Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-780/2025 06.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi" barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 01 avqust 2019-cu il tarixli 236 nömrəli icarə müqaviləsi üzrə 4083,34 (dörd min səksən üç manat otuz dörd qəpik) manat məbləğində icarə haqqı borcu, 666,95 (altı yüz altmış altı manat doxsan beş qəpik) manat məbləğində cərimə, 86,19 (səksən altı manat on doqquz qəpik) manat məbləğində kommunal borc olmaqla, cəmi 4836,48 (dörd min səkkiz yüz otuz altı manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və 68,37 (altmış səkkiz manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 avqust 2019-cu il tarixli 236 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 kvadrat metr olan 2625 nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi Cavabdeh isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil 250 (iki yüz əlli manat) manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və nəticədə onun icarəyə verən şəxsə 26 fevral 2025-ci il tarixə 4083,34 (dörd min səksən üç manat otuz dörd qəpik) manat məbləğində icarə haqqı borcu, həmin borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 666,95 (altı yüz altmış altı manat doxsan beş qəpik) manat məbləğində cərimə, 86,19 (səksən altı manat on doqquz qəpik) manat məbləğində kommunal borc olmaqla, cəmi 4836,48 (dörd min səkkiz yüz otuz altı manat qırx səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdehə pretenziya məktubu göndərilərək borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, bu günə qədər onun tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. O, iddia ərizəsində tələb edilən 86,19 manat kommunal borcu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməyəciyini qeyd etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 avqust 2019-cu il tarixli 236 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 kvadrat metr olan 2625 nömrəli qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və müqavilədən və qanunvericilikdən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil 250 (iki yüz əlli manat) manat məbləğində icarə haqqını ödəyir. İcarəçi icarə haqqından əlavə komunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən təqvim ayının tam icarə haqqı həmin ayın 5-dən gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. İcarəçi müqavilə bağlananda ilk ayın icarə haqqını öncədən ödəməlidir, habelə bir aylıq icarə haqqı məbləğində daimi saxlama ödənişi etməlidir. İcarəçinin icarəyə verən qarşısında yaranan öhdəliklərini (cərimə, zərər ve sairə) icarəyə verən həmin depozit hesabına təmin edə bilər. İş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 avqust 2019-cu il tarixli 236 nömrəli icarə müqaviləsinə edilmiş 17 may 2023-cü il tarixli 01 nömrəli əlavənin 1-ci bəndinə əsasən icarə haqqının məbləği dəyişdirilərək 01 may 2023-cü il tarixdən etibarən ƏDV daxil 100 (yüz) manat məbləğində müəyyənləşdirilir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30 dekabr 2023cü il tarixli ərizənin məzmunundan görünür ki, cavabdeh iddiaçıdan icarə müqaviləsinə 30 dekabr 2023-cü il tarixindən xitam verilməsini xahiş etmişdir. İş materiallarına olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi barədə 30 dekabr 2023-cü il tarixli sazişin 1.1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 34 kvadrat metr ölçüdə olan 2625 nömrəli qeyri-yaşayış sahesinin (anbarın) icarəyə verilməsi barədə tərəflər arasında bağlanmış 01 avqust 2019-cu il tarixli 236 nömrəli icarə müqaviləsinə xitam verilir. Həmin sazişin 1.2-ci bəndinə əsasən icarəçi tərəfindən icarə obyekti təhvil-təslim aktı əsasında təhvil verildikdən sonra tərəflər arasında bağlanmış 01 avqust 2019-cu il tarixli 236 nömrəli icarə müqaviləsi üzrə borc öhdəlikləri 4083,34 (dörd min səksən üç manat otuz dörd qəpik) manat məbləğində icarə haqqı istisna olmaqla, bu saziş üzrə digər öhdəliklərə xitam verilir. Həmin sazişin 1.6-cı bəndinə əsasən icarəçi 01 avqust 2019-cu il tarixli, 236 saylı icarə müqaviləsinə əsasən icarəyə verənə 4083,34 (dörd min səksən üç manat otuz dörd qəpik) manat məbləğində icarə haqqı borcu olduğunu etiraf edir. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli icarə obyektinin (qaytarılması) təhvil-təslim aktından görünür ki, 01 avqust 2019-cu il tarixli 236 nömrəli icarə müqaviləsinə xitam verildiyi üçün icarəçi icarə obyektini icarəyə verənə qaytarır, icarəyə verən isə qəbul edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 26 fevral 2025-ci il tarixli 04-02/Q-2025-A/34 nömrəli maliyyə arayışında göstərilir ki, 01 avqust 2019-cu il tarixli 236 nömrəli icarə müqaviləsi üzrə icarəçi Cavabdeh icarəyə verən İddiaçınə 4083,34 (dörd min səksən üç manat otuz dörd qəpik) manat icarə haqqı borcu, 666,95 (altı yüz altmış altı manat doxsan beş qəpik) manat cərimə, 86,19 (səksən altı manat on doqquz qəpik) manat kommunal borc olmaqla, cəmi 4836,48 (dörd min səkkiz yüz otuz altı manat qırx səkkiz qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, 34 kvadrat metr ölçüdə olan 2625 nömrəli qeyri-yaşayış sahəsinin icarəsinə dair 01 avqust 2019-cu il tarixli 236 nömrəli icarə müqaviləsi imzalamış və mülki qanunvericiliyə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər götürmüşlər. İş materiallarında olan obyektin əməliyyat tarixçəsinə əsasən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış icarə haqlarının cəmi 8633,34 manat, ödənilmiş icarə haqlarının cəmi isə 4550 manat təşkil edir. Bundan əlavə tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi barədə 30 dekabr 2023-cü il tarixli sazişdə icarəçinin icarəverənə borcunun 4083,34 manat olması öz əksini tapmış və icarəçi Cavabdeh bunu imzası ilə təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 01 avqust 2019-cu il tarixli 236 nömrəli icarə müqaviləsi üzrə ödənilməmiş 4083,34 (dörd min səksən üç manat otuz dörd qəpik) manat məbləğində icarə haqqı borcunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddia tələbinin "666,95 (altı yüz altmış altı manat doxsan beş qəpik) manat məbləğində cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsi il bağlı qeyd edir ki, yuxarıda qeyd edilən mülki hüquq normalarının məzmunundan da göründüyü kimi, qanunverici cərimə borcunu öhdəliyin lazımınca icra edilmədiyi halda tutulmasını nəzərdə tutmuşdur. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi barədə 30 dekabr 2023-cü il tarixli sazişin 1.2-ci bəndinə əsasən icarəçi tərəfindən icarə obyekti təhvil-təslim aktı əsasında təhvil verildikdən sonra tərəflər arasında bağlanmış 01 avqust 2019-cu il tarixli 236 nömrəli icarə müqaviləsi üzrə borc öhdəlikləri 4083,34 (dörd min səksən üç manat otuz dörd qəpik) manat məbləğində icarə haqqı istisna olmaqla, bu saziş üzrə digər öhdəliklərə xitam verilir. Hazırkı halda icarə müqaviləsi üzrə tərəflər arasında öhdəliyə xitam verildiyi üçün iddiaçının cavabdehdən cərimə borcunun tutulmasını tələb etmək hüququ yoxdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd olunmalıdır. Məhkəmə iddia tələbinin "86,19 (səksən altı manat on doqquz qəpik) manat məbləğində kommunal borcun cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsi ilə bağlı qeyd edir ki, həmin hissənin əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “68,37 (altmış səkkiz manat otuz yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 60,83 (altmış manat səksən üç qəpik) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh 60,83 (altmış manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4083,34 (dörd min səksən üç manat otuz dörd qəpik) manat məbləğində icarə haqqı bоrcu və 60,83 (altmış manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4144,17 (dörd min yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 4083,34 (dörd min səksən üç manat otuz dörd qəpik) manat məbləğində icarə haqqı bоrcu və 60,83 (altmış manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4144,17 (dörd min yüz qırx dörd manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-780/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-780/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver