Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-840/2024 03.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı1 tərəfindən Cavabdehnə qarşı verilmiş "borcun silinməsi və mənəvi ziyanın ödənilməsi" tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı "borcun silinməsi və mənəvi ziyanın ödənilməsi" tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən 2021-ci il aprel ayında tərtib edilmiş aktın ləğv edilməsi və hesablanmış 503 manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və mənəvi zərərə görə 1000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı1 tərəfindən Cavabdehnə qarşı verilmiş "borcun silinməsi və mənəvi ziyanın ödənilməsi" tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) Cavabdeh (VÖEN **********) ünvanı “ünvan 1umqayıt Kommersiya Məhkəməsinə verilmişdir (“Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 35” ünvanı Cavabdeh hüquqi ünvanıdır). İddia ərizəsinin məzmunundan isə görünür ki, mübahisələndirilən borc Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllədə yerləşən sahibkarlıq obyektinə (kafeyə) hesablanmış borcdur və eyni zamanda, bu mübahisə ilə əlaqədar cavabdehdən mənəvi zərər qismində pul vəsaitinin ödənilməsi də tələb olunur (iddia ərizəsində iddiaçının ünvanı kimi “ünvan 2 2, mənzil 80” ünvanı göstərilmişdir). Göründüyü kimi, iddia ərizəsində cavabdeh qismində göstərilən Cavabdeh hüquqi ünvanı və eləcə də, borcun mübahisələndirildiyi sahibkarlıq obyektinin faktiki ünvanı - Bakı şəhəri ərazisində yerləşir. Yəni, Cavabdeh hüquqi ünvanı və borcun mübahisələndirildiyi sahibkarlıq obyektinin ünvanı Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yerləşmir. Halbuki, Bakı şəhəri Xətai rayonunun və yaxud, Binəqədi rayonunun inzibati ərazisi - Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir və hazırkı iddia tələbi ilə həmin məhkəməyə müraciət oluna bilər. Buna görə də, həmin iddia ərizəsinə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı1 tərəfindən Cavabdehnə qarşı verilmiş "borcun silinməsi və mənəvi ziyanın ödənilməsi" tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-840/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-840/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver