Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-82/2025 18.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 68431,75 (altmış səkkiz min dörd yüz otuz bir manat yetmiş beş qəpik) manat məbləğində əsas bоrc, 4954,87 (dörd min doqquz yüz əlli dörd manat səksən yeddi qəpik) manat məbləğində faiz bоrcu və 3325,78 (üç min üç yüz iyirmi beş manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 17923,04 (on yeddi min doqquz yüz iyirmi üç manat dörd qəpik) manat məbləğində əsas bоrc, 1191,16 (min yüz doxsan bir manat on altı qəpik) manat məbləğində faiz bоrcu və 566,36 (beş yüz altmış altı manat otuz altı qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 96392,96 (doxsan altı min üç yüz doxsan iki manat doxsan altı qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 379,18 (üç yüz yetmiş doqquz manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan “New Holland B90B” markalı, sarı rəngli, buraxılış ili 2012-ci il, mühərrikin nömrəsi ******* olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyiciyə və “Komatsu PW180-7” markalı, sarı rəngli, buraxılış ili 2008-ci il, mühərrikin nömrəsi H55211, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracda satılması və ümumilikdə 96392,96 (doxsan altı min üç yüz doxsan iki manat doxsan altı qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 379,18 (üç yüz yetmiş doqquz manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun həmin nəqliyyat vasitələrinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli 011L**********27 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,375% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 243 gün üçün hesablanmış faiz borcu 4954,87 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 243 gün üçün hеsablanmış cərimə 3325,78 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23400 (iyirmi üç min dörd yüz) manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 5476,96 manat ödəmiş, onun 17923,04 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 169 gün üçün hesablanmış faiz borcu 1191,16 manat təşkil edir. xx.xx.2024-cü il tarixə 169 gün üçün hеsablanmış cərimə 566,36 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka qoyan Cavabdeh2 ilə bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsi əsasında markası New Holland B90B, rəngi sarı, buraxılış ili 2012-ci il, şassi nömrəsi NCHH03893, mühərrikin nömrəsi 1025430, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyici iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. QUBA DAİM tərəfindən verilmiş № 002023 nömrəli çıxarışa əsasən həmin ekskavator yükləyicinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka qoyan Cavabdeh2 ilə bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsi əsasında markası Komatsu PW180-7, rəngi sarı, buraxılış ili 2008-ci il, mühərrikin nömrəsi H55211, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavatoriddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. QUBA DAİM tərəfindən verilmiş № 002227 nömrəli çıxarışa əsasən həmin ekskavatorun Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh2, zamin Cavabdeh1 arasında bağlanılmış 19 avqust 2022-ci il tarixli 011L**********27 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “kredit alan” olmaqla bağlanmış 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 100000 (yüz min) manat olan biznes kreditini illik faiz dərəcəsi 16,5 % olmaqla 12 ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ37ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 100000 (yüz min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh2 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə banka olan borcunun son ödəniş tarixi 06 fevral 2024cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 05 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 05 mart 2024-cü il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 68431,75 (altmış səkkiz min dörd yüz otuz bir manat yetmiş beş qəpik) manat məbləğində əsas bоrc, 4954,87 (dörd min doqquz yüz əlli dörd manat səksən yeddi qəpik) manat məbləğində faiz bоrcu və 3325,78 (üç min üç yüz iyirmi beş manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 76712,14 (yetmiş altı min yeddi yüz on iki manat on dörd qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 18 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 06 fevral 2024-cü il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 68431,75 (altmış səkkiz min dörd yüz otuz bir manat yetmiş beş qəpik) manat məbləğində əsas bоrc, 4076,66 (dörd min yetmiş altı manat altmış altı qəpik) manat məbləğində faiz bоrcu və 2942,56 (iki min doqquz yüz qırx iki manat əlli altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 75450,97 (yetmiş beş min dörd yüz əlli manat doxsan yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “kredit alan” olmaqla bağlanmış 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 23400 (iyirmi üç min dörd yüz) manat olan biznes kreditini illik faiz dərəcəsi 17 % olmaqla 12 ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ37ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 23400 (iyirmi üç min dörd yüz) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan 18 may 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh2 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə banka olan borcunun son ödəniş tarixi 20 may 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarından görünür ki, cavabdehlərə 05 mart 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 17923,04 (on yeddi min doqquz yüz iyirmi üç manat dörd qəpik) manat məbləğində əsas bоrc, 1191,16 (min yüz doxsan bir manat on altı qəpik) manat məbləğində faiz bоrcu və 566,36 (beş yüz altmış altı manat otuz altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 19680,56 (on doqquz min altı yüz səksən manat əlli altı qəpik) manat məbləğində borcu olduğu bildirilmiş, borcun 15 mart 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 05 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 05 mart 2024-cü il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 17923,04 (on yeddi min doqquz yüz iyirmi üç manat dörd qəpik) manat məbləğində əsas bоrc, 1191,16 (min yüz doxsan bir manat on altı qəpik) manat məbləğində faiz bоrcu və 566,36 (beş yüz altmış altı manat otuz altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 19680,56 (on doqquz min altı yüz səksən manat əlli altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “zamin” olmaqla bağlanmış 30 sentyabr 2022-ci il tarixli 011S**********02 nömrəli qoşulma barədə sazişə əsasən zamin kredit alanın 19 avqust 2022-ci il tarixli 011L**********27 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan-borcalan Cavabdeh2 arasında bağlanmış 19 avqust 2022-ci il tarixli 001M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən 19 avqust 2022-ci il tarixli 011L**********27 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh2 məxsus “New Holland B90B” markalı, sarı rəngli, buraxılış ili 2012-ci il, şassi nömrəsi NCHH03893, mühərrikin nömrəsi ******* olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyici ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri- ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 35000 (otuz beş min) manat müəyyən olunmuşdur. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan-borcalan Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli 001M**********1 nömrəli ipoteka müqaviləsinə əsasən 19 avqust 2022-ci il tarixli 011L**********27 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh2 məxsus “Komatsu PW180-7” markalı, sarı rəngli, buraxılış ili 2008-ci il, mühərrikin nömrəsi H55211, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri- ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 50000 (əlli min) manat müəyyən olunmuşdur. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 22 avqust 2022-ci il tarixli 002023 nömrəli çıxarışdan görünür ki, “New Holland B90B” markalı, sarı rəngli, buraxılış ili 2012-ci il, şassi nömrəsi NCHH03893, mühərrikin nömrəsi ******* olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyici 19 avqust 2022-ci il tarixli 001M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən 19 avqust 2022-ci ildən 19 avqust 2032-ci ilədək İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 22 avqust 2022-ci il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, “New Holland B90B” markalı, sarı rəngli, buraxılış ili 2012-ci il, şassi nömrəsi NCHH03893, mühərrikin nömrəsi ******* olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyici Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 30 sentyabr 2022-ci il tarixli 002227 nömrəli çıxarışdan görünür ki, “Komatsu PW180-7” markalı, sarı rəngli, buraxılış ili 2008-ci il, mühərrikin nömrəsi H55211, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator 30 sentyabr 2022-ci il tarixli 001M**********1 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən 30 sentyabr 2022-ci ildən 19 avqust 2032-ci ilədək İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, “Komatsu PW180-7” markalı, sarı rəngli, buraxılış ili 2008-ci il, mühərrikin nömrəsi H55211, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan 19 dekabr 2024-cü il tarixli 9/9263 nömrəli ekspert rəyindən göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 06 fevral 2023-cü il tarixli, 011R********** nömrəli kredit sazişinin şərtləri əsas götürülməklə Cavabdeh2 banka olan borcu 06 fevral 2024-cü il tarixə 68468,56 manat məbləğində əsas borc, 7178,16 manat məbləğində faiz borcu, 05 mart 2024-cü il tarixə əsas borc 68468,56 manat, faiz borcu 7178,16 manat, 5%-lə hesablanmış faiz borcu 275,78 manat, 18 oktyabr 2024-cü il tarixə əsas borc 68468,56 manat, faiz borcu 7178,16 manat, 5%-lə hesablanmış faiz borcu 2396,40 manat, 18 may 2023-cü il tarixli, 011R********** nömrəli kredit sazişi üzrə 05 mart 2024-cü il tarixə əsas borc 18199,92 manat, faiz borcu 1461,05 manat, 18 oktyabr 2024cü il tarixə əsas borc 18199,92 manat, faiz borcu 2088,44 manat, 5%-lə hesablanmış faiz borcu 379,17 manat olduğu müəyyən olunur. Qeyd edilir ki, iş materiallarında tərəflər arasında bağlanmış kredit razılaşmaları üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh2 cərimə hesablanmadı. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 iyul 2025-ci il tarixli 397/E nömrəli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh2 məxsu oslan “New Holland B90B” markalı, sarı rəngli, buraxılış ili 2012-ci il, şassi nömrəsi NCHH03893, mühərrikin nömrəsi ******* olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyicinin real bazar dəyəri 34000 (otuz dörd min) manat və likvid qiyməti 30000 (otuz min) manat, “Komatsu PW180-7” markalı, sarı rəngli, buraxılış ili 2008-ci il, mühərrikin nömrəsi H55211, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavatorun real bazar dəyəri 46000 (qırx altı min) manat və likvid qiyməti 40000 (qırx min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh2 19 avqust 2022-ci il tarixli 011L**********27 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsini, 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanı və 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma və 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən, iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 19 dekabr 2024-cü il tarixli 9/9263 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 19 dekabr 2024-cü il tarixli 9/9263 nömrəli ekspert rəyində 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə əsas borc 68468,56 manat, 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə əsas borc 18199,9 manat müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə üzrə 68431,75 manat və 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 17923,04 manat əsas borcun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit razılaşmaları üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 68431,75 manat və 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 17923,04 manat məbləğində əsas borc tutulmalıdır. Çünki iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış əsas borc məbləğindən azdır. Bundan başqa məhkəmə hesab edir ki, 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə üzrə iddia tələbində göstərilən 1191,16 (min yüz doxsan bir manat on altı qəpik) manat məbləğində faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia qaldırarkən 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 05 mart 2025-ci il tarixinə hesablanmış 4954,87 (dörd min doqquz yüz əlli dörd manat səksən yeddi qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Lakin həmin kredit müqaviləsi üzrə tərtib edilmiş 18 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasının müddətinin bitdiyi tarixə, yəni 06 fevral 2024-cü il tarixinə faiz borcunun məbləği 4076,66 (dörd min yetmiş altı manat altmış altı qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında olan hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 18 iyul 2025-ci il tarixdə təqdim edilmiş maliyyə arayışı mötəbər sübut kimi əsas götürülərək 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə kredit müqaviləsinin müddətinin başa çatma tarixinə, yəni 06 fevral 2024-cü il tarixinə hesablanmış 4076,66 (dörd min yetmiş altı manat altmış altı qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3325,78 (üç min üç yüz iyirmi beş manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimənin və 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 566,36 (beş yüz altmış altı manat otuz altı qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 19 avqust 2022-ci il tarixli 011L**********27 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən və 30 sentyabr 2022-ci il tarixli 011S**********02 nömrəli qoşulma barədə sazişə əsasən zamin Cavabdeh1 kredit alanın uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borcalanipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 19 avqust 2022-ci il tarixli 001M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan “New Holland B90B” markalı, sarı rəngli, buraxılış ili 2012-ci il, şassi nömrəsi NCHH03893, mühərrikin nömrəsi ******* olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyici və 30 sentyabr 2022-ci il tarixli 001M**********1 nömrəli ipoteka müqaviləsinə əsasən “Komatsu PW180-7” markalı, sarı rəngli, buraxılış ili 2008-ci il, mühərrikin nömrəsi H55211 olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, ipoteka predmetilərinin likvid qiyməti müəyyən edilərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 iyul 2025-ci il tarixli 397/E nömrəli mütəxəssis rəyi nəzərə alınaraq “New Holland B90B” markalı, sarı rəngli, buraxılış ili 2012-ci il, şassi nömrəsi NCHH03893, mühərrikin nömrəsi ******* olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyicinin ilkin satış (likvid) qiyməti 30000 (otuz min) manat, “Komatsu PW180-7” markalı, sarı rəngli, buraxılış ili 2008-ci il, mühərrikin nömrəsi H55211 olan, **- BA-*** dövlət qeydiyyat nişanlı ekskavatorun ilkin satış (likvid) qiyməti 40000 (qırx min) manat göstərilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehlərdən müştərək qaydada 379,18 (üç yüz yetmiş doqquz manat on səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 376,54 (üç yüz yetmiş altı manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 68431,75 (altmış səkkiz min dörd yüz otuz bir manat yetmiş beş qəpik) manat məbləğində əsas bоrc, 4076,66 (dörd min yetmiş altı manat altmış altı qəpik) manat məbləğində faiz bоrcu, 3325,78 (üç min üç yüz iyirmi beş manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə və 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 17923,04 (on yeddi min doqquz yüz iyirmi üç manat dörd qəpik) manat məbləğində əsas bоrc, 1191,16 (min yüz doxsan bir manat on altı qəpik) manat məbləğində faiz bоrcu, 566,36 (beş yüz altmış altı manat otuz altı qəpik) manat məbləğində cərimə və 376,54 (üç yüz yetmiş altı manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 95891,29 (doxsan beş min səkkiz yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 95891,29 (doxsan beş min səkkiz yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan “New Holland B90B” markalı, sarı rəngli, buraxılış ili 2012-ci il, şassi nömrəsi NCHH03893, mühərrikin nömrəsi ******* olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyiciyə və “Komatsu PW180-7” markalı, sarı rəngli, buraxılış ili 2008-ci il, mühərrikin nömrəsi H55211 olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavatora yönəldilməli, həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 95891,29 (doxsan beş min səkkiz yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmetləri olan “New Holland B90B” markalı, sarı rəngli, buraxılış ili 2012-ci il, şassi nömrəsi NCHH03893, mühərrikin nömrəsi ******* olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyicinin likvid qiyməti 30000 (otuz min) manat, “Komatsu PW180-7” markalı, sarı rəngli, buraxılış ili 2008-ci il, mühərrikin nömrəsi H55211 olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavatorun likvid qiyməti 40000 (qırx min) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 06 fevral 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 68431,75 (altmış səkkiz min dörd yüz otuz bir manat yetmiş beş qəpik) manat məbləğində əsas bоrc, 4076,66 (dörd min yetmiş altı manat altmış altı qəpik) manat məbləğində faiz bоrcu, 3325,78 (üç min üç yüz iyirmi beş manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə və 18 may 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 17923,04 (on yeddi min doqquz yüz iyirmi üç manat dörd qəpik) manat məbləğində əsas bоrc, 1191,16 (min yüz doxsan bir manat on altı qəpik) manat məbləğində faiz bоrcu, 566,36 (beş yüz altmış altı manat otuz altı qəpik) manat məbləğində cərimə və 376,54 (üç yüz yetmiş altı manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 95891,29 (doxsan beş min səkkiz yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 95891,29 (doxsan beş min səkkiz yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan “New Holland B90B” markalı, sarı rəngli, buraxılış ili 2012-ci il, şassi nömrəsi NCHH03893, mühərrikin nömrəsi ******* olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyiciyə və “Komatsu PW180-7” markalı, sarı rəngli, buraxılış ili 2008-ci il, mühərrikin nömrəsi H55211 olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavatora yönəldilsin və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 95891,29 (doxsan beş min səkkiz yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmetləri olan “New Holland B90B” markalı, sarı rəngli, buraxılış ili 2012-ci il, şassi nömrəsi NCHH03893, mühərrikin nömrəsi ******* olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyicinin likvid qiyməti 30000 (otuz min) manat və “Komatsu PW180- 7” markalı, sarı rəngli, buraxılış ili 2008-ci il, mühərrikin nömrəsi H55211 olan, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavatorun likvid qiyməti 40000 (qırx min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-82/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-82/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver