Məhkəmə qərarları › İş №e-2-2(119)-928/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-928/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-928/2023 17.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 12 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 2261,42 manat məbləğində krеdit bоrcu, 248,51 manat məbləğində faiz bоrcu və 80,96 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2590,89 (iki min beş yüz doxsan manat 89 qəpik) manat məbləğində bоrcun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 10 iyun 2014-cü il tarixli 31L000000111 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən Kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Həmin Uzunmüddətli Kredit Müqaviləsi üzrə kredit alan Cavabdeh kredit verən "xxxx" QSC ilə bağladığı 19 mart 2021-ci il tarixli 003R********** nömrəli Krеdit Razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit götürmüşdür. Kredit alan Cavabdeh Krеdit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 21 noyabr 2022-ci il tarixdən Banka qaytarmamışdır. Kredit alan Cavabdeh götürdüyü krеdit bоrcundan 7738,58 manat ödəmiş və onun 2261,42 manat məbləğində kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 30 may 2023-cü il tarixə 187 gün üçün hesablanmış faiz borcu 248,51 manat təşkil edir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq X1 üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 30 may 2023-cü il tarixə 187 gün üçün hеsablanmış cərimə 80,96 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi Ödəniş Planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 iyun 2014-cü il tarixli 31L000000111 nömrəli Kredit Xətti Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra “Kredit” adlandırılacaq) Kredit Alana 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xəttini açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən anda Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə və Kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətinə, 10 iyun 2024-cü il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan 10 iyun 2014-cü il tarixli 31L000000111 nömrəli Kredit Xətti Müqaviləsi əsasında bağlanmış 19 mart 2021-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh – “Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh (VÖEN **********) 24 ay müddətinə aylıq 1,8333 % dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 19 mart 2021-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 19 mart 2021-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, kredit alan Cavabdeh Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 521 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Cavabdeh imza etmişdir. X2 əsasən ödənişin son tarixi 22 mart 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan (iddia ərizəsi ilə birlikdə təqdim olunmuş) 06 iyul 2023-cü il tarixli 6716 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh 19 mart 2021-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə 30 may 2023-cü il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2261,42 manat məbləğində əsas borc, 248,51 manat məbləğində faiz borcu və 80,96 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2590,89 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 187 gün). İş materiallarında olan (məhkəmə araşdırması zamanı təqdim olunmuş) 29 avqust 2023-cü il tarixli 8700 nömrəli Maliyyə Arayışından görünür ki, borc alan Cavabdeh 19 mart 2021-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə 29 avqust 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2062,43 manat məbləğində əsas borc, 270,89 manat məbləğində faiz borcu və 122,04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2455,36 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 281gün). İddiaçı QSC tərəfindən 30 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş ərizədə qeyd olunur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən ödəniş edildiyindən yeni maliyyə arayışı təqdim olunur. İş materiallarında olan (məhkəmə araşdırması zamanı yenidən təqdim olunmuş) 06 oktyabr 2023-cü il tarixli 10215 nömrəli sonuncu Maliyyə Arayışından görünür ki, borc alan Cavabdeh 19 mart 2021-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə 06 oktyabr 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2062,43 manat məbləğində əsas borc, 219,79 manat məbləğində faiz borcu və 137,71 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2419,93 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 319). Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, 19 mart 2021-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə cəmi 10000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh 30 may 2023-cü il tarixə hesablanmış 2261,42 manat əsas borcu, 248,51 manat faiz borcu və 80,96 manat cərimə borcu olmaqla, cəmi 2590,89 manat məbləğində borcun cavabdehdən (borcalan Cavabdeh) tutulması üçün müvafiq iddia ərizəsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. Lakin, iş üzrə məhkəmə araşdırması aparılarkən iddiaçı tərəf Borcalanın kredit hesabı üzrə yaranmış dəyişiklikləri nəzərə alaraq, məhkəməyə yenidən 06 oktyabr 2023-cü il tarixli 10215 nömrəli Maliyyə Arayışı (sonuncu dəfə) təqdim etmiş və həmin Maliyyə Arayışı ilə müəyyən olunur ki, borc alan Cavabdeh 19 mart 2021-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə 06 oktyabr 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 2062,43 manat məbləğində əsas borcu, 219,79 manat məbləğində faiz borcu və 137,71 manat məbləğində cərimə borcu vardır. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra edilmiş ödənişlər nəticəsində ödənilməyən əsas borcun məbləği 2062,43 manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan (cavabdeh) Cavabdeh (VÖEN **********) 19 mart 2021-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində (Ödəniş Planında) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora müraciət edilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, məlum kredit Razılaşması üzrə borcalan (cavabdeh) Cavabdeh 19 mart 2021-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Kredit Razılaşması üzrə yaranmış borc ondan tutulmalıdır. Lakin, 19 mart 2021-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə Cavabdeh tutulmalı olan əsas borc, faiz borcunun və cərimə borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə aparılan məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş 06 oktyabr 2023-cü il tarixli 10215 nömrəli Maliyyə Arayışı mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehdən tutulmalı olan əsas borc, faiz borcu və hesablanmış cərimə məbləğləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, həmin 06 oktyabr 2023-cü il tarixli Maliyyə Arayışına və iddiaçı tərəfindən verilmiş iddia ərizəsində nəzərdə tutulan iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Yəni, 06 oktyabr 2023-cü il tarixli 10215 nömrəli Maliyyə Arayışında "Cavabdeh 19 mart 2021-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə 06 oktyabr 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2062,43 manat məbləğində əsas borc, 219,79 manat məbləğində faiz borcu və 137,71 manat məbləğində cərimə borcunun olması” qeyd olunsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehdən “2261,42 manat məbləğində əsas borcun, 248,51 manat məbləğində faiz bоrcun və 80,96 manat məbləğində cərimə borcunun“ tutulması tələb olunur (yeni maliyyə arayışına görə hal-hazırda əsas borcun və faiz borcun məbləğləri azalmış, hesablanan cərimənin məbləği isə artmışdır). Buna görə də, iddiaçı tərəfin təqdim etdiyi və mötəbər sübut kimi nəzərə alınan 06 oktyabr 2023-cü il tarixli 10215 nömrəli Maliyyə Arayışına əsasən cavabdehdən 2062,43 manat məbləğində əsas borc və 219,79 manat məbləğində faiz borcu tutulmalıdır. Lakin, həmin Maliyyə Arayışında qeyd edilən "137,71 manat" cərimə borcu isə iddiaçı tərəfin hazırkı iddia ərizəsində verilmiş iddia tələbi ilə təsdiq olunmur və ona görə də, həmin Müqavilə üzrə cərimə borcunun tutulması hissəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) cavabdehdən həmin Müqavilə üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 80,96 manat məbləğində cərimə bоrcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 2062,43 manat məbləğində əsas borc, 219,79 manat məbləğində faiz borcu və 80,96 manat məbləğində cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, Cavabdeh təmin olunan tələbin məbləğinə mütənasib olaraq 43,63 (qırx üç manat 63 qəpik) manat məbləğində hesablanan dövlət rüsumu dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 2062,43 (iki min altmış iki manat 43 qəpik) manat məbləğində əsas borc, 219,79 (iki yüz on doqquz manat 79 qəpik) manat məbləğində faiz borcu və 80,96 (səksən manat 96 qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2363,18 (iki min üç yüz altmış üç manat 18 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 43,63 (qırx üç manat 63 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar