Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-9/2025 23.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, iddiaçı “xxxxnın nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı xxxxnın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “ipoteka predmetlərinə tutmanın yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xxxx cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “ipoteka predmetlərinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh3 məxsus olan Şabran şəhərində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 4.0523 ha torpaq sahəsinə, 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh2 məxsus olan Şabran şəhərində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 4.032 ha torpaq sahəsinə, 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Şabran şəhəri, Əhməd Cavad küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 94.7 kvadrat metr ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borcalan Cavabdeh2 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi üzrə iddiaçı xxxx qarşısındakı 45000 (qırx beş min) manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 3087,23 (üç min səksən yeddi manat iyirmi üç qəpik) manat məbləğində adi faizlər üzrə borc, 28 dekabr 2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 1481,25 (min dörd yüz səksən bir manat iyirmi beş qəpik) manat məbləğində penya olmaqla, cəmi 49568,48 (qırx doqquz min beş yüz altmış səkkiz manat qırx səkkiz qəpik) manat pul vəsaitinin və xx.xx.2022-ci il tarixindən başlayaraq kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və illik 15 % dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 135 (yüz otuz beş) manatın iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 238,71 (iki yüz otuz səkkiz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun və mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin birgə qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətinin (likvid qiymətinin) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1, onun ailə üzvlərinin və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 10 % ödənilməsi şərtilə, 45000 manat məbləğində kredit verilmişdir. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı, borcalan Cavabdeh2 və Cavabdeh3 arasında sonuncuya məxsus olan Şabran şəhərində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olan 4.0523 ha torpaq sahəsinin ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/024F26A00840922/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsi, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında sonuncuya məxsus olan Şabran şəhərində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olan 4,032 ha torpaq sahəsinin ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/024F26A00840922/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsi, iddiaçı ASC "xxxx" Bankı, borcalan Cavabdeh2 və Cavabdeh1 arasında sonuncuya məxsus olan Şabran şəhəri, Əhməd Cavad küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 94.7 kvadrat metr ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/024F26A00840922/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd edilən ipoteka predmetlərinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 nömrəli əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən borcalan kreditləşmə müddətinin ilk 12 (on iki) aylıq dövrünü əhatə edən güzəşt müddəti ərzində yalnız kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi, həmin müddət bitdikdən sonra isə hər ay bərabər məbləğdə ödəniş həyata keçirməklə əsas borcu hesablanmış faizlərlə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan ötən müddət ərzində gecikmələrlə cəmi 3 dəfə ödəniş həyata keçirmişdir ki, bu ödənişlər də onun hesablanmış faizlər üzrə borcunun cüzi bir hissəsini təşkil edir. Belə ki, xx.xx.2022-ci il tarixinədək kreditdən istifadəyə görə 4212,50 manat məbləğində faizlər hesablandığı halda, borcalan tərəfindən ümumilikdə 1125,27 manat məbləğində ödəniş həyata keçirilmişdir. Kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.4-cü yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək, habelə öz tələblərini “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən “İpoteka haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq,Cavabdeh3 1-ci ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli SYZ-XO-10.3.2023-002 nömrəli bildiriş, Cavabdeh2 2-ci ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli SYZ-XO-10.3.2023-001 nömrəli bildiriş, Cavabdeh1 isə 3-cü ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli SYZ-XO-10.3.2023- 003 nömrəli bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmetləri hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli SYZ-XO-10.3.2023- 002 nömrəli, SYZXO-10.3.2023-001 nömrəli və SYZ-XO-10.3.2023-003 nömrəli bildirişlərin qeydiyyata alınması barədə müvafiq olaraq xx.xx.2023-cü il tarixli SYZ- XO16.3.2023-002, SYZ-XO-16.3.2023-004 və SYZ-XO-15.9.2022-001 nömrəli ərizələr ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidmətinə müraciətlər edilmiş və həmin idarələr tərəfindən bildirişlərin qeydə alınması barədə müvafiq məktublarla banka məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Beləliklə, xx.xx.2022-ci il tarixinə borcalan Cavabdeh2 kreditor qarşısında ümumi borcu 48087,23 manat təşkil edir ki, bunun da 45000 manatı vaxtı keçmiş əsas borcdan, 3087,23 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bununla yanaşı kredit müqaviləsinin 6.6-cı bəndinə əsasən borcalan kredit üzrə əsas borcun vaxtından əvvəl qaytarılması üzrə bankın tələbini müəyyən olunmuş müddət ərzində icra etmədikdə, bank kredit üzrə cari tarixə mövcud olan əsas borc məbləğini vaxtı keçmiş əsas borc kateqoriyasına aid etmək və həmin məbləğə kredit müqaviləsinin 6.2-ci bəndi ilə müəyyənləşdirilən miqdarda və qaydada penya hesablamaq hüququna malikdir. Borcalanın 45000 manat məbləğində əsas borcunun vaxtı keçmiş əsas borc kateqoriyasına aid edildiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər həmin məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış penya 1481,25 manat təşkil edir. İddiaçı xxxx 26 sentyabr 2023-cü il tarixdə “iddia tələbinin həcminin artırılması haqqında” ərizə təqdim edərək iddia ərizəsinin birinci bəndində dəyişikliklər edildiyini bildirmiş, 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh3 məxsus olan Şabran şəhərində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 4.0523 ha torpaq sahəsinə, 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922/SİM- 2 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh2 məxsus olan Şabran şəhərində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 4.032 ha torpaq sahəsinə, 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Şabran şəhəri, Əhməd Cavad küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 94.7 kvadrat metr ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borcalan Cavabdeh2 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi üzrə iddiaçı xxxx qarşısındakı 45000 (qırx beş min) manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 6437,23 (altı min dörd yüz otuz yeddi manat iyirmi üç üç qəpik) manat məbləğində adi faizlər üzrə borc, 26 sentyabr 2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 6506,25 (altı min beş yüz altı manat iyirmi beş qəpik) manat məbləğində penya olmaqla, cəmi 57943,48 (əlli yeddi min doqquz yüz qırx üç manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və 26 sentyabr 2023-cü il tarixdən başlayaraq kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və illik 15 % dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 135 (yüz otuz beş) manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxnın nümayəndəsi Nümayəndə2 26 sentyabr 2023-cü il tarixli iddia tələbinin həcminin artırılması haqqında ərizəni müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli e-2-2(119)-9/2025 nömrəli qərardadı ilə iddiaçı xxxxnın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “ipoteka predmetlərinə tutmanın yönəldilməsi” tələbi barədə iş üzrə tələbin “cavabdehlər Cavabdeh1, onun ailə üzvləri və digər şəxslər Şabran şəhəri, Əhməd Cavad küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 94.7 kvadrat metr ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi çıxarılması” hissəsində icraata xitam verilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin artırılması haqqında ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xxxx ilə borcalan Cavabdeh2 arasında bağlanılmış 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank borcalana 48 ay müddətinə 45000 manat məbləğində, kreditdən istifadəyə görə illik 10 % ödənilməsi şərtilə kredit verməyi, borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən borcalanın bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində xx.xx.2022-ci il tarixli DKM/024F26A00840922/SİM-1 nömrəli, DKM/024F26A00840922/SİM-2 nömrəli və DKM/024F26A00840922/SİM-3 nömrəli nömrəli sonrakı ipoteka müqavilələri üzrə ipoteka predmeti olan əmlak obyektləri və xx.xx.2022-ci il tarixli, DKM/024F26A00840922/ZM nömrəli zaminlik müqaviləsi çıxış edir. Həmin 6.2-ci bəndinə əsasən borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya ödəyir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh2 banka olan borcunun sonuncu ödəniş tarixi 21 yanvar 2026-cı il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2 oğlu imza etmişdir. Belə ki, iş materiallarında olan xxxx ilə zamin Cavabdeh3 arasında bağlanılmış 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922/ZM nömrəli zaminlik müqaviləsinə əsasən zamin 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi üzrə boircalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan ipoteka saxlayan xxxx ilə zamin bocralan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh3 arasında bağlanılmış 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalanın ipoteka saxlayan qarşısında 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi bu müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, (reyestr nömrəsi: **********37; qeydiyyat nömrəsi: **********) ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan. Şabran şəhəri ünvanında yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olan 4.0523 ha torpaq sahəsidir. İpoteka saxlayanın bu müqaviləyə əsasən yaranan ipoteka hüququ ipoteka predmeti üzərində yerləşən və ya tikilən ipoteka qoyana məxsus binalara, tikililərə və qurğulara şamil edilir. İş materiallarında olan olan ipoteka saxlayan xxxx ilə borcalan-ipoteka qoyan Cavabdeh2 arasında bağlanılmış 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922/SİM- 2 nömrəli sonrakı ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlak obyektlərinin ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi bu müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmetləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, (reyestr nömrəsi: **********20; qeydiyyat nömrəsi: **********) ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan, Şabran şəhəri ünvanında yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olan 4.734 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il qeydiyyat tarixli, (reyestr nömrəsi: **********47; qeydiyyat nömrəsi: **********) İpoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan, Şabran şəhəri ünvanında yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olan 4.032 ha torpaq sahəsidir. İpoteka saxlayanın bu müqaviləyə əsasən yaranan ipoteka hüquqi, ipoteka predmetləri üzərində yerləşən və ya tikilən İpoteka qoyana məxsus binalara, tikililərə və qurğulara şamil edilir. İş materiallarında olan ipoteka saxlayan xxxx, bocralan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 arasında bağlanılmış 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalanın ipoteka saxlayan qarşısında 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi bu müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən İpoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********48-10301; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2020-ci il) əsasən ipoteka qoyanın Şabran şəhəri, Əhməd Cavad küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 94.7 kvadrat metr ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şabran şəhəri ünvanında yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olan 4.0523 ha torpaq sahəsi “xxxxnın xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi xx.xx.2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şabran şəhəri ünvanında yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olan 4.0322 ha torpaq sahəsi “xxxxnın xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi xx.xx.2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şabran şəhəri, Əhməd Cavad küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsi və həmin topaq sahəsində yerləşən 94.7 kvadrat metr ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evi “xxxxnın xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi xx.xx.2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması barədə 28 mart 2023-cü il tarixli məktubundan görünür ki, bankın xx.xx.2023-cü il tarixli SYZ-XO-10.3.2023-001 nömrəli ərizəsinə əsasən Cavabdeh2 mülkiyyətində olan və ASC “Xalq Bank”-ın xeyrinə ipoteka ilə yüklü edilmiş Şabran şəhərində yerləşən 4.032 ha torpaq sahəsinin üzərində ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması barədə 28 mart 2023-cü il tarixli məktubundan görünür ki, bankın xx.xx.2023-cü il tarixli SYZ-XO-10.3.2023-002 nömrəli ərizəsinə əsasən Cavabdeh3 mülkiyyətində olan və ASC “Xalq Bank”-ın xeyrinə ipoteka ilə yüklü edilmiş Şabran şəhərində yerləşən 4.0523 ha torpaq sahəsinin üzərində ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması barədə 28 mart 2023-cü il tarixli məktubundan görünür ki, bankın xx.xx.2023-cü il tarixli SYZ-XO-10.3.2023 nömrəli ərizəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan və ASC “Xalq Bank”-ın xeyrinə ipoteka ilə yüklü edilmiş Şabran şəhəri, Əhməd Cavad küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsi və həmin topaq sahəsində yerləşən 94.7 kvadrat metr ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin üzərində ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan ASC “Xalq Bank” tərəfindən borcalan və ipoteka qoyan Cavabdeh2 və ipoteka qoyanlar Cavabdeh3 və Cavabdeh1 06 sentyabr 2022-ci il tarixdə göndərilmiş sonrakı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, kredit müqaviləsi üzrə əsas borc məbləğinin hər ay bərabər hissələrlə qaytarılması və faizlərin hər ay ödənilməsi üzrə öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə borcalanın 6 sentyabr 2022-ci il tarixinə ASC "xxxx" Bankı qarşısında ümumi borcu 46687.23 AZN təşkil edir ki, bunun da 45000 AZN əsas borc, 187,50 AZN əsas məbləğə hesablanmış adi faiz borcu, 1499,73 AZN gecikdirilmiş faiz borcu təşkil etdiyi bildirilmiş və ASC "xxxx" Bankı kredit müqaviləsi üzrə ümumi borc məbləğinin tam şəkildə qaytarılması və əsas borc məbləğinə hesablanan faizlərin ödənilməsi üçün ipoteka qoyulmuş əmlakın 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. Cavabdehlər həmin bildirişi 08 sentyabr 2022-ci il tarixdə rəsmi qaydada almışdır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi üzrə 28 dekabr 2022-ci il tarixə ASC "xxxx" Bankına 45000 manat məbləğində əsas borcu, 3087,23 manat məbləğində faiz borcu və 1481,25 manat məbləğində cərimə borcu olmaqla, cəmi 49568,48 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi üzrə 26 sentyabr 2023-cü il tarixə ASC "xxxx" Bankına 45000 manat məbləğində əsas borcu, 6437,23 manat məbləğində faiz borcu və 6506,25 manat məbləğində cərimə borcu olmaqla, cəmi 57943,48 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli 10/4602-9/4841-9/4844 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 28 dekabr 2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 45000 manat, faiz borcu üzrə 3087,23 manat təşkil edir. Şabran şəhərində yerləşən 4.0523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 26700,00 manat, likvid dəyəri isə təxminən 24000 manat müəyyən edilir. Şabran şəhərində yerləşən 4.0322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 26600,00 manat, likvid dəyəri isə təxminən 24000 manat, Şabran şəhərində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin və ümumi sahəsi 94.7 kvadrat metr olan fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 45000 manat, likvid dəyəri isə 40500 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2024-cü il tarixli 9/9133 nömrəli ekspert rəyindən görünür ki, Açıq Səhmdar Cəmiyyəti “Xalq Bankı” ilə Cavabdeh2 arasında bağlanılmış 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi üzrə aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən 26 sentyabr 2023-cü il tarixinə banka olan əsas borc 45000 manat, faiz borcu üzrə 6437,23 manat təşkil edir. Tədqiqat zamanı təqdim olunmuş hesabdan çıxarışdan göründüyü kimi, 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsinə əsasən ayrılmış kredit vəsaiti üzrə 26 sentyabr 2023-cü il tarixədək olan dövr ərzində hesablanmış penya (illik 15% dərəcəsi ilə) 6506,25 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 may 2025-ci il tarixli 250288 DT nömrəli mütəxəssis rəyində göstərilir ki, ünvan 1 ünvanında Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin real bazar dəyəri 12500 manat, likvid qiyməti 10000 manat, ümumi sahəsi 94.7 kv. metr olan fərdi yaşayış evinin real bazar dəyəri 32500 manat, likvid dəyəri 30000 manat, cəmi fərdi yaşayış evinin mülkiyyət hüququnun bazar dəyəri 45000 manat, likvid dəyəri 40000 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 may 2025-ci il tarixli 250286 DT nömrəli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh2 mülkiyyətində olan Şabran şəhərində yerləşən 4,0322 ha torpaq sahəsinin bazar dəyəri 48400 manat, likvid dəyəri 40300 manat, Cavabdeh3 mülkiyyətində olan Şabran şəhərində yerləşən 4,0523 ha torpaq sahəsinin bazar dəyəri 48600 manat, likvid dəyəri 40500 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.Həmin Məcəllənin 442ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xxxx ilə Cavabdeh2 arasında 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə müvafiq olaraq, cavabdehə 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 10% ödənilməsi şərtilə 45000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə 21 yanvar 2022-ci il tarixdə Cavabdeh3 məxsus Şabran şəhərində yerləşən 4,0523 ha torpaq sahəsinin ipoteka qoyulması barədə DKM/024F26A00840922/SİM-1 saylı, Cavabdeh2 məxsus Şabran şəhərində yerləşən 4,0322 ha torpaq sahəsinin ipoteka qoyulması barədə DKM/024F26A00840922/SİM-2 saylı, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 94,7 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evinin ipotekaya qoyulması barədə DKM/024F26A00840922/SİM-3 saylı sonrakı ipoteka müqavilələri bağlanılmışdır. Lakin borc alan müqavilə öhdəliklərini lazımınca icra etməyərək kredit üzrə əsas borc məbləğini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizləri ödəməmiş, bununla da 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsinin şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xxxx ilə Cavabdeh2 arasında 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi üzrə 45000 əsas kredit borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə 26 sentyabr 2023-cü il tarixə hesablanmış 6437,23 (altı min dörd yüz otuz yeddi manat iyirmi üç üç qəpik) manat faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsində qismən təmin edilməli, iddiaçının cavabdehlərə göndərdiyi 06 sentyabr 2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin cavabdehlər tərəfindən alındığı 08 sentyabr 2022-ci il tarixinə hesablanmış 1712,23 (min yeddi yüz on iki manat iyirmi üç qəpik) manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır (26 iyul 2024-cü il tarixli 9/9133 nömrəli ekspert rəyindəki cədvəldən görünür ki, 20 may 2022-ci il tarixinə qalıq faiz borcu 362,23 manat təşkil edir. Həmin tarixdən 08 sentyabr 2022-ci il tarixinə kimi gecikmə günlərinin sayı 108 gün, sadə riyazi hesablama ilə həmin günlər üçün qalıq faiz borcu 1350 manat müəyyən edilir (108 gün x 12,50 manat (hər günə düşən faiz məbləği) =1350 manat). 20 may 2022ci il tarixinə qalıq 362,23 manat faiz borcu + həmin tarixdən 08 sentyabr 2022-ci il tarixinə hesablanmış 1350 manat faiz borcu = 1712,23 manat). Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərə 06 sentyabr 2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdehlər tərəfindən rəsmi qaydada alındığı 08 sentyabr 2022-ci il tarixdən müqavilə birtərəfli qaydada ləğv olunmuş hesab edilməlidir. Belə olan halda 08 sentyabr 2022-ci il tarixdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Məhkəmə iddianın “26 sentyabr 2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 6506,25 (altı min beş yüz altı manat iyirmi beş qəpik) manat penyanın tutulması” hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissəsi qismən əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan penyanın əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi üzrə penyanın 6506,25 (altı min beş yüz altı manat iyirmi beş qəpik) manat məbləğində deyil, 2250 (iki min iki yüz əlli) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklər borcalan tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. İddia tələbinin tutumanın ipoteka predmetlərinə yönəldilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın Cavabdeh3 məxsus olan Şabran şəhərində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olan 4.0523 ha torpaq sahəsinə, Cavabdeh2 məxsus olan Şabran şəhərində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olan 4.0322 ha torpaq sahəsinə və Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 94.7 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi barədə iddiaçının tələbi cavabdeh-borcalan Cavabdeh2 müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka” haqqında Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Məhkəmə həmçinin qeyd edir ki, “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı ekspert rəyi və qiymətləndirici rəyi alınmışdır. Çünki, ipoteka müqaviləsi bağlanarkən tərəflər arasında dəyərləndirilmiş qiymət ilə bağlı qeyd edilməlidir ki, həmin ipoteka müqavilələrinin bağlanması, yəni sözügedən əmlakların tərəflər arasında dəyərləndirilməsindən müvafiq olaraq 3 ildən çox müddət keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş əmlakların ilkin satış qiyməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli 10/4602-9/4841-9/4844 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan Şabran şəhəri, X2 Cavad küçəsi 9 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 94.7 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 40500 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 may 2025-ci il tarixli 250286 DT nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan Şabran şəhərində yerləşən 4,0322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 40300 manat, Cavabdeh3 mülkiyyətində olan Şabran şəhərində yerləşən 4,0523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 40500 manat olaraq müəyyən edilməli, qeyd edilən daşınmaz əmlaklar açıq hərracdan satılmalı və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi “26 sentyabr 2023-cü il tarixdən başlayaraq kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulması” hissəsində qeyri-müəyyən olmaqla təmin oluna bilməz. Çünki, belə bir tələbin təmin edilməsi gələcəkdə məhkəmə qətnaməsinin icrası mərhələsində qeyri-müəyyənlik yaradacaqdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbinin göstərilən hissələri qeyri-müəyyən olduğundan, iddia tələbi qeyd edilən hissələrdə təmin edilə bilməz. Məhkəmə iddia tələbini “ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 135 (yüz otuz beş) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması" hissəsində əsaslı hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.2. Bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Qusar 1 saylı Mediasiya təşkilatının 22 dekabr 2022-ci il tarixli MŞQ/38/1/00125 nömrəli arayışından görünür ki, ilkin mediasiya sessiyasında iddiaçı xxxxnın nümayəndəsi iştirak etmiş olsa da, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, xxxxnın tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı xxxxna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “238,71 (iki yüz otuz səkkiz manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 236,89 (iki yüz otuz altı manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı xxxxnın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan Şabran şəhərində yerləşən 4.0523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətində olan Şabran şəhərində yerləşən 4.0322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 94.7 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilməli, Cavabdeh3 mülkiyyətində olan Şabran şəhərində yerləşən 4.0523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 40500 (qırx min beş yüz) manat, Cavabdeh2 mülkiyyətində olan Şabran şəhərində yerləşən 4.0322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 40300 (qırx min üç yüz) manat və Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 94.7 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 40500 (qırx min beş yüz) manat olmaqla həmin əmlaklar açıq hərracda satılmalı və əldə olunan vəsaitdən Cavabdeh2 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi üzrə iddiaçı xxxxna olan 45000 (qırx beş min) manat məbləğində əsas bоrcu, 1712,23 (min yeddi yüz on iki manat iyirmi üç qəpik) manat məbləğində faiz borcu, 2250 (iki min iki yüz əlli) manat məbləğində penya borcu olmaqla, cəmi 48962,23 (qırx səkkiz min doqquz yüz altmış iki manat iyirmi üç) manat məbləğində borcu və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində pul iddiaçı xxxxnın xeyrinə tutulmalıdır. Mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 236,89 (iki yüz otuz altı manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddiaçı xxxxnın xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı xxxxnın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan Şabran şəhərində yerləşən 4.0523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətində olan Şabran şəhərində yerləşən 4.0322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 94.7 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilsin. Cavabdeh3 mülkiyyətində olan Şabran şəhərində yerləşən 4.0523 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 40500 (qırx min beş yüz) manat, Cavabdeh2 mülkiyyətində olan Şabran şəhərində yerləşən 4.0322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 40300 (qırx min üç yüz) manat və Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 94.7 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 40500 (qırx min beş yüz) manat olmaqla həmin əmlaklar açıq hərracda satılsın və əldə olunan vəsaitdən Cavabdeh2 21 yanvar 2022-ci il tarixli DKM/024F26A00840922 nömrəli kredit müqaviləsi üzrə iddiaçı xxxxna olan 45000 (qırx beş min) manat məbləğində əsas bоrcu, 1712,23 (min yeddi yüz on iki manat iyirmi üç qəpik) manat məbləğində faiz borcu, 2250 (iki min iki yüz əlli) manat məbləğində penya borcu olmaqla, cəmi 48962,23 (qırx səkkiz min doqquz yüz altmış iki manat iyirmi üç) manat məbləğində borcu və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində pul iddiaçı xxxxnın xeyrinə tutulsun. Mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 236,89 (iki yüz otuz altı manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddiaçı xxxxnın xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-9/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-9/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver