Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-787/2020 27.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin Cavabdehnə və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı borc məbləğinin ödənilməsi, icarə müqavilələrinə xitam verilməsi, torpaq sahəsinin geri qaytarılması tələbi barədə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatında iddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin Cavabdehnə və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı borc məbləğinin ödənilməsi, icarə müqavilələrinə xitam verilməsi, torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası üzrə kommersiya işi vardır. İşin məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixə, saat 10:30-a Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, kommersiya işi üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- ProsessualMəcəlləsinin 259, 263, 264, 267 və 268-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin Cavabdehnə və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı borc məbləğinin ödənilməsi, icarə müqavilələrinə xitam verilməsi, torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-787/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-787/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver