Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-816/2024 10.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 29 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 002R********** nömrəli kredit razılaşması üzrə 20185,32 manat məbləğində krеdit bоrcu, 1696,55 manat məbləğində faiz bоrcu və 516,74 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 22398,61 (iyirmi iki min üç yüz doxsan səkkiz manat 61 qəpik) manat məbləğində bоrcun və 157,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan Novruzov Şadman İmamverdi oğlu və zamin Cavabdeh arasında bağlanmış 04 avqust 2022-ci il tarixli 002L**********51 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsinə əsasən kredit alan Novruzov Şadman İmamverdi oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Novruzov Şadman İmamverdi oğlu VÖEN-dən istifadə edərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 04 avqust 2022-ci il tarixli 002L**********51 saylı Uzunmüddətli Kredit və Təminat müqaviləsi bağlamışdır. Həmin Uzunmüddətli Kredit və Təminat müqaviləsi üzrə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə imzalanan 04 avqust 2022-ci il tarixli 002R********** saylı “Kredit sazişi-biznes krediti və girov barədə” Qarışıq Razılaşma əsasında kredit alan Novruzov Şadman İmamverdi oğlu 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 (iyirmi iki min) manat məbləğində kredit götürmüşdür. Lakin, o, Uzunmüddətli Kredit və Təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 04 yanvar 2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylar üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Novruzov Şadman İmamverdi oğlu götürdüyü krеdit bоrcundan 1814,68 manat ödəmiş və onun 20185,32 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit alan Novruzov Şadman İmamverdi oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13 fevral 2024-cü il tarixə 404 gün üçün hesablanmış faiz borcu 1696,55 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu Ödəniş Planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. 13 fevral 2024-cü il tarixə 404 gün üçün hеsablanmış cərimə 516,74 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən Zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 346806 nömrəli X1 borc alan Novruzov Şadman İmamverdi oğlunun vəfat etdiyi kredit verən İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından Novruzov Şadman İmamverdi oğlunun adına olan vərəsəlik işinin açılmadığı görünür. Həmçinin, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Göründüyü kimi, kredit alan Novruzov Şadman İmamverdi oğlunun ölümü, onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun zaminə qarşı tələb hüququ yaranması üçün əsasdır. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 12 iyun 2024-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etdiyini və kredit alan mərhum atası Novruzov Şadman İmamverdi oğlunun almış olduğu kredit borcunun qaytarılması üçün verilmiş hazırkı iddia ərizəsində tələb edilən borcların zamin qismində ondan tutulmasına etiraz etmədiyini bildirmişdir. Lakin, iş üzrə 10 iyul 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə baxış iclasına gəlməmişlər. Bununla belə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Novruzov Şadman İmamverdi oğlu (VÖEN **********) – “Kredit alan” və Cavabdeh – “Zamin” olmaqla, bağlanmış 04 avqust 2022-ci il tarixli 002L**********51 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsinin 2.1-ci bəndinə görə kredit alan Novruzov Şadman İmamverdi oğluna (VÖEN **********) 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən, kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.13-cü bəndinə əsasən, zamin - bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin Müqavilənin 4.9-cu bəndinə əsasən, kreditalan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda, bank hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin Müqavilənin 11.1-ci bəndinə əsasən, Zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən Novruzov Şadman İmamverdi oğlu – “Kredit alan” olmaqla, bağlanmış 04 avqust 2022-ci il tarixli 002R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşmaya əsasən təyinatı (məqsədi) “Sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi” olaraq, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Novruzov Şadman İmamverdi oğluna (VÖEN **********) 36 ay müddətinə aylıq 1,6667 % dərəcəsi ilə 22000 (iyirmi iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit alan Novruzov Şadman İmamverdi oğlunun Banka olan borcunun - müvafiq Ödəniş Planına (ödəniş cədvəlinə) əsasən 04 avqust 2022-ci il tarixli 002R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşması üzrə son ödəniş tarixi 04 avqust 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Novruzov Şadman İmamverdi oğlu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 12 mart 2024-cü il tarixli OUT-2024/03/12-77 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Novruzov Şadman İmamverdi oğlunun 04 avqust 2022-ci il tarixli 002R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşması üzrə 13 fevral 2024-cü il tarixinə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 20185,32 manat məbləğində əsas bоrc, 1696,55 manat məbləğində faiz borcu və 516,74 manat məbləğində cərimə оlmaqla, cəmi 22398,61 (iyirmi iki min üç yüz doxsan səkkiz manat 61 qəpik) manat məbləğində borcu vardır və həmin kredit müqaviləsi üzrə gecikmə 404 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 01 may 2023-cü il tarixli AZ-İİ seriyalı 346806 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, 04 avqust 2022-ci il tarixli 002L**********51 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi əsasında imzalanmış 04 avqust 2022-ci il tarixli 002R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə borcalan Novruzov Şadman İmamverdi oğlu 03 aprel 2023-cü ildə “Asfiksiya” səbəbindən ölmüş və bu barədə “Ölüm haqqında akt qeydləri kitabında” 01 may 2023-cü ildə “319” nömrə ilə qeyd edilmişdir ("AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə də müəyyən olunur ki, 20 aprel 1974-cü il təvəllüdlü Novruzov Şadman İmamverdi oğlu 03 aprel 2023-cü ildə ölmüşdür). İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, mərhum Novruzov Şadman İmamverdi oğlunun adına vərəsəlik işi açılmamışdır. Göründüyü kimi, borcalan Novruzov Şadman İmamverdi oğlu 04 avqust 2022-ci il tarixli 002L**********51 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi əsasında imzalanmış 04 avqust 2022-ci il tarixli 002R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 22000 (iyirmi iki min) manat məbləğində kredit aldıqdan sonra 03 aprel 2023-cü ildə vəfat etmiş olsa da, mərhum borcalan Novruzov Şadman İmamverdi oğlunun şəxsi iştirakı olmadan həmin kreditlə əlaqədar zamin Cavabdeh (mərhum kredit alanın oğlu) tərəfindən məlum kredit öhdəliklərinin icrası mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəlisürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Yuxarıda təsvir olunanlardan görünür ki, mərhum borcalan Novruzov Şadman İmamverdi oğlu ilə 04 avqust 2022-ci il tarixli 002L**********51 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi əsasında bağlanmış 04 avqust 2022-ci il tarixli 002R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə cəmi 22000 manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlinə uyğun olaraq qaytarılmadığı üçün krediti vermiş İddiaçı QSC tərəfindən həmin müqavilə üzrə 13 fevral 2024-cü il tarixə 20185,32 manat məbləğində əsas borcun, 1696,55 manat məbləğində faiz borcunun və 516,74 manat məbləğində cərimə borcunun olduğu müəyyən edilmişdir. Lakin, borcalan Novruzov Şadman İmamverdi oğlu 03 aprel 2023-cü ildə öldüyündən, həmin Kredit Razılaşması üzrə zamin Cavabdeh – zamin olaraq, məlum müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirərək, vəfat etmiş borcalanın əvəzindən Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödənişlər etmədiyindən borcverən (iddiaçı) İddiaçı QSC tərəfindən zamin (cavabdeh) Cavabdeh qarşı “cavabdеh Cavabdeh müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 20185,32 manat məbləğində krеdit bоrcu, 1696,55 manat məbləğində faiz bоrcu və 516,74 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 22398,61 manat məbləğində bоrcun və 157,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Qeyd etmək lazımdır ki, məlum kredit müqaviləsi üzrə zamin olduğu üçün Cavabdeh krediti almış atası Novruzov Şadman İmamverdi oğlu öldükdən sonra həmin kredit müqaviləsi üzrə zamin olaraq öhdəlik daşımasından məlumatlı olmuş və zamin olaraq həmin öhdəliyi borcalanın əvəzindən icra edə bilərdi. Yəni, 04 avqust 2022-ci il tarixli 002L**********51 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi və 04 avqust 2022-ci il tarixli 002R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşması üzrə zamin (cavabdeh) Cavabdeh götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcalan Novruzov Şadman İmamverdi oğlu 03 aprel 2023-cü ildə öldükdən sonra borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə borcalanın (kredit alanın) ölümü – zaminliyə xitam verilməsinə səbəb olmur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı QSC tərəfindən məhkəməyə 157,2 (yüz əlli yeddi manat 20 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, mərhum borcalanla bağlanmış 04 avqust 2022-ci il tarixli 002L**********51 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi və 04 avqust 2022-ci il tarixli 002R********** nömrəli “Kredit Sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşması üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsi zamin tərəfindən təmin olunmadığından, həmin Razılaşma üzrə yaranmış borcun, yəni 20185,32 manat məbləğində əsas borcun, 1696,55 manat məbləğində faiz borcunun və 516,74 manat məbləğində cərimənin zamin qismində Cavabdeh tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN **********) 04 avqust 2022-ci il tarixli 002L**********51 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi və 04 avqust 2022-ci il tarixli 002R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov” barədə Qarışıq Razılaşma üzrə 20185,32 manat məbləğində əsas borc, 1696,55 manat məbləğində faiz borcu və 516,74 manat məbləğində cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin, hazırkı iddia tələbinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 157,2 (yüz əlli yeddi manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 04 avqust 2022-ci il tarixli 002R********** nömrəli “Kredit sazişi - biznes krediti və girov barədə” Qarışıq Razılaşma üzrə 20185,32 (iyirmi min yüz səksən beş manat 32 qəpik) manat məbləğində əsas borc, 1696,55 (min altı yüz doxsan altı manat 55 qəpik) manat məbləğində faiz borcu, 516,74 (beş yüz on altı manat 74 qəpik) manat məbləğində cərimə və 157,2 (yüz əlli yeddi manat 20 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 22555,81 (iyirmi iki min beş yüz əlli beş manat 81 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-816/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-816/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver