Məhkəmə qərarları › İş №e-2-2(119)-89/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-89/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-89/2025 20.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 8511,04 (səkkiz min beş yüz on bir manat dörd qəpik) manat məbləğində əsas bоrc, 1208,52 (min iki yüz səkkiz manat əlli iki qəpik) manat məbləğində faiz bоrcu və 368,43 (üç yüz altmış səkkiz manat qırx üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 10387,99 (on min üç yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat məbləğində bоrcun, 121,16 (yüz iyirmi bir manat on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus Nissan Sunny minik markalı, buraxılış ili 2008-ci il, ban nömrəsi KNMC4C2HM9P725162 olan, qara rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və 10387,99 (on min üç yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat məbləğində bоrcun və 121,16 (yüz iyirmi bir manat on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli 001L**********09 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli 001R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 6188,96 manat ödəmiş, onun xx.xx.2024-cü il tarixə 8811,04 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 197 gün üçün hesablanmış faiz borcu 1208,52 manat təşkil edir. Krеdit razılaşmasının 4.1.2-ci bəndinə görə bank kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,2 %-i məbləğində cərimə ödəməyə borcludur. xx.xx.2024-cü il tarixə 197 gün üçün hеsablanmış cərimə 368,43 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh3 ilə bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 001M**********1 saylı ipoteka müqaviləsi əsasında Nissan Sunny minik markalı, 2008-ci il buraxılış illi, qara rəngli, ban nömrəsi KNMC4C2HM9P725162 olan, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını və ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqaviləsində göstərilmiş qiymətin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 8115,04 manat əsas bоrc, 1208,52 manat faiz borcu ilə razı olduğunu bildirmiş və ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən mütəxəssis rəyində göstərilmiş qiymətin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə digər cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış 25 may 2022-ci il tarixli 001L**********09 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 (yüz iyirmi) müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 25 may 2022-ci il tarixli 001L**********09 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 26 may 2022-ci il tarixli 001R********** saylı krеdit razılaşmasının 1-ci bəndinə görə bank 15000 (on beş min) manat krediti aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.1.2-ci bəndinə görə bank kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,2 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 001R********** saylı kredit razılaşması üzrə tərtib olunmuş 26 may 2022-ci il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 03 iyun 2025-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 və zamin və ipoteka qoyan Cavabdeh1 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 26 may 2022-ci il tarixli 001S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 26 may 2022-ci il tarixli 001S**********102 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclunun uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh3 və borcalan Cavabdeh2 arasında bağlanmış 25 may 2022-ci il tarixli 001M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən 25 may 2022-ci il tarixli 001L**********09 saylı uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh3 məxsus Nissan Sunny minik markalı, buraxılış ili 2008-ci il, ban nömrəsi KNMC4C2HM9P725162 olan, qara rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri- ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 7500 (yeddi min beş yüz) manat müəyyən olunmuşdur. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Nissan Sunny minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25 may 2022-ci il tarixli 001M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən 25 may 2022-ci ildən 25 may 2032-ci ilədək İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 13 yanvar 2009-cu il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, Nissan Sunny minik markalı, qara rəngli, buraxılış işi 2008-ci il, ban nömrəsi KNMC4C2HM9P725162 olan, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 17 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 26 may 2022-ci il tarixli 001R********** saylı krеdit razılaşması üzrə 17 aprel 2024-cü il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8811,04 manat məbləğində əsas borcu, 1208,52 manat məbləğində faiz borcu və 368,43 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10387,99 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 17 aprel 2024-cü il tarixdə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə 26 may 2022-ci il tarixli 001R********** saylı krеdit razılaşması üzrə əsas borcun 8811,04 manat, faiz borcunun 1208,52 manat və cərimənin 368,43 manat olduğu, borcun 27 aprel 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 15 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 26 may 2022-ci il tarixli 001R********** saylı krеdit razılaşması üzrə 15 oktyabr 2024-cü il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8511,04 manat məbləğində əsas borcu, 1600,85 manat məbləğində faiz borcu və 565,45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10677,34 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 19 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 26 may 2022-ci il tarixli 001R********** saylı krеdit razılaşması üzrə 19 may 2025-ci il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8115,04 manat məbləğində əsas borcu, 1925,02 manat məbləğində faiz borcu və 926,71 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10966,77 manat məbləğində borcu vardır. İş materiallarında olan 20 fevral 2025-ci il tarixli 9/10012 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 26 may 2022-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh2 17 aprel 2024-cü il tarixə banka olan borcu əsas borc üzrə 9931,15 manat, faiz borcu üzrə 1229,45 manat, 15 oktyabr 2024-cü il tarixə banka olan borcu əsas borc üzrə 9281,15 manat, faiz borcu üzrə 1229,45 manat müəyyən olunmuşdur. İş materiallarında olan “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 may 2025-ci il tarixli 90 nömrəli mütəxəssis rəyində göstərilir ki, Nissan Sunny minik markalı, buraxılış işi 2008ci il, mühərrikin markası QG-16, nömrəsi 225206, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyəri 12870 manat, likvid qiyməti 11583 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh2 26 may 2022-ci il tarixli 001R********** nömrəli kredit razılaşmasını bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, həmin kredit razılaşması üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 19 may 2025-ci il tarixli maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, həmin maliyyə arayışında Cavabdeh2 26 may 2022-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 8115,04 (səkkiz min yüz on beş manat dörd qəpik) manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “8511,04 (səkkiz min beş yüz on bir manat dörd qəpik) manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, sözügedən kredit razılaşması üzrə 8115,04 (səkkiz min yüz on beş manat dörd qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin “1208,52 (min iki yüz səkkiz manat əlli iki qəpik) manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulması” ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilməli, 1208,52 (min iki yüz səkkiz manat əlli iki qəpik) manat məbləğində faiz bоrcu borcu iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 20 fevral 2025-ci il tarixli 9/10012 nömrəli rəyində Cavabdeh2 17 aprel 2024-cü il tarixə banka olan borcu faiz borcu 1229,45 manat müəyyən olunsa da, iddiaçı iddia ərizəsində 1208,52 manat məbləğində faiz borcunun tutulmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, faiz borcu iddia tələbinin həcmində - 1208,52 manat məbləğində pul tutulmalıdır. İddia tələbi “368,43 (üç yüz altmış səkkiz manat qırx üç qəpik) manat məbləğində cərimənin tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 26 may 2022-ci il tarixli 001S**********01 və 26 may 2022-ci il tarixli 001S**********102 saylı zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh3 kredit alanın uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 25 may 2022-ci il tarixli 001M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh3 Nissan Sunny minik markalı, buraxılış ili 2008-ci il, ban nömrəsi KNMC4C2HM9P725162 olan, qara rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan Nissan Sunny minik markalı, buraxılış ili 2008-ci il, ban nömrəsi KNMC4C2HM9P725162 olan, qara rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin likvid qiyməti müəyyən edilərkən “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyi nəzərə alınaraq ipoteka predmetinin likvid qiyməti 11583 manat göstərilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “121,16 (yüz iyirmi bir manat on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 116,92 (yüz on altı manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 8115,04 (səkkiz min yüz on beş manat dörd qəpik) manat məbləğində əsas bоrc, 1208,52 (min iki yüz səkkiz manat əlli iki qəpik) manat məbləğində faiz borcu, 368,43 (üç yüz altmış səkkiz manat qırx üç qəpik) manat məbləğində cərimə və 116,92 (yüz on altı manat doxsan iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9808,91 (doqquz min səkkiz yüz səkkiz manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 9808,91 (doqquz min səkkiz yüz səkkiz manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Nissan Sunny minik markalı, buraxılış ili 2008-ci il, ban nömrəsi KNMC4C2HM9P725162 olan, qara rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 9808,91 (doqquz min səkkiz yüz səkkiz manat doxsan bir qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Nissan Sunny minik markalı, buraxılış ili 2008-ci il, ban nömrəsi KNMC4C2HM9P725162 olan, qara rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 11583 manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 8115,04 (səkkiz min yüz on beş manat dörd qəpik) manat məbləğində əsas bоrc, 1208,52 (min iki yüz səkkiz manat əlli iki qəpik) manat məbləğində faiz borcu, 368,43 (üç yüz altmış səkkiz manat qırx üç qəpik) manat məbləğində cərimə və 116,92 (yüz on altı manat doxsan iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9808,91 (doqquz min səkkiz yüz səkkiz manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 9808,91 (doqquz min səkkiz yüz səkkiz manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Nissan Sunny minik markalı, buraxılış ili 2008-ci il, ban nömrəsi KNMC4C2HM9P725162 olan, qara rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 9808,91 (doqquz min səkkiz yüz səkkiz manat doxsan bir qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Nissan Sunny minik markalı, buraxılış ili 2008-ci il, ban nömrəsi KNMC4C2HM9P725162 olan, qara rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 11583 (on bir min beş yüz səksən üç) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar