Məhkəmə qərarları › İş №e-2-2(119)-976/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-976/2024

28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-976/2024 28.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 21 dekabr 2022-ci il tarixli, NSBK- 798 nömrəli kredit müqaviləsi üzrə 16889,6 (on altı min səkkiz yüz səksən doqquz manat altmış qəpik) manat məbləğində əsas borc, 1744,12 (min yeddi yüz qırx dörd manat on iki qəpik) manat məbləğində faiz borcu, 257,75 (iki yüz əlli yeddi manat yetmiş beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 18891,47 (on səkkiz min səkkiz yüz doxsan bir manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 147 (yüz qırx yeddi) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus çəkisi 60,8 qram olan 583 əyarlı 4 ədəd sep, çəkisi 30,5 qram olan 585 əyarlı 5 ədəd qolbaq, çəkisi 21 qram olan 585 əyarlı 2 ədəd komplekt, çəkisi 5 qram olan, 585 əyarlı 3 ədəd klon, çəkisi 16 qram olan, 585 əyarlı, 7 ədəd sırğa, çəkisi 13,5 qram olan, 583 əyarlı, 3 ədəd sep-klon, çəkisi 22 qram olan, 583 əyarlı, 8 ədəd üzük, çəkisi 12,5 qram olan, 500 əyarlı, 2 ədəd sırğa, çəkisi 6 qram olan, 500 əyarlı, 2 ədəd üzük olmaqla, cəmi 187,3 qram girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 18891,47 (on səkkiz min səkkiz yüz doxsan bir manat qırx yeddi qəpik) manat məbləğində borcun və 147 (yüz qırx yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli, NSBK-798 nömrəli kredit müqaviləsinə əsasən illik 18,9 % dərəcəsi olmaqla 36 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində cavabdehə kredit verilmişdir. 21 dekabr 2022-ci il tarixli, NSBK- 798 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 21 dekabr 2022-ci il tarixli, NSBK-798 nömrəli kredit müqaviləsi üzrə borcu əsas borcuna görə 16889,6 (on altı min səkkiz yüz səksən doqquz manat altmış qəpik) manat, faiz borcuna görə 1744,12 (min yeddi yüz qırx dörd manat on iki qəpik) manat, cərimə borcuna görə 257,75 (iki yüz əlli yeddi manat yetmiş beş qəpik) manat olmaqla, cəmi 18891,47 (on səkkiz min səkkiz yüz doxsan bir manat qırx yeddi qəpik) manat təşkil edir. 21 dekabr 2022-ci il tarixli, NSBK-798 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 21 dekabr 2022-ci il tarixli, NSBK-798 nömrəli müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 21 dekabr 2022-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sahil” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: sep - 4 ədəd, çəkisi- 60,8, əyarı–583, qolbaq – 5 ədəd, çəkisi- 30,5, əyarı–585, komplekt - 2 ədəd, çəkisi- 21, əyarı–585, klon – 3 ədəd, çəkisi- 5, əyarı–585, sırğa - 7 ədəd, çəkisi- 16, əyarı–585, sep-klon – 3 ədəd, çəkisi- 13,5, əyarı–583, üzük - 8 ədəd, çəkisi- 22,əyarı–583, sırğa – 2 ədəd, çəkisi- 12,5, əyarı–500, üzük – 2 ədəd, çəkisi- 6, əyarı–500, cəmi: 187,3 qr. Tərəflər arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli, NSBK-798 nömrəli kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsimüddətini bir dəfə pozduqda girovsaxlayan (bank) girova ödəniş yönəldə bilər. Eyni zamanda həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə) müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün 21 dekabr 2022-ci il tarixli, NSBK-798 nömrəli kredit müqaviləsi üzrə əsas borcuna görə 16889,6 (on altı min səkkiz yüz səksən doqquz manat altmış qəpik) manat, faiz borcuna görə 1744,12 (min yeddi yüz qırx dörd manat on iki qəpik) manat, cərimə borcuna görə 257,75 (iki yüz əlli yeddi manat yetmiş beş qəpik) manat olmaqla, cəmi 18891,47 (on səkkiz min səkkiz yüz doxsan bir manat qırx yeddi qəpik) manat məbləğində pul tutulmalı, tələb girov predmetləri olan qızıl-zinət əşyalarına yönəldilməli, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ cavabdehdən tutulmalıdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 27 dekabr 2024-cü il tarixdə Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ərizə təqdim edilərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sahil” filialı ilə borc alan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli, NSBK-798 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 20000 (iyirmi min) manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit 36 (otuz altı) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 20000 (iyirmi min) manat çox olmamalıdır. Kredit borc alan tərəfindən bir dəfəyə və ya hissəhissə istifadə oluna bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 18,9% faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 19% təşkil edir. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli ödəniş qrafikində borc alan Cavabdeh banka olan borcunun son ödəniş tarixi 21 dekabr 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borc alan Cavabdeh imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan girov saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sahil” filialı ilə girov qoyan Cavabdeh arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli, NSBK-798 saylı saxlanc girovu haqqında müqavilənin 1.1-ci bəndinə əsasən girovsaxlayan girovqoyana 15 dekabr 2021-ci il tarixli, NSBK485 nömrəli kredit müqaviləsinə əsasən 20000 (iyimi min) manat məbləğində 36 ( otuz altı ) ay müddətinə, illik 18.9% (on səkkiz ,onda doqquz ) faiz ödənilməsi şərtilə ilə təminatlı borc verir, kreditalan isə aldığı borcu (krediti) ödəniş gününə qrafikdə göstərilən məbləğində qaytarmağı və bu müqavilə ilə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən girovqoyan müqavilənin 1.1-ci bəndində göstərilən müqavilə öhdəliklərini icra etmədiyi hallarda girovsaxlayan girov qoyulmuş əşyanın dəyərindən təminat almaq hüququna malikdir Həmin müqaviləsinin 5.4.1-ci bəndinə əsasən girov qoyan girov ilə təmin edilmiş öhdəliyi vaxtında və tam icra etmədikdə və ya qanunla müəyyən edilmiş digər əsaslar olduqda girov saxlayının saxlanc girovunun predmetinə dərhal tutma yönəltmək hüququ yaranır. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli “Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya verilməsinə dair” Aktdan görünür ki, 00083007 nömrəli zərfdə saxlanılan və bankdan götürüləcək kredit məbləğinin və ona hesablanmış faizlərin (dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin, tutma xərclərinin) təminatı kimi Cavabdeh tərəfindən girov qoyulmuş 36 ədəd qızıl-zinət əşyası qiymətləndirilərək bazar dəyəri ümumilikdə 15624,86 (on beş min altı yüz iyirmi dörd manat, səksən altı qəpik) manat məbləğində müəyyən edilmişdir (sep - 4 ədəd, çəkisi - 60,8, əyarı – 583, bazar dəyəri – 5180,16 manat, qolbaq – 5 ədəd, çəkisi- 30,5, əyarı –585, bazar dəyəri - 2598,6 manat, komplekt - 2 ədəd, çəkis i- 21, əyarı – 585, bazar dəyəri – 1789,2 manat, klon - 3 ədəd, çəkisi - 5, əyarı - 585, bazar dəyəri - 426 manat, sırğa - 7 ədəd, çəkisi- 16, əyarı– 585, bazar dəyəri -1363,2 manat, sep-klon - 3 ədəd, çəkisi - 13,5, əyarı - 583, bazar dəyəri - 1150,2 manat, üzük - 8 ədəd, çəkisi - 22, əyarı – 583, bazar dəyəri - 1874,4 manat, sırğa – 2 ədəd, çəkisi- 12,5, əyarı–500, bazar dəyəri - 907,5 manat, üzük – 2 ədəd, çəkisi- 6, əyarı–500 bazar dəyəri - 435,6 manat). İş materiallarında olan 07 may 2024-cü il tarixli, RB02/PK-1838 nömrəli maliyyə arayışında göstərilir ki, 21 dekabr 2022-ci il tarixli, NSBK-798 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 03 may 2024-cü il tarixinə 16889,6 (on altı min səkkiz yüz səksən doqquz manat altmış qəpik) manat məbləğində əsas bоrc, 1744,12 (min yeddi yüz qırx dörd manat on iki qəpik) manat faiz borcu, 257,75 (iki yüz əlli yeddi manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 18891,47 (on səkkiz min səkkiz yüz doxsan bir manat qırx yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 07 may 2024-cü il tarixli bildirişdən görünür ki, həmin tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh bildiriş göndərilərək 03 may 2024cü il tarixinə 16889,6 (on altı min səkkiz yüz səksən doqquz manat altmış qəpik) manat məbləğində əsas borcu, 1744,12 (min yeddi yüz qırx dörd manat on iki qəpik) manat məbləğində faiz borcu, 257,75 (iki yüz əlli yeddi manat yetmiş beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 18891,47 (on səkkiz min səkkiz yüz doxsan bir manat qırx yeddi qəpik) manat məbləğində borcu olduğu bildirilmiş, 3 iş günü müddətində banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunmüvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. 04 noyabr 2024-cü il tarixli 9/6772-96713 nömrəli ekspert rəyində göstərilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 21 dekabr 2022-ci il tarixli, NSBK- 798 nömrəli krеdit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 03 may 2024-cü il tarixə banka olan borcu - əsas borc üzrə 16889,56 (on altı min səkkiz yüz səksən doqquz manat əlli altı qəpik) manat məbləğində, faiz borcu üzrə 1753,84 (min yeddi yüz əlli üç manat səksən dörd qəpik) manat məbləğində müəyyən olunur. Respublikada ərazisində yerləşən ticarət şəbəkələrində, zərgərlik məmulatlarının satışı mağazalarında (Mərkəzi Univermaq, Moskva Univermağı və s.) mövcud olmuş qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan isifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda göstərilən qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 16616,50 (on altı min altı yüz on altı manat əlli qəpik) manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, 21 dekabr 2022-ci il tarixli, NSBK-798 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, 21 dekabr 2022-ci il tarixli, NSBK-798 saylı kredit müqaviləsi üzrə borc Cavabdeh tutulmalıdır. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, 21 dekabr 2022-ci il tarixli, NSBK-798 saylı kredit müqaviləsi üzrə tutulmalı əsas borcun məbləği müəyyən edilərkən 04 noyabr 2024-cü il tarixli 9/6772-96713 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 03 may 2024-cü il tarixinə hesablanaraq tələb edilən 16889,6 (on altı min səkkiz yüz səksən doqquz manat altmış qəpik) manat məbləğində əsas borc 04 noyabr 2024-cü il tarixli 9/6772-96713 nömrəli ekspertiza rəyi ilə təsdiq olunur və ona görə də, həmin müqavilə üzrə əsas borcunun tutulması hissəsində ekspertiza rəyi mötəbər sübut kimi nəzərə alınaraq 16889,56 (on altı min səkkiz yüz səksən doqquz manat əlli altı qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə ödənilməlidir. Lakin 21 dekabr 2022-ci il tarixli, NSBK-798 saylı kredit müqaviləsi üzrə Cavabdeh tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq cavabdehdən tutulmalı olan faiz borcunun məbləği məhkəməmühasibatlıq ekspertizasının 04 noyabr 2024-cü il tarixli 9/6772-96713 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 04 noyabr 2024-cü il tarixli 9/6772- 96713 nömrəli ekspert rəyində Cavabdeh ilə bağlanmış 21 dekabr 2022-ci il tarixli, NSBK- 798 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən faiz borcunun 1753,84 (min yeddi yüz əlli üç manat səksən dörd qəpik) olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən Cavabdeh 1744,12 (min yeddi yüz qırx dörd manat on iki qəpik) manat məbləğində faiz borcunun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən iddia tələbində göstərilən məbləğdə, yəni 1744,12 (min yeddi yüz qırx dörd manat, on iki qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Çünki, iddia tələbi üzrə hesablanmış faiz borcu məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də, həmin kredit müqaviləsi üzrə faiz borcunun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, cavabdehdən iddia tələbi üzrə 1744,12 (min yeddi yüz qırx dörd manat on iki qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 257,75 (iki yüz əlli yeddi manat yetmiş beş qəpik) məbləğində cərimənin tutulması” hissəsi əsaslı olduğundan təmin olunmalı və cavabdehdən 257,75 (iki yüz əlli yeddi manat yetmiş beş qəpik) manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə kredit borcuna görə tutmanın girov predmeti olan əmlaklara yönəldilməsi ilə bağlı bir sıra məqamları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. - 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. - 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə ona məxsus 60,8 qram, 583 əyarlı 4 ədəd sep, 30,5 qram, 585 əyarlı 5 ədəd qolbaq, 21 qram, 585 əyarlı 2 ədəd komplekt, 5 qram, 585 əyarlı 3 ədəd klon, 16 qram, 585 əyarlı 7 ədəd sırğa, 13,5 qram, 583 əyarlı 3 ədəd sep-klon, 22 qram, 583 əyarlı 8 ədəd üzük, 12,5 qram, 500 əyarlı 2 ədəd sırğa, 6 qram, 500 əyarlı 2 ədəd üzük girov qoyulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tutma həmin qızılzinət əşyalarına yönəldilməli, onlar açıq hərracda satılmalı və satışdan əldə olunmuş vəsait hesabına borc iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatın nəticəsi olaraq verilmiş 04 noyabr 2024-cü il tarixli 9/6772-96713 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və həmin qızıl-zinət əşyalarının orta bazar qiyməti 16616,50 (on altı min altı yüz on altı manat əlli qəpik) manat müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin “girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan borc məbləğinin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “147 (yüz qırx yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 146,67 (yüz qırx altı manat altmış yeddi qəpik) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh 146,67 (yüz qırx altı manat altmış yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16889,56 (on altı min səkkiz yüz səksən doqquz manat əlli altı qəpik) manat məbləğində əsas borc, 1744,12 (min yeddi yüz qırx dörd manat on iki qəpik) manat məbləğində faiz borcu, 257,75 (iki yüz əlli yeddi manat yetmiş beş qəpik) manat məbləğində cərimə və 146,67 (yüz qırx altı manat altmış yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19038,10 (on doqquz min otuz səkkiz manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, Cavabdeh tutulmalı olan cəmi 19038,10 (on doqquz min otuz səkkiz manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinə girov qoyulmuş Cavabdeh məxsus, 00083007 nömrəli xüsusi zərfdə saxlanca təhvil verilmiş 60,8 qram, 583 əyarlı 4 ədəd sepə, 30,5 qram, 585 əyarlı 5 ədəd qolbağa, 21 qram, 585 əyarlı 2 ədəd komplektə, 5 qram, 585 əyarlı 3 ədəd klona, 16 qram, 585 əyarlı 7 ədəd sırğaya, 13,5 qram, 583 əyarlı 3 ədəd sep-klona, 22 qram, 583 əyarlı 8 ədəd üzüyə, 12,5 qram, 500 əyarlı 2 ədəd sırğaya, 6 qram, 500 əyarlı 2 ədəd üzüyə yönəldilməli, həmin qızıl-zinət əşyaları orta bazar qiyməti ilə ümumi dəyəri 16616,50 (on altı min altı yüz on altı manat əlli qəpik) manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına borc ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 160 (yüz altmış) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16889,56 (on altı min səkkiz yüz səksən doqquz manat əlli altı qəpik) manat məbləğində əsas borc, 1744,12 manat (min yeddi yüz qırx dörd manat on iki qəpik) manat məbləğində faiz borcu, 257,75 (iki yüz əlli yeddi manat yetmiş beş qəpik) manat məbləğində cərimə və 146,67 (yüz qırx altı manat altmış yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19038,10 (on doqquz min otuz səkkiz manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh tutulmalı olan cəmi 19038,10 (on doqquz min otuz səkkiz manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinə girov qoyulmuş Cavabdeh məxsus, 00083007 nömrəli xüsusi zərfdə saxlanca təhvil verilmiş 60,8 qram, 583 əyarlı 4 ədəd sepə, 30,5 qram, 585 əyarlı 5 ədəd qolbağa, 21 qram, 585 əyarlı 2 ədəd komplektə, 5 qram, 585 əyarlı 3 ədəd klona, 16 qram, 585 əyarlı 7 ədəd sırğaya, 13,5 qram, 583 əyarlı 3 ədəd sep-klona, 22 qram, 583 əyarlı 8 ədəd üzüyə, 12,5 qram, 500 əyarlı 2 ədəd sırğaya, 6 qram, 500 əyarlı 2 ədəd üzüyə yönəldilsin. Həmin qızıl-zinət əşyaları orta bazar qiyməti ilə ümumi dəyəri 16616,50 (on altı min altı yüz on altı manat əlli qəpik) manat müəyyən edilməklə açıq hərracda satılsın. Satışdan əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 19038,10 (on doqquz min otuz səkkiz manat on qəpik) manat məbləğində borcu ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar