Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-88/2025 05.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 10 fevral 2022-ci il tarixli 027R********** saylı krеdit razılaşması üzrə 1703,58 manat krеdit bоrcu, 348,9 manat faiz bоrcu və 129,33 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2181,81 (iki min yüz səksən bir manat 81 qəpik) manat məbləğində borcun, 41,80 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 36 manat xidmət haqqının tutulması və tələbin Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndi, Nəsib bəy Yusifbəyli küçəsində 0,0105 ha torpaq sahəsi və üzərində yerləşən 23B saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 2181,81 (iki min yüz səksən bir manat 81 qəpik) məbləğində borcun, 41,80 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 36 manat xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 1641/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edildiyi üçün həmin kommersiya işinin icraatı ekspert rəyi alınanadək dayandırılmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 02 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edilərək, kommersiya işi üzrə ekspert rəyi alınmadan icraatın təzələnməsi və həmin işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən 02 dekabr 2024-cü il tarixli e-2- 2(119)- 1641/2024 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilərək həmin kommersiya işinin məhkəməyə geri qaytarılması xahiş edilmiş və kommersiya işi rəy verilmədən Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmışdır. 04 fevral 2025-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə təqdim edilərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və MPM-in 259.0.11-ci maddəsinə əsasən qeyd edilən işin baxılmamış saxlanılaraq geri qaytarılması barədə qərardad edilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-88/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-88/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver