Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-791/2023 22.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı X2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı X8 tərəfindən cavabdeh X6 qarşı verilmiş “pul tələbi" barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh X6 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 2500 (iki min beş yüz) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin tutularaq X4 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir Şəki rayonu, Qırxbulaq ərazisində “Forel” balıqçılıq təsərrüfatında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. X8 ilə X9 arasında balıq satışı həyata keçirilmiş, 2021-ci ildən cavabdeh ilə aparılmış balıq satışından 500 manat qalıq borc qalmış və bu günədək geri qaytarılmamışdır. Bundan əlavə 2022-ci ilin əvvəlində tərəflər arasında olan razılaşmaya əsasən 20000 ədəd xırda forel balığının dəyəri olan 11000 manat pulun yarı hissəsinin-5500 manat ödənilməsi şərti ilə həmin balıqların iddiaçıya təhvil verilməsi və pulun qalan hissəsinin isə balıq yetişdirildikdən sonra verilməsi nəzərdə tutulmuşdur. Ona görə də xx.xx.2022-ci il tarixdə balığın göndərilməsi üçün 5000 manat pul X6 verilmişdir və razılaşmanın iddiaçıya aid hissəsi icra edilmişdir. Lakin dəyəri ödənilməsinə baxmayaraq iddiaçıya X9 tərəfindən yalnız 3000 manat dəyərində balıq verilmişdir. Keçən müddət ərzində isə nə balığın qalan hissəsi iddiaçıya təhvil verilmiş, nə də pulun qalan hissəsi qaytarılmışdır. Tərəflər arasında danışıqlar aparılmış, X9 pulun geri ödənilməsinə söz versə də, bu günədək o, pulu ödəməkdən boyun qaçırmışdır. Borcun könüllü ödənilməsi üçün məhkəməyə qədər pretenziya qaydasında X6 xx.xx.2022-ci il tarixdə rəsmi xəbərdarlıq göndərilmiş və həmin xəbərdarlıq rəsmi qaydada xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən şəxsən qəbul edilmiş, lakin tələb olunan borc ödənilməmişdir. Əksinə, X9 özünə məxsus mobil nömrəyə bağlı “WhatsApp” mobil tətbiqi vasitəsilə iddiaçıya göndərdiyi mesajlarla dolayısı ilə xəbərdarlıq məktunun ona göndərilməsinə irad bildirmiş, həmin pulu onsuz da ödəyəcəyi kimi fikirlər bildirmişdir. Tərəflər arasında olan borc münasibətləri telefon və “WhatsApp” mobil tətbiqində olan səs yazıları və yazışmalarla da öz təsdiqini tapır. Tərəflər arasında mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, mübahisənin mediasiyada həll edilməsi üçün aidiyyəti üzrə müraciət edilsə də, mediasiya prossesində X9 iştirak etməmiş və tərəflər arasında hər hansı razılıq əldə edilməmişdir. Bununla bağlı Qusar 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli MŞQ-MT-027-2023- 00276 saylı arayış verilmişdir. Mediasiya xərci olaraq iddiaçı tərəfindən 60 manat vəsait ödənilmişdir. İddiaçı X8 22 iyul 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək cavabdehdən 2400 (iki min dörd yüz) manat əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 2460 (iki min dörd yüz altmış) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda o, fləş kartda məhkəməyə təqdim etdiyi X8 ilə X9 arasında 2022-ci ilin yanvar, fevral, mart aylarında aparılan telefon danışıqlarını özündə əks etdirən səs yazılarından iddiaçının cavabdehdə 5000 manat pul verməsinə baxmayaraq 3000 manat dəyərində balıq verdiyinin, qalan 2000 manat müqabilində balıq verə bilməyəcəyinin, buna görə həmin 2000 manat və köhnədən qalan 400 manat olmaqla, cəmi 2400 manat məbləğində pul vəsaitini iddiaçıya geri qaytaracağının məlum olduğunu bildirmişdir. 19 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh X9 izahatında bildirmişdir ki, 2022-ci ildə iddiaçı ondan borca20000 ədəd balıq istəmiş, lakin o, bununla razılaşmamışdır. Daha sonra X8 ona 5000 manat pul göndərmiş, o isə həmin məbləğin müqabilində kiloqramı 12 manatdan hesablanmaqla 5136 manat dəyərində 428 kiloqram balığı X7 vasitəsilə iddiaçıya göndərmiş, qalıq 136 manatın pay olduğunu demişdir. Bundan başqa dostunun qızının xeyir işinə onun xahişi ilə X8 40 kiloqram balıq vermiş, həmi balığın dəyərini ödəmək istədikdə iddiaçı həmin malları pay verdiyini qeyd etmişdir. X4 20000 ədəd balıq borc vermədiyinə görə iddiaçı həmin 40 kiloqram balığın kiloqramını 12,5 manatdan hesabladığını deyərək 500 manat pul borcu olduğunu demişdir. İddiaçının tələb etdiyi 2000 manat borcun yaranma əsasını sorusduqda iddiaçı 2022-ci ildə ona göndərilən balığın kiloqramını 8 manatdan hesabladığını bildirmişdir. Eyni zamanda o, X8 ilə aralarında balıq alqı-satqısının çox olduğunu, hazırda iddiaçının köhnə səs yazılarını indiki borcun sübutu kimi məhkəməyə təqdim etdiyini vurğulamış və iddiaçıya qeyd olunan 40 kiloqram balığın dəyəri kimi təxminən 500 manat məbləğində borcu olduğunu demişdir. Lakin cavabdeh X9 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan səs yazılarını tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları, tərəflərin izahatları və işin konkret halları ilə müəyyən edilir ki, tərəflər arasında balıq alqı-satqısı ilə bağlı münasibətlər mövcud olmuş, həmin münasibətlər üzrə alıcı X8 tərəfindən satıcı X6 balıq göndərilməsi üçün 5000 manat məbləğində pul verilmiş, X9 tərəfindən isə iddiaçıya cəmi 3000 manat dəyərində balıq verilmişdir. Lakin cavabdeh qeyd olunan 5000 manatın qalan 2000 manatı müqabilində iddaçıya balıq göndərməmiş, həmin 2000 manatı və eləcə də, əvvəlki alqı-satqı münasibətlərindən qalmış 400 manat məbləğində borcu iddiaçıya qaytarmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş və iddiaçı X8 ilə cavabdeh X9 arasında aparıldığı bildirilən danışıqları özündə əks etdirən səs yazıları dinlənilmişdir. Həmin səs yazıları ilə müəyyən olunmuşdur ki, X1 Anar Həmid oğluna təhvil veriləcək balıqların hazır olduğunu, növbəti gün səhər saatlarında balıqların Arif adlı şəxs tərəfindən iddiaçıya təhvil veriləcəyini bildirmiş, iddiaçı X8 isə həmin balıqların müqabilində 5500 manat pul göndərəcəyini qeyd etsə də, cavabdeh iddiaçıdan hələlik 5000 manat məbləğində pulun göndərilməsini istəmiş, pulun qalan hissəsi ilə bağlı sonradan hesabat aparacaqlarını bildirmişdir. Daha sonra, cavabdeh X9 iddiaçıya Hacı adlı şəxslə alqı-satqısının baş tutmadığını, buna görə də iddiaçıya verilməli olan balıqların göndərilməsinin mümkün olmadığını, özünə aid olan üç yüzdən çox balığı istənilən vaxt ona göndərə biləcəyini, lakin 50-60 qram çəkidə olan balıqları göndərə bilməyəcəyini demiş, eyni zamanda Arif adlı şəxs tərəfindən iddiaçıya göndərmiş olduğu balıqların qiymətini 8 manatdan hesabladığını vurğulamışdır. X8 göndərilən balıqların ümumi dəyərinin 3000 manat olduğunu və başqa şəxsdən balıq alacağı üçün cavabdehə göndərdiyi 5000 manat puldan həmin balıqların pulunu çıxmaqla, yerdə qalan 2000 manat pulunun qaytarılmasını xahiş etmiş, cavabdeh isə həmin pulu qaytaracağını bildirmişdir. X9 razılaşdıqları balıqları göndərə bilmədiyi üçün iddiaçıdan üzrxahlıq etmiş, əvvəldən qalan 400 manat borcla birlikdə, ümumilikdə 2400 manat pul göndərəcəyini bildirmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh X9 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı X8 tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 329-cu madəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.3-cü madəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, tərəflər arasında şifahi alqı-satqıdan irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, lakin X9 öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan 2400 (iki min dörd yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X3 2400 (iki min dörd yüz) manat məbləğində borc tutularaq iddiaçı X4 ödənilməlidir. Həmçinin mediasiya ilə əlaqədar iddiaçı X8 tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdeh X3 tutularaq iddiaçı X4 ödənilməlidir. Eləcə də, cavabdeh X3 dövlət nəfinə 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh X3 2400 (iki min dörd yüz) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 2460 (iki min dörd yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 ödənilsin. Cavabdeh X3 dövlət nəfinə 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-791/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-791/2023
22.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver