Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-952/2023 07.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 20000 (iyirmi min) manat icarə haqqının, kommunal xərclərdən təbii qazın istifadəsinə görə 40770,58 (qırx min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat borcun, kərpic zavoduna məxsus ÖMS ekskavator və avtoyükləyicinin istismarı zamanı hər iki texnikaya vurulmuş ümumilikdə 6322 (altı min üç yüz iyirmi iki) manat dəymiş ziyanın, icarə haqqı vaxtında ödənilmədiyinə görə 5000 (beş min) manat məbləğində əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 2000 (iki min) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 01 noyabr 2021-ci il tarixdə Xaçmaz şəhərində icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Xaçmaz şəhərində yerləşən kərpic zavodu icarəçiyə icarəyə verilir. İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin imzalandığı gündən qüvvəyə minir. Həmin müqavilənin 2.2-ci bəndində müqavilənin bir il müddətə bağlanması qeyd olunmuşdur. Müqavilənin 3.1.5-ci bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa “sahənin” istismarı ilə bağlı elektrik enerjisi, təbii qaz və rabitə (o cümlədən beynəlxalq rabitə) haqqlarını və digər kommunal xərcləri ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1ci bəndində icarə haqqı ayda 2000 (iki min) manat məbləğində müəyyən olunmuş və icarəçi hər ay müəyyən olunmuş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. “Sahənin” istismarı müddəti, yəni müqavilədə nəzərdə tutulan bir il müddəti başa çatıb. Lakin icarəçi 2000 manat məbləğində icarə haqqını, sahənin istismarı ilə bağlı istifadə olunan təbii qaza görə 40770,58 (qırx min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat məbləğində pulu, 1744,8 (min yeddi yüz qırx dörd manat səksən qəpik) manat dəyərində istifadə olunan elektrik enerji pulunu və kərpic zavoduna məxsus HOM3 ekskvator və avtoyükləyicini istismar edərkən ümumilikdə texnikaya vurduğu 6322 (altı min üç yüz iyirmi iki) manat məbləğində pulu icarəçi ödəməmişdir. Bu isə müqavilənin 3 və 4-cü bəndlərinin və eləcə də mülki qanunvericiliklə iddiaçının hüquqlarının kobud surətdə pozulmasını özündə əks etdirir. Dəfələrlə Cavabdeh ilə şifahi danışıq aparılmış və o, borcunu tez bir zamanda ödəyəcəyini bildirsə də, borcunu ödəməmişdir. Cavabdeh pul vəsaitini ödəmədiyindən xx.xx.2022-ci il tarixdə ünvanına xəbərdarlıq məktubu göndərilmiş və əks təqdirdə müqavilənin 11.2-ci bəndinə müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Xəbərdarlıq məktubundan sonra cavabdehlə telefon əlaqəsi saxlanılmışdır. Lakin o, bu günə kimi pul vəsaitini ödəməkdən boyun qaçırır. 12 oktyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 20000 (iyirmi min) manat icarə haqqının, kommunal xərclərdən təbii qazın istifadəsinə görə 40770,58 (qırx min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat borcun, kərpic zavoduna məxsus ÖMS ekskavator və avtoyükləyicinin istismarı zamanı hər iki texnikaya vurulmuş ümumilikdə 6322 (altı min üç yüz iyirmi iki) manat dəymiş ziyanın, icarə haqqı vaxtında ödənilmədiyinə görə 5000 (beş min) manat məbləğində əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 2000 (iki min) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 07 noyabr 2023-cü il tarixli məhkəmə baxış iclasında isə İddiaçı tərəfindən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək təbii qazdan istifadəyə görə yaranmış 40770,58 (qırx min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat məbləğində borcun və 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. 24 oktyabr 2023-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək iddia tələbi ilə razılaşmadığını bildirmişdir. O, etirazda qeyd etmişdir ki, xx.xx.2022-ci ilə kimi aylıq 2000 manat olmaqla 24000 manat icarə haqqını qabaqcadan ödəmişdir. 40770,58 manat təbii qazdan istifadəyə görə yaranmış borcun, həmçinin elektrik enerjisindən istifadəyə görə yaranmış 1744,80 manat borc məbləğinin ödənilməsi onun məsuliyyətindədir. Eyni zamanda o, müxtəlif sahələr üzrə xərc çəkmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi məbləğ və onun iş prosesində xərclədiyi məbləğ nəzərə alınsa, onun iddiaçı tərəfə yox, iddiaçının ona olan borcu üzə çıxacaqdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin və “iddia tələbinin həcminin azaldılması barədə” ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında təbii qazdan istifadəyə görə hesablanmış 40770,58 manat məbləğində borcun icarəçi kimi icarə sahəsinin onun istifadəsində olduğu dövrdə yarandığını bildirmişdir. Lakin Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyə verən ona məxsus Xaçmaz şəhərində yerləşən kərpic zavodunu icarəçiyə icarə verir. İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.5-ci bəndinə əsasən icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa “sahənin” istismarı ilə bağlı elektrik enerjisi və rabitə (o cümlədən beynəlxalq rabitə) haqlarını və digər kommunal xərcləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndində icarə haqqı ayda 2000 (iki min) manat məbləğində müəyyən olunmuş və icarəçi hər ay müəyyən olunmuş icarə haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli 578 nömrəli hesab fakturadan görünür ki, İddiaçı məxsus kərpic zavoduna 31 yanvar 2022-ci il tarixə təbii qazdan istifadəyə görə 40770,58 manat məbləğində borc hesablanmışdır. X1 İstismar İdarəsinin 18 oktyabr 2023-cu il tarixli arayışında göstərilir ki, Xaçmaz rayonu, Qaradağ-Buduğ kəndində yerləşən abonent İddiaçı məxsus kərpic zavodun abonent hesabında 31 yanvar 2023-cü il tarixinə təbii qazdan istifadəyə görə 40770,58 manat məbləğində debitor borc olub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 01 noyabr 2021-ci il tarixli icarə müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən Xaçmaz rayonunda yerləşən kərpic zavodu cavabdehin icarəsinə verilmiş, həmin müqavilənin 3.1.5-ci bəndinə əsasən icarəçi icarə haqqından başqa “sahənin” istismarı ilə bağlı elektrik enerjisi, rabitə (o cümlədən beynəlxalq rabitə) haqlarını və digər kommunal xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin icarə sahəsi cavabdehin istifadəsində olduğu dövrdə istifadə olunmuş təbii qaza görə yaranmış 40770,58 (qırx min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik ) manat məbləğində borc ödənilməmişdir. Buna görə də, iddiaçı həmin pul vəsaitinin və 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh tutulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən dövlət büdəsinə 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 01 noyabr 2021-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yaranmış və Cavabdeh tərəfindən ödənilməmiş 40770,58 (qırx min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 40770,58 (qırx min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci də Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinə uyğun hesablanmış 212,31 (iki yüz on iki manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 40770,58 (qırx min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat məbləğində pul, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 212,31 (iki yüz on iki manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 41382,89 (qırx bir min üç yüz səksən iki manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-952/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-952/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver