Məhkəmə qərarları › İş №e-2-2(119)-885/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-885/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-885/2025 24.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Etibar oğlunun, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş "pul tələbi" barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı "pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 31978 (otuz bir min doqquz yüz yetmiş səkkiz) manat məbləğində borcun, müvəqqəti təminat tədbiri haqqında ərizənin verilməsi üçün ödənilmiş 18,59 (on səkkiz manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 185,93 (yüz səksən beş manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə Etibar oğlu və Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə məhkəməyə ərizə verərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 23 iyul 2025-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişinə əsasən İddiaçı ilə Cavabdeh aşağıdakı məzmunda və şərtlərlə razılığa gəlmişlər:

1. Cavabdeh barışıq sazişi imzalandıqdan sonra 1 (bir) iş günü ərzində ƏDV daxil 23600 (iyirmi üç min altı yüz) manatı iddiaçıya ödəyir.

2. Cavabdeh tərəfindən ƏDV daxil 23600 (iyirmi üç min altı yüz) manatlıq ödəniş həyata keçirildikdən dərhal sonra İddiaçı Cavabdeh bank hesablarının üzərindən həbsin götürülməsini təmin edir.

3. Cavabdeh bank hesablarının üzərindən həbs götürüldükdən sonra cavabdeh 1 (bir) iş günü ərzində geri qalan məbləği, yəni ƏDV daxil 8378 (səkkiz min üç yüz yetmiş səkkiz) manatı İddiaçınə ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 23 iyul 2025-ci il tarixli barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş "pul tələbi" barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 23 iyul 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-885/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh barışıq sazişi imzalandıqdan sonra 1 (bir) iş günü ərzində ƏDV daxil 23600 (iyirmi üç min altı yüz) manatı iddiaçıya ödəyir.

2. Cavabdeh tərəfindən ƏDV daxil 23600 (iyirmi üç min altı yüz) manatlıq ödəniş həyata keçirildikdən dərhal sonra İddiaçı Cavabdeh bank hesablarının üzərindən həbsin götürülməsini təmin edir.

3. Cavabdeh bank hesablarının üzərindən həbs götürüldükdən sonra cavabdeh 1 (bir) iş günü ərzində geri qalan məbləği, yəni ƏDV daxil 8378 (səkkiz min üç yüz yetmiş səkkiz) manatı İddiaçınə ödəyir. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş "pul tələbi" barədə iddia ərizəsinə dair e-2-2(119)-885/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar