Məhkəmə qərarları › İş №e-2-2(119)-87/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-87/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-87/2025 18.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 15 iyul 2022-ci il tarixli 28-MCR-1-942-21/3 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 33989,24 (otuz üç min doqquz yüz səksən doqquz manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 3033,12 (üç min otuz üç manat on iki qəpik) manat məbləğində faiz borcu, 209,35 (iki yüz doqquz manat otuz beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 37231,71 (otuz yeddi min iki yüz otuz bir manat yetmiş bir qəpik) manat məbləğində borcun və 201,7 (iki yüz bir manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Shacman markalı, SX3314DT366 yük modeli, ağ rəngli, şassi nömrəsi LZGJRDT6XCX036266 olan, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və borcun əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli 28-MCR-1- 942-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sədərək” filialından 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci tarixli 28-MCR-1-942-21/3 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sədərək” filialından illik 20 %-lə 36 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. xx.xx.2021-ci tarixli 28-MCR-1-942-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə xx.xx.2022-ci il tarixli əlavə sazişə əsasən kredit limitinin məbləği 200000 manat məbləğədək artırılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 məxsus Shacman markalı, SX3314DT366 yük modeli, ağ rəngli, şassi nömrəsi LZGJRDT6XCX036266 olan, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh3 və xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. 2024-cü il martın 13-dək borcalan olan Cavabdeh1 banka xx.xx.2022-ci tarixli № 28-MCR-1-942-21/3 nömrəli kredit müqaviləsi üzrə 33989,24 manat əsas borc, 3033,12 manat faiz borcu, 837,4 manat cərimə borcu olmaqla, cəmi 37859,76 manat borcu vardır. Cavabdeh1 xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 837,4 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 209,35 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 14 may 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 15 iyul 2022-ci il tarixli 28-MCR-1-942-21/3 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 33989,24 (otuz üç min doqquz yüz səksən doqquz manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 3033,12 (üç min otuz üç manat on iki qəpik) manat məbləğində faiz borcu, 209,35 (iki yüz doqquz manat otuz beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 37231,71 (otuz yeddi min iki yüz otuz bir manat yetmiş bir qəpik) manat məbləğində borcun və 201,7 (iki yüz bir manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında əsas və faiz borcunun məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun tutulmasını məhkəmədən xahiş etmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli 28-MCR-1-942-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50 % olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli 28-MCR-1-942-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əlavə sazişin 1.1.1-ci bəndinə əsasən müqavilə üzrə kredit limitinin məbləği 200000 manatadək artırılmışdır. İş materiallarında olan kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli Z/08923/21 nömrəli zaminlik müqaviləsinə əsasən 29 sentyabr 2021-ci il tarixli 28-MCR-1-942-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borc alan Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli 29 sentyabr 2021-ci il tarixli Z/08923/21 nömrəli zaminlik müqaviləsinə 1 saylı əlavə sazişin 1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu 29 sentyabr 2021-ci il tarixli 28-MCR-1-942-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə kredit limitinin məbləği 200000 manatadək artırılır. İş materiallarında olan kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh3 arasında bağlanmış 25 yanvar 2022-ci il tarixli Z/01067/22 nömrəli zaminlik müqaviləsinə əsasən 29 sentyabr 2021-ci il tarixli 28-MCR-1-942-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borc alan Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh3 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli 25 yanvar 2022-ci il tarixli Z/01067/22 nömrəli zaminlik müqaviləsinə 1 saylı əlavə sazişin 1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu 29 sentyabr 2021-ci il tarixli 28-MCR-1-942-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə kredit limitinin məbləği 200000 manatadək artırılır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh1 arasında bağlanmış 15 iyul 2022-ci il tarixli 28-MCR-1-942-21/3 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aylıq faiz dərəcəsi 1,67 % olmaqla 36 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli 28-MCR-1-942-21/3 nömrəli kredit verilməsinə dair razılaşmaya 15 iyul 2022-ci il tarixli 1 saylı Əlavəyə əsasən borc alan Cavabdeh1 banka olan borcunun müvafiq qrafikə əsasən son ödəniş tarixi 15 iyul 2025-ci il olmaqla aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borc alan Cavabdeh1 imza etmişdir. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan-borc alan Cavabdeh1 arasında bağlanmış 15 iyul 2022-ci il tarixli A/00335/22 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Shacman markalı, SX3314DT366 yük modeli, ağ rəngli, şassi nömrəsi LZGJROT6XCX036266, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili 29 sentyabr 2021 tarixli, 28-MCR-1-942-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. İş materiallarında olan 13 mart 2024-cü il tarixli maliyyə arayışına görə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 33989,24 manat məbləğində əsas borcu, 3033,12 manat məbləğində faiz borcu, 837,4 manat məbləğində cərimə olmaqla, cəmi 37859,76 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 13 mart 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 22 may 2025-ci il tarixli 9/1777-9/1693 nömrəli ekspert rəyində göstərilir ki, 15 iyul 2022-ci il tarixli 28-MCR-1-942- 21/3 nömrəli kredit verilməsinə dair razılaşmada qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 13 mart 2024-cü il tarixinə əsas borcu 32621,27 manat və faiz borcu 3008,41 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və razılaşma ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 29 sentyabr 2021-ci il tarixli 28-MCR-1-942-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma və 15 iyul 2022-ci il tarixli 28-MCR-1-942-21/3 nömrəli kredit verilməsinə dair razılaşma üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit verilməsinə dair razılaşma üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc Cavabdeh1 tutulmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 iyul 2022-ci il tarixli 28-MCR-1-942-21/3 nömrəli kredit verilməsinə dair razılaşma üzrə tutulmalı olan əsas və faiz borcun borcun məbləği müəyyən edilərkən 22 may 2025-ci il tarixli 9/1777-9/1693 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı, ekspert rəyində qeyd edilən 32621,27 (otuz iki min altı yüz iyirmi bir manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc və 3008,41 (üç min səkkiz manat qırx bir qəpik) manat məbləğində faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın “cavabdehlərdən müştərək qaydada 209,35 (iki yüz doqquz manat otuz beş qəpik) manat cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 29 sentyabr 2021-ci il tarixli Z/08923/21 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2, 25 yanvar 2022-ci il tarixli Z/01067/22 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 bankdan kredit götürmüş borc alan Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “201,7 (iki yüz bir manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 197,52 (yüz doxsan yeddi manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 32621,27 (otuz iki min altı yüz iyirmi bir manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 3008,41 (üç min səkkiz manat qırx bir qəpik) manat məbləğində faiz borcu, 209,35 (iki yüz doqquz manat otuz beş qəpik) manat məbləğində cərimə və 197,52 (yüz doxsan yeddi manat əlli iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36036,55 (otuz altı min otuz altı manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 32621,27 (otuz iki min altı yüz iyirmi bir manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 3008,41 (üç min səkkiz manat qırx bir qəpik) manat məbləğində faiz borcu, 209,35 (iki yüz doqquz manat otuz beş qəpik) manat məbləğində cərimə və 197,52 (yüz doxsan yeddi manat əlli iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36036,55 (otuz altı min otuz altı manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar