Məhkəmə qərarları › İş №e-2-2(119)-892/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-892/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-892/2024 29.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “ kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanılmış 06 iyun 2014-cü il tarixli 807 nömrəli kredit müqaviləsi üzrə 6674,80 (altı min altı yüz yetmiş dörd manat, səksən qəpik) manat məbləğində əsas borc, 2705,79 (iki min yeddi yüz beş manat, yetmiş doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 9380,59 (doqquz min üç yüz səksən manat, əlli doqquz qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehə məxsus Qobustan rayonunun Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evinin 0,10696 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 22000 (iyirmi iki min) manat dəyərində müəyyən edilməklə açıq hərracda satılması hesabına borcun və 113,8 (yüz on üç manat, səksən qəpik) manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı 29 avqust 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “ərizənin geri qaytarılması haqqında” ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddia ərizəsinə dair kommersiya işi üzrə 29 avqust 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi cavabdehlə təmsil etdiyi şirkətin Kredit Komitəsi arasında razılıq əldə olunduğunu və həmin razılığı təsdiq edən sənədin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə əlavə edildiyini bildirərək məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçı təşkilatla razılıq əldə olunduğu üçün iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizənin baxılmamış saxlanılması haqqında ərizəsi təmin edilməli və onun tərəfindən cavabdehə qarşı verilmiş "kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması" barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının iddia ərizəsinin baxılmamış saxlanılması haqqında ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar