Məhkəmə qərarları › İş №e-2-2(119)-860/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-860/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-860/2024 21.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli 345614-CNS-40604 saylı kredit müqaviləsi üzrə 663,59 (altı yüz altmış üç manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 60,93 (altmış manat doxsan üç qəpik) manat məbləğində faiz borcu, 161,84 (yüz altmış bir manat səksən dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 886,36 (səkkiz yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində borcun, 23 yanvar 2023-cü il tarixli 345614-CNS- 42117 kredit müqaviləsinə əsasən 2048,77 (iki min qırx səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 219,90 (iki yüz on doqquz manat doxsan qəpik) manat məbləğində faiz borcu, 71,18 (yetmiş bir manat on səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2339,85 (iki min üç yüz otuz doqquz manat səksən beş qəpik) manat məbləğində borcun və ödənilmiş 53,26 (əlli üç manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə sahibkar olan fiziki şəxs Cavabdeh arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli 345614-CNS- 40604 saylı kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitlərinin artırılması üçün illik 22 faiz hesablanması şərti ilə 12 ay müddətinə 3636 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Eyni zamanda bank ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli 345614-CNS-42117saylı kredit müqaviləsinə əsasən ona dövriyyə vəsaitlərinin artırılması üçün illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2450 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Lakin borclu 345614- CNS-40604 və 345614-CNS-42117 saylı kredit müqavilələri üzrə üzərinə götürdüyü kredit öhdəliklərini 23 oktyabr 2023-cü il tarixdən icra etməmiş, nəticədə cavabdehin banka 345614-CNS-40604 saylı müqavilə üzrə cəmi 2339,85 manat, 345614-CNS-42117 saylı müqavilə üzrə cəmi 886,36 manat, hər iki müqavilə üzrə ümumilikdə 3226,21 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli 345614-CNS-40604 nömrəli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə Cavabdeh 3636 (üç min altı yüz otuz altı) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 3.3-cü bəndinə görə kredit alan krediti tam məbləğdə 21 noyabr 2023-cü il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Həmin kredit müqaviləsinin 3.4.1-ci bəndinə görə kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 22 % (iyirmi iki faiz) olmaqla və bu müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. Həmin kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5 % həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. İş materiallarında olan 21 noyabr 2022-ci il tarixli ödəniş cədvəlində borcalan Cavabdeh banka olan borcunun son ödəniş tarixi 21 noyabr 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini kredit alan Cavabdeh imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 23 yanvar 2023-cü il tarixli 345614-CNS-42117 nömrəli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə Cavabdeh 2450 (iki min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 3.3-cü bəndinə görə kredit alan krediti tam məbləğdə 23 yanvar 2026-cı il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Həmin kredit müqaviləsinin 3.4.1-ci bəndinə görə kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 24 % (iyirmi dörd faiz) olmaqla və bu müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. Həmin kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5 % həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli ödəniş cədvəlində borcalan Cavabdeh banka olan borcunun son ödəniş tarixi 23 yanvar 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini kredit alan Cavabdeh imzası ilə təsdiq etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə tədim edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 21 noyabr 2022-ci il tarixli 345614- CNS-40604 nömrəli kredit müqaviləsi üzrə 06 mart 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 663,59 (altı yüz altmış üç manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 60,93 (altmış manat doxsan üç qəpik) manat məbləğində faiz borcu, 161,84 (yüz altmış bir manat səksən dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 886,36 (səkkiz yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə tədim edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 23 yanvar 2023-cü il tarixli 345614- CNS-42117 nömrəli kredit müqaviləsi üzrə 06 mart 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2048,77 (iki min qırx səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 219,90 (iki yüz on doqquz manat doxsan qəpik) manat məbləğində faiz borcu, 71,18 (yetmiş bir manat on səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2339,85 (iki min üç yüz otuz doqquz manat səksən beş qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 07 mart 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 21 noyabr 2022-ci il tarixli 345614-CNS-40604 nömrəli kredit müqaviləsi üzrə 663,59 (altı yüz altmış üç manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 60,93 (altmış manat doxsan üç qəpik) manat məbləğində faiz borcu, 161,84 (yüz altmış bir manat səksən dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 886,36 (səkkiz yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində borcu olduğu bildirilmiş, borcun 3 iş günü ərzində qaytarılması, əks təqdirdə bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə borcun ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi qeyd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 07 mart 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 23 yanvar 2023-cü il tarixli 345614-CNS-42117 nömrəli kredit müqaviləsi üzrə 2048,77 (iki min qırx səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 219,90 (iki yüz on doqquz manat doxsan qəpik) manat məbləğində faiz borcu, 71,18 (yetmiş bir manat on səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2339,85 (iki min üç yüz otuz doqquz manat səksən beş qəpik) manat məbləğində borcu olduğu bildirilmiş, borcun 3 iş günü ərzində qaytarılması, əks təqdirdə bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə borcun ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh 21 noyabr 2022-ci il tarixli 345614-CNS-40604 nömrəli və 23 yanvar 2023-cü il tarixli 345614-CNS-42117 nömrə kredit müqavilələrini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 noyaabr 2022-ci il tarixli 345614-CNS-40604 nömrəli kredit müqaviləsi üzrə 663,59 (altı yüz altmış üç manat əlli doqquz qəpik) manat məbləğində əsas bоrc və 60,93 (altmış manat doxsan üç qəpik) manat məbləğində faiz borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın “21 noyabr 2022-ci il tarixli 345614-CNS-40604 nömrəli kredit müqaviləsi üzrə 161,84 (yüz altmış bir manat səksən dörd qəpik) manat məbləğində cərimənin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq həmin müqavilə üzrə 35 (otuz beş) manat məbləğində cərimə Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2023-cü il tarixli 345614-CNS-42117 nömrəli kredit müqaviləsi üzrə 2048,77 (iki min qırx səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 219,90 (iki yüz on doqquz manat doxsan qəpik) manat məbləğində faiz borcu və 71,18 (yetmiş bir manat on səkkiz qəpik) manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “ödənilmiş 53,26 (əlli üç manat iyirmi altı qəpik) manat manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 50,99 (əlli manat doxsan doqquz qəpik qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 21 noyabr 2022-ci il tarixli 345614-CNS-40604 nömrəli kredit müqaviləsi üzrə 663,59 (altı yüz altmış üç manat əlli doqquz qəpik) manat məbləğində əsas bоrc, 60,93 (altmış manat doxsan üç qəpik) manat məbləğində faiz borcu və 35 (otuz beş) manat məbləğində cərimə, 23 yanvar 2023cü il tarixli 345614-CNS-42117 nömrəli kredit müqaviləsi üzrə 2048,77 (iki min qırx səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 219,90 (iki yüz on doqquz manat doxsan qəpik) manat məbləğində faiz borcu, 71,18 (yetmiş bir manat on səkkiz qəpik) manat məbləğində cərimə və ödənilmiş 50,99 (əlli manat doxsan doqquz qəpik qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3150,36 (üç min yüz əlli manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 21 noyabr 2022-ci il tarixli 345614-CNS-40604 nömrəli kredit müqaviləsi üzrə 663,59 (altı yüz altmış üç manat əlli doqquz qəpik) manat məbləğində əsas bоrc, 60,93 (altmış manat doxsan üç qəpik) manat məbləğində faiz borcu, 35 (otuz beş) manat məbləğində cərimə, 23 yanvar 2023-cü il tarixli 345614-CNS-42117 nömrəli kredit müqaviləsi üzrə 2048,77 (iki min qırx səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 219,90 (iki yüz on doqquz manat doxsan qəpik) manat məbləğində faiz borcu, 71,18 (yetmiş bir manat on səkkiz qəpik) manat məbləğində cərimə və ödənilmiş 50,99 (əlli manat doxsan doqquz qəpik qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3150,36 (üç min yüz əlli manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar