Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-813/2024 31.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 011R********** saylı krеdit razılaşması üzrə 5798,43 manat məbləğində krеdit bоrcu, 460,39 manat məbləğində faiz bоrcu və 157,34 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6416,16 manat məbləğində borcun, 011R********** saylı krеdit razılaşması üzrə isə 2067,08 manat məbləğində krеdit bоrcu, 201,56 manat məbləğində faiz bоrcu və 40,65 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2309,29 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 107,25 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və ərizədə - həmin tələb borcverən "xxxx" QSC ilə kredit alan Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 27 iyul 2022-ci il tarixli 011L**********20 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsinin, 18 oktyabr 2022ci il tarixli 011S**********01 nömrəli Qoşulma barədə Szişin və 18 oktyabr 2022-ci il tarixli 011R********** nömrəli və 07 mart 2023-cü il tarixli 011R********** nömrəli “Kredit sazişi biznes krediti və girov barədə” Qarışıq Razılaşmalarının şərtlərinin pozulması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tam təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən də Cavabdeh1 – “Kredit alan” olmaqla bağlanmış 27 iyul 2022-ci il tarixli 011L**********20 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsinin 2.1-ci bəndinə görə kredit alan Cavabdeh1 (VÖEN **********) 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən, kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin Müqavilənin 2.15-ci bəndinə əsasən, tərəflər bu Müqaviləni bağlamaqla təsdıq və bəyan edirlər ki, üçüncü şəxs(lər) Bank ilə Qoşulma barədə Saziş imzalamaqla Zamin və Girov Qoyan qismində bu Müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) Qoşulma barədə Sazişi imzaladığı andan bu Müqavilənin Tərəfi hesab olunur və tərəflərin bu Müqavilədə razılaşdırdığı şərtləri tam şəkidə qəbul və təsdiq etmiş hesab olunur. Həmin Müqavilənin 4.9-cu bəndinə əsasən, bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin Müqavilənin 11.1-ci bəndinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən Cavabdeh2 – “Zamin” olmaqla bağlanmış 18 oktyabr 2022-ci il tarixli 011S**********01 nömrəli Qoşulma barədə Sazişin 1-ci bəndinə görə Zamin Kredit Alanın həm bu Sazişin imzalanması anınadak mövcud olan, həm də bu Saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün Kredit Alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən Cavabdeh1 – “Kredit alan” olmaqla bağlanmış 18 oktyabr 2022-ci il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşmaya əsasən təyinatı (məqsədi) “Sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi” olaraq, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh1 (VÖEN **********) 36 ay müddətinə aylıq 2,1667 % dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən Cavabdeh1 – “Kredit alan” olmaqla bağlanmış 07 mart 2023-cü il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşmasına əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh1 (VÖEN **********) 36 ay müddətinə aylıq 2,0833 % dərəcəsi ilə 2400 (iki min dörd yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit alan Cavabdeh1 Banka olan borcunu müvafiq ödəniş planına (ödəniş cədvəlinə) əsasən 18 oktyabr 2022-ci il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə son ödəniş tarixi 18 iyun 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarından görünür ki, kredit alan Cavabdeh1 Banka olan borcunu müvafiq ödəniş planına (ödəniş cədvəlinə) əsasən 07 mart 2023-cü il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşması üzrə son ödəniş tarixi 07 noyabr 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli OUT-2024/04/16-3 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh1 18 oktyabr 2022-ci il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşması üzrə 16 aprel 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 5798,43 manat məbləğində əsas bоrc, 460,39 manat məbləğində faiz borcu və 157,34 manat məbləğində cərimə оlmaqla, cəmi 6416,16 (altı min dörd yüz on altı manat 16 qəpik) manat məbləğində borcu vardır və həmin kredit müqaviləsi üzrə gecikmə 120 gün təşkil edir. İş materiallarında olan 05 mart 2024-cü il tarixli OUT-2024/0B/05-165 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh1 07 mart 2023-cü il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşması üzrə 05 mart 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2067,08 manat məbləğində əsas bоrc, 201,56 manat məbləğində faiz borcu və 40,65 manat məbləğində cərimə оlmaqla, cəmi 2309,29 (iki min üç yüz doqquz manat 29 qəpik) manat məbləğində borcu vardır və həmin kredit müqaviləsi üzrə gecikmə 119 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh1 (VÖEN **********) 27 iyul 2022-ci il tarixli 011L**********20 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsini, 07 mart 2023-cü il tarixli 011R********** nömrəli və 18 oktyabr 2022-ci il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşmalarını bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək, kredit verən "xxxx" QSC-yə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı kreditləri müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Kredit alan Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zamin Cavabdeh2 da borcverən Bank qarşısında öhdəlikləri yaranmışdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunarkən 107,25 (yüz yeddi manat 25 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18 oktyabr 2022-ci il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşması üzrə 5798,43 manat məbləğində əsas bоrcun, 460,39 manat məbləğində faiz borcunun və 157,34 manat məbləğində cərimənin və 07 mart 2023-cü il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşması üzrə 2067,08 manat məbləğində əsas bоrcun, 201,56 manat məbləğində faiz borcunun və 40,65 manat məbləğində cərimənin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 18 oktyabr 2022-ci il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşması üzrə 5798,43 manat məbləğində əsas bоrc, 460,39 manat məbləğində faiz bоrcu və 157,34 manat məbləğində cərimə və 07 mart 2023-cü il tarixli 011R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşması üzrə 2067,08 manat məbləğində əsas bоrc, 201,56 manat məbləğində faiz bоrcu və 40,65 manat məbləğində cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 107,25 (yüz yeddi manat 25 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 18 oktyabr 2022-ci il tarixli 011R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 5798,43 (beş min yeddi yüz doxsan səkkiz manat 43 qəpik) manat əsas bоrc, 460,39 (dörd yüz altmış manat 39 qəpik) manat faiz bоrcu və 157,34 (yüz əlli yeddi manat 34 qəpik) manat cərimə, 07 mart 2023-cü il tarixli 011R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşma üzrə 2067,08 (iki min altmış yeddi manat 08 qəpik) manat əsas bоrc, 201,56 (iki yüz bir manat 56 qəpik) manat faiz bоrcu və 40,65 (qırx manat 65 qəpik) manat cərimə və 107,25 (yüz yeddi manat 25 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8832,7 (səkkiz min səkkiz yüz otuz iki manat 70 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-813/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-813/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver