Məhkəmə qərarları › İş №e-2-2(119)-854/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-854/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-854/2024 03.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Əmirova (Əlipoladova) Qənirə Şəmsəddin qızına qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Əmirova (Əlipoladova) Qənirə Şəmsəddin qızına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 16037,72 (on altı min otuz yeddi manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 653,27 (altı yüz əlli üç manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, 229,29 (iki yüz iyirmi doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 16920,28 (on altı min doqquz yüz iyirmi manat iyirmi səkkiz qəpik) manat məbləğində borcun və 140,76 (yüz qırx manat yetmiş altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli 13220***-*******01L saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh3 36 ay müddətinə illik 19 % dərəcəsi ilə 25000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə 13FİZAM118138502 saylı, 13FİZAM174066901 saylı və 13FİZAM192542402 xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Cavabdeh3 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zaminlər Cavabdeh4,Cavabdeh2 və Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 xx.xx.2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 16037,72 manat məbləğində əsas borcu, 653, 27 manat məbləğində faiz borcu, 229,29 manat cərimə borcu olmaqla, cəmi 16920,28 manat məbləğində borcu qalmaqdadır. 29 may 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. 21 iyun 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Əmirova (Əlipoladova) Qənirə Şəmsəddin qızı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “kreditverən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “borcalan” Cavabdeh3 arasında bağlanmış 21 iyun 2021-ci il tarixli 13220***-*******01L nömrəli kredit limiti müqaviləsinə əsasən kreditverən borcalana 100000 (yüz min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bıı müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 23 iyun 2021-ci il tarixli 13FİZAM118138502 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh3 21 iyun 2021-ci il tarixli 13220***-*******01L nömrəli kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərinin tamamının icrası üçün onunla birgə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 23 iyun 2021-ci il tarixli 13FİZAM174066901 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh3 21 iyun 2021-ci il tarixli 13220***-*******01L nömrəli kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərinin tamamının icrası üçün onunla birgə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 iyun 2021-ci il tarixli 13FİZAM192542402 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh3 23 iyun 2021-ci il tarixli 13220***-*******01L nömrəli kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərinin tamamının icrası üçün onunla birgə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli 13220***-*******01L kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 29 mart 2022-ci il tarixli razılaşmanın 2-ci bəndinə əsasən kreditverən 21 iyun 2021-ci il tarixli 13220***-*******01L nömrəli kredit limiti müqaviləsi çərçivəsində illik 19 (on doqquz) faiz dərəcəsi ilə xx.xx.2025-ci il tarixinədək 0 (sıfır) ay güzəşt olmaqla 25000 (iyirmi beş min) manat məbləğdə borc pul vəsaitini boracalanın mülkiyyətinə verir borcalan isə 250 (iki yüz əlli) manat məbləğdə xidmət haqqı ödəyir. Həmin razılaşmanın 8-ci bəndinə əsasən 13220***-*******01L saylı, xx.xx.2021 il tarixli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kıeditləı üzıə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 19 % üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. Borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icıa etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 24 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 16037,72 (on altı min otuz yeddi manat yetmiş iki qəpik) manat əsas borc, 653,27 (altı yüz əlli üç manat iyirmi yeddi qəpik) manat kredit üzrə faiz borcu, 229,29 (iki yüz iyirmi doqquz manat iyirmi doqquz) manat cərimə borcu olmaqla, cəmi 16920,28 (on altı min doqquz yüz iyirmi manat iyirmi səkkiz qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 29 aprel 2024-cü il tarixdə pretenziya məktubu göndərilərək cavabdehlərə kredit müqaviləsi üzrə 24 aprel 2024 -cü il tarixə banka 16037,72 manat məbləğində əsas borc, 653,27 manat faiz borcu və 229,29 manat cərimə olmaqla, cəmi 16920,28 manat borclarının olduğu, öhdəliyin pozulduğu üçün kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş, 3 (üç) gün müddətində göstərilən məbləğdə borcun banka ödənilməsi, əks halda borcun qaytarılması tələbinə dair iddi ərizəsi ilə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh3 aldığı 21 iyun 2021-ci il tarixli 13220***-*******01L kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 29 mart 2022-ci il tarixli razılaşma üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh3 sözügedən kredit razılaşması üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, həmin kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən 16037,72 (on altı min otuz yeddi manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 653,27 (altı yüz əlli üç manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu və 229,29 (iki yüz iyirmi doqquz manat iyirmi doqquz) manat məbləğində cərimə Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 23 iyun 2021-ci il tarixli 13FİZAM118138502 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4, 23 iyun 2021-ci il tarixli 13FİZAM174066901 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və 23 iyun 2021-ci il tarixli 13FİZAM192542402 nömrəli zaminlik müqaviləsinə əsasən Əmirova (Əlipoladova) Qənirə Şəmsəddin qızı borclunun 21 iyun 2021-ci il tarixli 13220***-*******01L nömrəli kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehlərdən müştərək qaydada 140,76 (yüz qırx manat yetmiş altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 140,76 (yüz qırx manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də, təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 140,76 (yüz qırx manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Əmirova (Əlipoladova) Qənirə Şəmsəddin qızından müştərək qaydada 16037,72 (on altı min otuz yeddi manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 653,27 (altı yüz əlli üç manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, 229,29 (iki yüz iyirmi doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə və 140,76 (yüz qırx manat yetmiş altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17061,04 (on yeddi min altmış bir manat dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Əmirova (Əlipoladova) Qənirə Şəmsəddin qızından müştərək qaydada 16037,72 (on altı min otuz yeddi manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 653,27 (altı yüz əlli üç manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, 229,29 (iki yüz iyirmi doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə və 140,76 (yüz qırx manat yetmiş altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17061,04 (on yeddi min altmış bir manat dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar