Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-858/2025 08.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 11338,71 (on bir min üç yüz otuz səkkiz manat yetmiş bir qəpik) manat məbləğində əsas borc, 2362,2 (iki min üç yüz altmış iki manat iyirmi qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13700,91 (on üç min yeddi yüz manat doxsan bir qəpik) manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 131,1 (yüz otuz bir manat on qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 31 yanvar 2020-ci il tarixli 20016-S132339/799820 nömrəli kredit limiti müqaviləsinə əsasən borclu Cavabdeh3 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə 31 yanvar 2030-cu il tarixdən yuxarı olmamaq şərti ilə 500000 (beş yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə bağlanılmış 31 yanvar 2020-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmaya əsasən borclu Cavabdeh3 24 ay müddətinə illik 21% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 20000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 14 may 2020-ci il tarixli restrukturizasiya razılaşmasına əsasən kreditin son icra müddəti 14 iyul 2022-ci il müəyyən edilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 016FİZAM79982204 nömrəli və Cavabdeh1 016FİZAM79982303 nömrəli 14 may 2020-ci il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Bundan başqa kredit öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 Əlibala oğlu ilə bank arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli 016TORPQ79982201 nömrəli ipoteka müqaviləsinə əsasən Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən 0.1 ha sahədən ibarət xüsusi mülkiyyətdə olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissəhissə banka ödəməli olduğu halda öhdəliyi pozaraq onu vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də Sumqayıt şəhəri, 3 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 23 fevral 2021-ci il tarixli icra qeydi alınmışdır. İcra qeydindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1-ci maddəsinə əsasən016TORPQ79982201 nömrəli ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan İddiaçı ASC-nin tələbi ilə ipoteka qoyan Cavabdeh2 məxsus ipoteka predmeti olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən, ümumi sahəsi 0.1 ha olan torpağa 19355,36 manat məbləğində əsas borc, 3432,07 manat məbləğində faiz borc, 26,28 manat məbləğində cərimə olmaqla, cəmi 22813,71 manat borc üzrə tutma yönəldilmişdir. İpoteka ilə yüklü edilmiş torpaq sahəsi hərraca çıxarılmış, sonda ipoteka saxlayana təklif edilmişdir. Nəticədə 20 dekabr 2021-ci il tarixdə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 581/21 nömrəli protokola əsasən Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən 0.1 ha sahədən ibarət torpaq sahəsi bank tərəfindən 11475 manat ödənilməklə əldə edilmişdir. Lakin həmin məbləğ cavabdehin borcunun bağlanması üçün yetərli olmamışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 banka olan borcunun məbləği 11338,71 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 23 fevral 2021-ci il tarixli icra qeydi alındıqdan sonra da kredit öhdəliklərini icra etməmişdir. Buna görə də 23 fevral 2021-ci il tarixdən hazırkı tarixədək gecikdirilmiş 11338,71 manat üçün illik 5% hesablanmış və bu məbləğ 2362,2 manat təşkil etmişdir. Nəticədə cavabdehin banka olan borcu 13700,91 manat təşkil etmişdir. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 03 iyun 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7880,36 (yeddi min səkkiz yüz səksən manat otuz altı qəpik) manat məbləğində əsas borc, 3432,07 (üç min dörd yüz otuz iki manat yeddi qəpik) manat məbləğində faiz borcu, 26,28 (iyirmi altı manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimə və 2119,86 (iki min yüz on doqquz manat səksən altı qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13458,57 (on üç min dörd yüz əlli səkkiz manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 131,1 (yüz otuz bir manat on qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizədə göstərilmişdir ki, Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 23 fevral 2021-ci il tarixli icra qeydi alındıqdan sonra da kredit öhdəliklərini icra etməmişdir. Buna görə də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş 19355,36 manat üçün illik 5% hesablanmış və bu məbləğ 806,47 manat (10 ay üçün) təşkil etmiş, həmçinin hazırkı tarixədək gecikdirilmiş 7880,36 manat manat üçün illik 5% hesablanmış və bu məbləğ 1313,39 manat (40 ay üçün) təşkil etmişdir. Nəticədə əldən çıxmış faydanın ümumi məbləği 2119,86 manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 08 dekabr 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli 20016- S132339/799820 nömrəli kredit limiti müqaviləsinin 1.1-ci bəndinə əsasən kreditverən borcalana 500000 (beş yüz min) manat məbləğində 120 ay müddətinə, 31 yanvar 2030-cu il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razlaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində veriləcək kreditlərə illik faiz dərəcəsi 30%-dən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə 31 yanvar 2030-cu il tarixdən artıq olmayacaqdır. İş materiallarında olan kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli 20016-S132339/799820 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli razılaşmaya əsasən kreditverən 31 yanvar 2020-ci il tarixli 20016-S132339/799820 nömrəli kredit limiti müqaviləsi çərçivəsində illik 21 faiz dərəcəsi ilə 31 yanvar 2022-ci il larixinədək 0 (sıfır) ay güzəşt olmaqla 20000 (iyirmi min) manat məbləğdə borc pul vəsaitini boracalanın mülkiyyətinə verir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 21 %-dir. Həmin razılaşmanın 9-cu bəndinə əsasən 31 yanvar 2020-ci il tarixli 20016- S132339/799820nömrəli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 21 % üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. Borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. İş materiallarında olan Cavabdeh3 31 yanvar 2020-ci il tarixli 20016- S132339/799820 nömrəli kredit limiti müqaviləsinə əlavə olan ödəniş cədvəlində borclu Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 31 yanvar 2022-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 14 may 2020-ci il tarixli 016İAMR201350001 nömrəli restrukturizasiya razılaşmasının 1-ci bəndinə əsasən tərəllər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli 20016-S132339/799820 nömrəli kredit limiti müqaviləsinə əsasən kreditverən borcalana 120 ay müddətinə illik 30 faizdən çox olmamaq şərtilə 500000 (beş yüz min) manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən kreditverən borcalanın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. Borcalan və 31 yanvar 2020-ci il tarixli 20016-S132339/799820 nömrəli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar. Həmin razılaşmasının 2-ci bəndinə əsasən kreditverən bu razılaşmanın 1-ci bəndində qeyd edilmiş kredit limiti müqaviləsi çərçivəsində bağlanmış 31 yanvar 2020 il tarixli əlavə razılaşmaya əsasən borcalana illik 21 faiz dərəcəsi ilə 24 ay müddətinə 31 yanvar 2022 il tarixinədək 20000 (iyirmi min) manat məbləğdə kredit (borc) vermişdir və bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit (borc) üzrə 19355,36 (on doqquz min üç yüz əlli beş manat otuz altı qəpik) manat məbləğdə əsas borc, 779,73 (yeddi yüz yetmiş doqquz manat yetmiş üç qəpik) manat məbləğdə faiz borcu mövcuddur. Həmin razılaşmasının 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş kredit (borc) üzrə faiz dərəcəsi 21 faiz və kreditin son icra müddəti 14 iyul 2022-ci il müəyyən edilir. İş materiallarında olan bağlanmış İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 14 may 2020-ci il tarixli 016FİZAM79982204 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 31 yanvar 2020-ci il tarixli 20016-S132339/799820 nömrəli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar üzrə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. İş materiallarında olan bağlanmış İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış 14 may 2020-ci il tarixli 016FİZAM79982303 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 31 yanvar 2020-ci il tarixli 20016-S132339/799820 nömrəli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar üzrə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh2, borcalan Cavabdeh3 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli 016TORPQ79982201 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xüsusi mülkiyyəti hüququ ilə özünə məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən 0.1 ha sahədən ibarət xüsusi mülkiyyətdə olan torpaq sahəsini 31 yanvar 2020-ci il tarixli 20016-S132339/799820 nömrəli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədi ilə ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş borc haqqında arayışından görünür ki, borcalan Cavabdeh3 kredit müqaviləsi üzrə 21 yanvar 2025-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 19355,36 (on doqquz min üç yüz əlli beş manat otuz altı qəpik) manat məbləğində əsas borc, 3432,07 (üç min dörd yüz otuz iki manat yeddi qəpik) manat məbləğində faiz borcu, 26,28 (iyirmi altı manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 22813,71 (iyirmi iki min səkkiz yüz on üç manat yetmiş bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 23 fevral 2021-ci il tarixli icra qeydinə əsasən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1-ci maddəsinə əsasən016TORPQ79982201 nömrəli ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan İddiaçı ASC-nin tələbi ilə ipoteka qoyan Cavabdeh2 məxsus ipoteka predmeti olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən, ümumi sahəsi 0.1 ha olan torpağa 19355,36 (on doqquz min üç yüz əlli beş manat otuz altı qəpik) manat əsas borc, 3432,07 (üç min dörd yüz otuz iki manat yeddi qəpik) manat faiz borcu, 26,28 (iyirmi altı manat iyirmi səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 22813,71 (iyirmi iki min səkkiz yüz on üç manat yetmiş bir qəpik) manat borc üzrə tutma yönəldilmişdir. İş materiallarında olan 20 dekabr 2021-ci il tarixdə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 581/21 nömrəli protokola əsasən Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən 0.1 ha sahədən ibarət torpaq sahəsini İddiaçı Açıq Səhmdar Cəmiyyəti 11475 manata almışdır. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 21 oktyabr 2025-ci il tarixli 9/4208 nömrəli ekspert rəyində göstərilir ki, kreditverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli 20016- S132339/799820 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 31 yanvar 2020-ci il tarixli razılaşma və 14 may 2020-ci il tarixli restrukturizasiya razılaşması üzrə aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən 21 yanvar 2021-ci il tarixə əsas borc 19355 manat, faiz borcu 3950,4 manat, icra qeydinin aparıldığı 23 fevral 2021-ci il tarixə əsas borc 19355 manat faiz borcu 3950,4 manat (21 yanvar 2021-ci il tarixdən faiz borcu hesablanmadan), 23 fevral 2021-ci il tarixdən 20 dekabr 2021-ci il tarixədək olan əsas borca illik 5 %-lə hesablanmış faiz borcu 798,39 manat, 20 dekabr 2021-ci il tarixə (21 yanvar 2021-ci il tarixdən faiz borcu hesablanmadan) olan əsas borc 19355 manat, faiz borcu 3950,4 manat, 20 dekabr 2021-ci il tarixdən məhkəməyə iddia ərizəsinin verildiyi 02 may 2025- ci il tarixədək olan əsas borca illik 5 %-lə hesablanmış faiz borcu 3258,09 manat, 12 avqust 2025-ci il tarixə (21 yanvar 2021-ci il tarixdən faiz borcu hesablanmadan) olan əsas borc 19355 manat, faiz borcu 3950,4 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, borcalan Cavabdeh3 31 yanvar 2020-ci il tarixli 20016-S132339/799820 nömrəli kredit limiti müqaviləsini, 31 yanvar 2020ci il tarixli 20016-S132339/799820 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 31 yanvar 2020-ci il tarixli razılaşmanı və 14 may 2020-ci il tarixli restrukturizasiya razılaşmasını bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli 20016-S132339/799820 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 31 yanvar 2020-ci il tarixli razılaşma və 14 may 2020-ci il tarixli restrukturizasiya razılaşması üzrə 7880,36 (yeddi min səkkiz yüz səksən manat otuz altı qəpik) manat məbləğində əsas bоrc və 3432,07 (üç min dörd yüz otuz iki manat yeddi qəpik) manat məbləğində faiz bоrcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq cavabdehlərdən illik beş faizlə hesablanmaqla 2119,86 (iki min yüz on doqquz manat səksən altı qəpik) manat məbləğində faiz borcunun (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş 19355,36 manat üçün illik 5%-lə hesablanmış 806,47 manat + 02 may 2025-ci il tarixədək gecikdirilmiş 7880,36 manat manat üçün illik 5%-lə hesablanmış 1313,39 manat) tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, 23 fevral 2021-ci il tarixdən 20 dekabr 2021-ci il tarixədək olan əsas borca illik 5 %-lə hesablanmış faiz borcu müəyyənləşdirilərkən 21 oktyabr 2025ci il tarixli 9/4208 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli, 23 fevral 2021-ci il tarixdən 20 dekabr 2021-ci il tarixədək olan əsas borca illik 5 %-lə hesablanmış faiz borcu 798,39 manat müəyyən edilməlidir. 20 dekabr 2021-ci il tarixdən gecikdirilmiş əsas borca illik 5%-lə hesablanmış 1313,39 manat məbləğində faiz borcu isə əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbi “gecikdirilmiş məbləğə illik 5 %-lə hesablanmış 2119,86 manat məbləğində faiz borcunun tutulması” hissəsində qismən təmin edilməli və gecikdirilmiş məbləğə illik 5 %-lə hesablanmış 2111,78 manat (798,39 manat + 1313,39 manat = 2111,78 manat) məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin “26,28 (iyirmi altı manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 14 may 2020-ci il tarixli 016FİZAM79982204 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və 14 may 2020-ci il tarixli 016FİZAM79982303 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 31 yanvar 2020-ci il tarixli 20016-S132339/799820 nömrəli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “131,1 (yüz otuz bir manat on qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 130,35 (yüz otuz manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7880,36 (yeddi min səkkiz yüz səksən manat otuz altı qəpik) manat məbləğində əsas borc, 3432,07 (üç min dörd yüz otuz iki manat yeddi qəpik) manat məbləğində faiz borcu, 26,28 (iyirmi altı manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimə, gecikdirilmiş məbləğə illik 5 %-lə hesablanmış 2111,78 (iki min yüz on bir manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu və 130,35 (yüz otuz manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 13580,84 (on üç min beş yüz səksən manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7880,36 (yeddi min səkkiz yüz səksən manat otuz altı qəpik) manat məbləğində əsas borc, 3432,07 (üç min dörd yüz otuz iki manat yeddi qəpik) manat məbləğində faiz borcu, 26,28 (iyirmi altı manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimə, gecikdirilmiş məbləğə illik 5 %-lə hesablanmış 2111,78 (iki min yüz on bir manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu və 130,35 (yüz otuz manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 13580,84 (on üç min beş yüz səksən manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-858/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-858/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver