Məhkəmə qərarları › İş №e-2-2(119)-929/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-929/2021

23.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-929/2021 23.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, iddiaçı İqtisadı̇ yyat Nazirliyi yaninda Dövlət Vergı̇ Xidməti Baki Şəhəri Lokal Gəlı̇ rlər Baş İdarəsinin cavabdeh "Şah-Dağ" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Şah-Dağ" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinə qarşı əmlakın açıq hərracda satılması tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. İş üzrə keçirilmiş əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi A.Həmidov iddianı qəbul etməyərək ödənişlər etdiyini bildirmiş, bu barədə müvafiq qəbzləri təqdim edərək məhkəmədən iddianın təmin olunmamasını xshiş etmişdir. İş üzrə növbəti məhkəmə iclası 23.09.2021-ci il tarixə, saat 10:45-ə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Mülki-Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki-Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar