Məhkəmə qərarları › İş №e-2-2(119)-930/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-930/2021

19.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-930/2021 19.11.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi cavabdehin qanuni təmsilçisi Nümayəndə2 iştirakı ilə, iddiaçı İqtisadı̇ yyat Nazirliyi yaninda Dövlət Vergı̇ Xidməti Baki Şəhəri Lokal Gəlı̇ rlər Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 20.02.2020-cı il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 6808.49 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 990400 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 20.02.2020 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 20.02.2020 tarixə yaranan 8280.09 manat borcuna görə 990400 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 21.02.2020 tarixli **********7 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 17.03.2020 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 20.02.2020 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 6808.49 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Nümayəndə2 borcun ödənildiyini, hazırda heç bir borcun olmadığını bildirdi və məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, cavabdehin qanuni təmsilçisinin izahını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 20.02.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 6808.49 manat vergi borcu olmuşdur. Həmin borcun ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 20.02.2020-cı il tarixli qərar qəbul edilmişdir. Həmin Qərar əsasında 20.02.2020-ci il tarixinə dövlət büdcəsinə ödənilməmiş 6808.49 manat məbləğində vergi borcuna görə vergi ödəyicisi "xxxx" MMC-yə məxsus əmlak siyahıya alınmış və bu barədə 21.02.2020-cı il tarixli **********7 nömrəli protokol tərtib edilmişdir. Lakin, əmlak siyahıya alındıqdan sonra vergi ödəyicisi "xxxx" MMC tərəfindən 20.02.2020-cı il tarixə dövlət büdcəsinə ödənilməmiş 6808.49 manat məbləğindən borcu qalmışdır. Buna görə də, iddiaçı 09.07.2021-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 20.02.2020-cı il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 6808.49 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 990400 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan cavabdehin qanuni təmsilçisi tərəfindən təqdim edilmiş cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyəti tərəfindən edilmiş ödənişə dair 19.04.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 500 manat, 17.06.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 500 manat, 24.07.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 500 manat, 16.09.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 2000 manat, 10.08.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 500 manat, 18.10.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 1810 manat, 18.10.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 200 manat məbləğində ödənişlər edilmişdir. Daha sonra cavabdehin qanuni təmsilçisi tərəfindən təqdim edilmiş 17.11.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 1370 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı vergi orqanının nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsi nəzərə alınaraq Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsinə əsasən iş üzrə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 20.02.2020-ci il tarixə olan borcu barədə dəqiqləşdirilmiş məlumatın “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim olunması təklif olunmuş lakin iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh "xxxx" MMC tərəfindən 20.02.2020-cı il tarixə olan 6808.49 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki,cavabdeh tərəfindən 20.02.2020-cı il tarixə olan 6808.49 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyi üçün iddiaçı İqtisadı̇ yyat Nazirliyi yaninda Dövlət Vergı̇ Xidməti Baki Şəhəri Lokal Gəlı̇ rlər Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinə qarşı “20.02.2020-cı il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 6808.49 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 990400 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar