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat haqqı və 39,70 (otuz doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2026,95 (iki min iyirmi altı manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.
38. Həmçinin iş üzrə verilmiş mütəxəssis rəyi üçün ödənilməli olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1970 (min doqquz yüz yetmiş) manat məbləğində maddi ziyan, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat xərci və 39,70 (otuz doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2026,95 (iki min iyirmi altı manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şiDOyəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev