Məhkəmə qərarları › İş №e-2-2(119)-784/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-784/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-784/2025 07.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər Məhsimova (Daşdəmirova) Qızılgül Kamaləddin qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Məhsimova (Daşdəmirova) Qızılgül Kamaləddin qızından, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 6377,03 (altı min üç yüz yetmiş yeddi manat üç qəpik) manat məbləğində əsas borc, 469,15 (dörd yüz altmış doqquz manat on beş qəpik) manat məbləğində faiz borcu və 124,29 (yüz iyirmi dörd manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 6970, 47 (altı min doqquz yüz yetmiş manat qırx yeddi) manat məbləğində borcun və 89,71 (səksən doqquz manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 06 may 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərilən kommersiya işi üzrə cavabdehlərlə məhkəmədənkənar razılıq əldə edildiyini bildirmiş və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər Məhsimova (Daşdəmirova) Qızılgül Kamaləddin qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 13 fevral 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 89,71 (səksən doqquz manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 13 fevral 2025-ci il, saat 11:14; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci, 260.1-ci, 260.6-cı, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər Məhsimova (Daşdəmirova) Qızılgül Kamaləddin qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 13 fevral 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 89,71 (səksən doqquz manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 13 fevral 2025-ci il, saat 11:14; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar