Məhkəmə qərarları › İş №e-2-2(119)-92/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-92/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-92/2025 01.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 14165,38 (on dörd min yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində kredit borcu, 1689,91 (min altı yüz səksən doqquz manat doxsan bir qəpik) manat məbləğində faiz borcu və 800,83 (səkkiz yüz manat səksən üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 16656,12 (on altı min altı yüz əlli altı manat on iki qəpik) manat, 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 16606,03 (on altı min altı yüz altı manat üç qəpik) manat məbləğində kredit borcu, 2008,4 (iki min səkkiz manat qırx qəpik) manat məbləğində faiz borcu və 969,08 (doqquz yüz altmış doqquz manat səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 19583,51 (on doqquz min beş yüz səksən üç manat əlli bir qəpik) manat, 28 mart 2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 28695,29 (iyirmi səkkiz min altı yüz doxsan beş manat iyirmi doqquz qəpik) manat məbləğində kredit borcu, 1868,64 (min səkkiz yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 700,16 (yeddi yüz manat on altı qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 31264,09 (otuz bir min iki yüz altmış dörd manat doqquz qəpik) manat, ümumilikdə 67503,72 (altmış yeddi min beş yüz üç manat yetmiş iki qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 292,51 (iki yüz doxsan iki manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 72 (yetmiş iki) manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 məxsus olan “Toyota Fortuner” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinə, X3 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, mənzil 58-ə, (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2), Cavabdeh2 xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,29 ha torpaq sahəsi və 84,6 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetləri olan nəqliyyat vasitəsinin, mənzilin, torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 67503,72 (altmış yeddi min beş yüz üç manat yetmiş iki qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 292,51 (iki yüz doxsan iki manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 72 (yetmiş iki) manat məbləğində xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli 003L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəсəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (ǝlli min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cū il tarixli 003R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edilən dəyişiklərlə zaminlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 tanış olmuş və imzaları ilə təsdiqləmişdirlər. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 35834,62 manat ödəmiş, onun 14165,38 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tarəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 169 gün üçün hesablanmış faiz borcu 1689,91 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5%-i məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 169 gün üçün hesablanmış cərimə 800,83 manat təşkil edir. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 003R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edilən dəyişiklərlə zaminlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 tanış olmuş və imzaları ilə təsdiqləmişdirlər. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 33393.97 manat ödəmiş, onun 16606,03 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 198 gün üçün hesablanmış faiz borcu 2008,40 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5%-i məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 198 gün üçün hesablanmış cərimə 969,08 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə X7 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 47500 (qırx yeddi min beş yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 18804,71 manat ödəmiş, onun 28695,29 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 122 gün üçün hesablanmış faiz borcu 1868,64 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5%-i məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 122 gün üçün hesablanmış cərimə 700,16 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindəu irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır va uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və cavabdeh - ipoteka verən Cavabdeh4 ilə bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 003M**********01 nömrəli ipoteka mūqaviləsi əsasında “Toyota Fortuner” minik markalı, **- MU-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka verən Cavabdeh4 həyat yoldaşı Cavabdeh2 xx.xx.2021-ci il tarixində Sumqayıt şəhəri 3 nömrəli notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh4 məxsus olan “Toyota Fortuner” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə X13 oglumun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabđeh Cavabdeh1 və cavabdeh-ipoteka verən Cavabdeh5 və Bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 003M**********01 nömrəli ipoteka müqaviləsi əsasında Cavabdeh5 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, mənzil 58 (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxaışla Cavabdeh5 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, mənzil 58, (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın həyat yoldaşı X4 va ipoteka predmetinə qeydiyyatda olan X5 və X2 Razəddin Səməd oğlunun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, mənzili 58, (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh - ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2024-сü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 nömrəli Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azarbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 nömrəli Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu va 36 manat xidmət haqqı ödəmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və cavabdehipoteka verən Cavabdeh2 və Bank arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 003M**********01 nömrəli ipoteka mūqaviləsi əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Eyyubbəyli kəndində xüsusi mülkiyyətdə olan 0.29 ha torpaq sahəsi və 84.6 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yamnda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Eyyubbəyli kəndində xüsusi mülkiyyətdə olan 0.29 ha torpaq sahəsi və 84.6 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün 2024-сü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 nömrəli Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 nömrəli Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 14 oktyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 14165,38 (on dörd min yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində kredit borcu, 1689,91 (min altı yüz səksən doqquz manat doxsan bir qəpik) manat məbləğində faiz borcu və 800,83 (səkkiz yüz manat səksən üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 16656,12 (on altı min altı yüz əlli altı manat on iki qəpik) manat, 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 16606,03 (on altı min altı yüz altı manat üç qəpik) manat məbləğində kredit borcu, 2008,4 (iki min səkkiz manat qırx qəpik) manat məbləğində faiz borcu və 969,08 (doqquz yüz altmış doqquz manat səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 19583,51 (on doqquz min beş yüz səksən üç manat əlli bir qəpik) manat, 28 mart 2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 28695,29 (iyirmi səkkiz min altı yüz doxsan beş manat iyirmi doqquz qəpik) manat məbləğində kredit borcu, 1868,64 (min səkkiz yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 700,16 (yeddi yüz manat on altı qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 31264,09 (otuz bir min iki yüz altmış dörd manat doqquz qəpik) manat, ümumilikdə 67503,72 (altmış yeddi min beş yüz üç manat yetmiş iki qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 292,51 (iki yüz doxsan iki manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 72 (yetmiş iki) manat xidmət haqqının tutulması, tələbin X3 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, mənzil 58-ə, (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2), Cavabdeh2 xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,29 ha torpaq sahəsi və 84,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetləri olan mənzilin, torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 67503,72 (altmış yeddi min beş yüz üç manat yetmiş iki qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 292,51 (iki yüz doxsan iki manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 72 (yetmiş iki) manat məbləğində xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, hazırda 18 noyabr 2022-ci il tarixli müqavilə üzrə əsas borcun 11365,38 manat, 23 noyabr 2022-ci il tarixli müqavilə üzrə əsas borcun 16606,03 manat və 28 mart 2023-cü il tarixli müqavilə üzrə əsas borcun 28695,29 manat olduğunu bildirmişdir. Bundan başqa o, cavabdehlərə üç müqavilə üzrə borcun tam ödənilməsi barədə 10 may 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərildiyini, həmin tarixdə 18 noyabr 2022-ci il tarixli müqavilə üzrə faiz borcunun 1216,17 manat, 23 noyabr 2022-ci il tarixli müqavilə üzrə faiz borcunun 1535,75 manat və 28 mart 2023-cü il tarixli müqavilə üzrə faiz borcunun 1868,64 manat təşkil etdiyini qeyd etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5u, Cavabdeh4, Cavabdeh3 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizə və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 27 iyun 2019-cu il tarixli 003L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 27 iyun 2019-cu il tarixli 003L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli krеdit razılaşmasının 1-ci bəndinə görə bank 50000 (əlli min) manat krediti aylıq faiz dərəcəsi 1,3333 % olmaqla 24 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.1.3-cü bəndinə görə bank kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. İş materiallarında olan 003R********** nömrəli kredit razılaşması üzrə tərtib olunmuş 18 noyabr 2022-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 25 noyabr 2024-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1, zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 21 iyun 2023-cü il tarixli 003R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən kredit alan 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 21 iyun 2023-cü il tarixli ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli ödəniş planında borcalan X8 banka olan borcunun son ödəniş tarixi 25 noyabr 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1, zaminllər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 27 iyun 2019-cu il tarixli 003L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli krеdit razılaşmasının 1-ci bəndinə görə bank 50000 (əlli min) manat krediti aylıq faiz dərəcəsi 1,3333 % olmaqla 24 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.1.3-cü bəndinə görə bank kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. İş materiallarında olan 003R********** nömrəli kredit razılaşması üzrə tərtib olunmuş 23 noyabr 2022-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 25 noyabr 2024-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1, zaminlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 21 iyun 2023-cü il tarixli 03R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən kredit alan 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 21 iyun 2023-cü il tarixli ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli ödəniş planında borcalan X8 banka olan borcunun son ödəniş tarixi 25 noyabr 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1, zaminlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 27 iyun 2019-cu il tarixli 003L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 28 mart 2023-cü il tarixli 003R********** nömrəli krеdit razılaşmasının 1-ci bəndinə görə bank 47500 (qırx yeddi min beş yüz) manat krediti aylıq faiz dərəcəsi 1,3333 % olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.1.3-cü bəndinə görə bank kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. İş materiallarında olan 003R********** nömrəli kredit razılaşması üzrə tərtib olunmuş 28 mart 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 06 aprel 2026-cı il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1, zamin Cavabdeh3, zamin və ipoteka qoyan Cavabdeh2, zamin və ipoteka qoyan Cavabdeh5 və zamin və ipoteka qoyan Cavabdeh4 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 03 iyul 2019-cu il tarixli **********621402 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 16 iyun 2021-ci il tarixli **********075401 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 borclunun uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 16 iyun 2021-ci il tarixli **********075402 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclunun uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli **********478201 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh5 borclunun uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh5 və borcalan Cavabdeh1 arasında bağlanmış 23 noyabr 2022-ci il tarixli 003M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh5 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, 58 nömrəli mənzili (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2) 27 iyun 2019-cu il tarixli 003L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarına əsasən yaranmış öndəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri-ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 57600 (əlli yeddi min altı yüz) manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, 58 nömrəli mənzil (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 27 iyun 2019-cu il tarixli 003L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 28 mart 2023-cü il tarixli 003M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,29 ha torpaq sahəsi və 84,6 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evini 27 iyun 2019-cu il tarixli 003L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarına əsasən yaranmış öndəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri-ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 21000 (iyirmi bir min) manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,29 ha torpaq sahəsi və 84,6 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 27 iyun 2019cu il tarixli 003L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 10 may 2024-cü il tarixdə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli krеdit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş ödəniş məbləğinin 10360,24 manat (əsas məbləğ 8 693,73 manat, faiz ödənişi 1194,27 manat, сərimə məbləği 472,24 manat) təşkil etdiyi, xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və banka borclu olduğu 26807,81 manat məbləğin (25119,40 manat təşkil edən əsas məbləğ, 1216,17 manat faiz məbləği va 472,24 manat cərimə məbləği), həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 10 may 2024-cü il tarixdə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli krеdit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş ödəniş məbləğinin 12886,55 manat (əsas məbləğ 10 764,45 manat faiz ödənişi 1513,9 manat, cərimə məbləği 608,20 manat) təşkil etdiyi, xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və banka borclu olduğu 29295,96 manat məbləğin (27 152,01 manat təşkil edən əsas məbləğ, 1535,75 manat faiz məbləği və 608,2 manat cərimə məbləği), həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 10 may 2024-cü il tarixdə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, 28 mart 2023cü il tarixli 003R********** nömrəli krеdit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş ödəniş məbləğinin 6890,16 manat (əsas məbləğ 4364,61 manat, faiz ödənişi 1825,39 manat, cərimə məbləği 700,16 manat) təşkil etdiyi, xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və banka borclu olduğu 31264,09 manat məbləğin (28 695,29 manat təşkil edən əsas məbləğ, 1868,64 manat faiz məbləği və 700,16 manat cərimə məbləği), həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 23 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 28 mart 2023-cü il tarixli 003R********** nömrəli krеdit razılaşması üzrə 10 may 2024-cü il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 28695,29 manat məbləğində əsas borcu, 1868,64 manat məbləğində faiz borcu və 700,16 manat məbləğində cərimə borcu olmaqla, cəmi 31264,09 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 23 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli krеdit razılaşması üzrə 23 iyul 2024-cü il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 16606,03 manat məbləğində əsas borcu, 2008,40 manat məbləğində faiz borcu və 969,08 manat məbləğində cərimə borcu olmaqla, cəmi 19583.51 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 23 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə borcu 23 iyul 2024-cü il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 14165,38 manat məbləğində əsas borcu, 1689,91 manat məbləğində faiz borcu və 800,83 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16656,12 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 13 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə borcu 13 iyun 2025-ci il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 11365,38 manat məbləğində əsas borcu, 3212,98 manat məbləğində faiz borcu və 1665,77 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16244,13 manat məbləğində borcu vardır. İş materiallarında olan 25 fevral 2025-ci il tarixli 9/9965 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2022ci il tarixli, 003R********** nömrəli kredit razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu cavabdehlərə xəbərdarlıq məktubunun göndərildiyi 10 may 2024-cü il tarixə əsas borc üzrə 25089,59 manat, faiz borcu üzrə 1248,90 manat, maliyyə arayışında göstərilən 23 iyul 2024-cü il tarixə (cavabdehlərə xəbərdarlıq məktubunun göstərildiyi 10 may 2024-cü il tarixdən sonra faiz hesablanmadan) 14135,57 manat, faiz borcu üzrə 1248,90 manat, qərardadın qəbul edildiyi 06 noyabr 2024-cü il tarixə (cavabdehlərə xəbərdarlıq məktubunun göstərildiyi 10 may 2024-cü il tarixdən sonra faiz hesablanmadan) əsas borc üzrə14135,57 manat, faiz borcu üzrə 1248,90 manat müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 noyabr 2022-ci il tarixli, 003R********** nömrəli kredit Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu cavabdehlərə xəbərdarlıq məktubunun göndərildiyi müddətə 10 may 2024-cü il tarixə əsas borc üzrə 27073,89 manat, faiz borcu üzrə 1841,02 manat, maliyyə arayışında göstərilən 23 iyul 2024-cü il tarixə (cavabdehlərə xəbərdarlıq məktubunun göstərildiyi 10 may 2024-cü il tarixdən sonra faiz hesablanmadan) əsas borc üzrə 16416,53 manat, faiz borcu üzrə 1841,02 manat, qərardadın qəbul edildiyi 06 noyabr 2024-cü il tarixə (cavabdehlərə xəbərdarlıq məktubunun göstərildiyi 10 may 2024-cü il tarixdən sonra faiz hesablanmadan) əsas borc üzrə 16416,53 manat, faiz borcu üzrə 1841,02 manat müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixdə 003R********** nömrəli kredit Razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu cavabdehlərə xəbərdarlıq məktubunun göndərildiyi müddətə 10 may 2024-cü il tarixə əsas borc üzrə 28612,27 manat, faiz borcu üzrə 1932,92 manat, qərardadın qəbul edildiyi 06 noyabr 2024-cü il tarixə (cavabdehlərə xəbərdarlıq məktubunun göstərildiyi 10 may 2024-cü il tarixdən sonra faiz hesablanmadan) əsas borc üzrə 28612,27 manat, faiz borcu üzrə 1932,92 manat müəyyən olunur. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında 23 noyabr 2022-ci il tarixli, 003R********** nömrəli, 18 noyabr 2022-ci il tarixli, 003R********** nömrəli, xx.xx.2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşma müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün suallarda qoyulan tarixlərə Cavabdeh1 cərimə borcu hesablanmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 30 aprel 2025-ci il tarixli 9/10013 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 66.80 kv.metr təşkil etdiyini nəzərə alaraq, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, 58 nömrəli mənzilin (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47 M2, m2) orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 97000 manat (1453 x 66.80 kv.m), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (97000-10%) 87000 manat məbləğində müəyyən edilir müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşıliglı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olmasi İstisna edilmir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 iyun 2025-ci il tarixli 399/E nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh5 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, 58 nömrəli mənzilin (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2) likvid qiyməti 67500 (altmış yeddi min beş yüz) manat, real bazar dəyəri 75000 (yetmiş beş min) manat, Cavabdeh2 xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,29 ha torpaq sahəsinin likvid qiyməti 27000 (iyirmi yeddi min) manat, real bazar dəyəri 30000 (otuz min) manat və 84,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin likvid qiyməti 9000 (doqquz min) manat, real bazar dəyəri 10000 (on min) manat, fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid qiyməti 36000 (otuz altı min) manat, bazar dəyəri 40000 (qırx min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli, 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli, 28 mart 2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşmalarında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermişdir. Lakin Cavabdeh1 həmin kredit razılaşmalarını bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borclarını müvafiq qaydada ödəməmiş, bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 14165,38 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 13 iyun 2025-ci il tarixli maliyyə arayışı nəzərə alınaraq 11365,38 manat manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, həmin maliyyə arayışında Cavabdeh1 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 11365,38 manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur. Bundan başqa iddiaçı 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 16606,03 manat məbləğində və 28 mart 2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 28695,29 manat məbləğində əsas borcun tutulmasını tələb etsə də, həmin məbləğlər 25 fevral 2025-ci il tarixli 9/9965 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin kredit razılaşmaları üzrə əsas borcun tutulması hissəsində 25 fevral 2025-ci il tarixli 9/9965 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı, 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə ekspert rəyində qeyd edilən 16416,53 manat məbləğində və 28 mart 2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 28612,27 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 23 iyul 2024-cü il tarixinə 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 1689,91 manat, 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 2008,4 manat, 28 mart 2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 1868,64 manat faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. 10 may 2024-cü il tarixli xəbərdarlıq məktublarında 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə cavabdehin ödəməli olduğu faiz borcu 1216,17 manat, 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 1535,75 manat, 28 mart 2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 1868,64 manat qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 1216,17 manat, 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 1535,75 manat və 28 mart 2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 1868,64 manat məbləğində faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, kredit razılaşması ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilədə isə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə cərimə borcu azadılaraq 550 manat, 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə cərimə borcunun məbləği azaldılaraq 800 manat müəyyən edilərək, həmin kredit razılaşmaları üzrə cərimənin tutulması hissəsində iddia qismən təmin edilməlidir. İddia tələbi “28 mart 2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 700,16 məbləğində cərimənin tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 03 iyul 2019-cu il tarixli **********621402 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2, 16 iyun 2021-ci il tarixli **********075401 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4, 16 iyun 2021-ci il tarixli **********075402 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və 18 noyabr 2022-ci il tarixli **********478201 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh5 kredit alanın uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 28 mart 2023-cü il tarixli 003M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh2 xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,29 ha torpaq sahəsi və 84,6 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evi, ipoteka qoyan Cavabdeh5 xüsusi mülkiyyətində olan 23 noyabr 2022-ci il tarixli 003M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, 58 nömrəli mənzil (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2) ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, ipoteka predmetlərinin likvid qiyməti müəyyən edilərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 iyun 2025-ci il tarixli 399/E nömrəli mütəxəssis rəyi nəzərə alınaraq Cavabdeh5 xüsusi mülkiyyətində Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, 58 nömrəli mənzilin (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2) ilkin satış qiyməti 67500 (altmış yeddi min beş yüz) manat, Cavabdeh2 xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,29 ha torpaq sahəsinin və onun üzərindəki ümumi sahəsi 84,6 kvadrat metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 36000 (otuz altı min) olaraq müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 72 (yetmiş iki) manat məbləğində xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində qeyd edir ki, iş materiallarında olan 30 may və 04 iyun 2024-cü il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən iki ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu və 72 (yetmiş iki) manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 72 (yetmiş iki) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “292,51 (iki yüz doxsan iki manat əlli bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 279,20 (iki yüz yetmiş doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 11365,38 manat (on bir min üç yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 1216,17 (min iki yüz on altı manat on yeddi qəpik) manat məbləğində faiz borcu və 550 (beş yüz əlli) manat məbləğində cərimə borcu, 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 16416,53 (on altı min dörd yüz on altı manat əlli üç qəpik) manat məbləğində əsas borc, 1535,75 (min beş yüz otuz beş manat yetmiş beş qəpik) manat məbləğində faiz borcu və 800 (səkkiz yüz) manat məbləğində cərimə borcu, 28 mart 2023cü il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 28612,27 (iyirmi səkkiz min altı yüz on iki manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 1868,64 (min səkkiz yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 700,16 (yeddi yüz manat on altı qəpik) manat məbləğində cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 279,20 (iki yüz yetmiş doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 72 (yetmiş iki) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 63446,10 (altmış üç min dörd yüz qırx altı manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan cəmi 63446,10 (altmış üç min dörd yüz qırx altı manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh5 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, 58 nömrəli mənzilə (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2) və Cavabdeh2 xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,29 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 84,6 kvadrat metr olan fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 63446,10 (altmış üç min dörd yüz qırx altı manat on qəpik) məbləğində pul vəsaiti ödənilməli, ipoteka predmeti olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, 58 nömrəli mənzilin (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2) ilkin satış qiyməti 67500 (altmış yeddi min beş yüz) manat, İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,29 ha torpaq sahəsinin və onun üzərindəki ümumi sahəsi 84,6 kvadrat metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 36000 (otuz altı min) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 18 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 11365,38 manat (on bir min üç yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 1216,17 (min iki yüz on altı manat on yeddi qəpik) manat məbləğində faiz borcu və 550 (beş yüz əlli) manat məbləğində cərimə borcu, 23 noyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 16416,53 (on altı min dörd yüz on altı manat əlli üç qəpik) manat məbləğində əsas borc, 1535,75 (min beş yüz otuz beş manat yetmiş beş qəpik) manat məbləğində faiz borcu və 800 (səkkiz yüz) manat məbləğində cərimə borcu, 28 mart 2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 28612,27 (iyirmi səkkiz min altı yüz on iki manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 1868,64 (min səkkiz yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 700,16 (yeddi yüz manat on altı qəpik) manat məbləğində cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 279,20 (iki yüz yetmiş doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 72 (yetmiş iki) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 63446,10 (altmış üç min dörd yüz qırx altı manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan cəmi 63446,10 (altmış üç min dörd yüz qırx altı manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh5 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, 58 nömrəli mənzilə (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2) və Cavabdeh2 xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,29 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 84,6 kvadrat metr olan fərdi yaşayış evinə yönəldilsin, həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 63446,10 (altmış üç min dörd yüz qırx altı manat on qəpik) məbləğində pul vəsaiti ödənilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, 58 nömrəli mənzilin (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 47, M2, m2) ilkin satış qiyməti 67500 (altmış yeddi min beş yüz) manat, İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,29 ha torpaq sahəsinin və onun üzərindəki ümumi sahəsi 84,6 kvadrat metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 36000 (otuz altı min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar