Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-976/2025 07.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 14812,26 (on dörd min səkkiz yüz on iki manat iyirmi altı qəpik) manat məbləğində əsas bоrc, 1640,64 (min altı yüz qırx manat altmış dörd qəpik) manat məbləğində faiz bоrcu və 910,86 (doqquz yüz on manat səksən altı qəpik) manat məbləğində cərimə, 27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 548,38 (beş yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində əsas bоrc, 30,84 (otuz manat səksən dörd qəpik) manat məbləğində faiz bоrcu və 32,13 (otuz iki manat on üç qəpik) manat məbləğində cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 17975,11 (on yeddi min doqquz yüz yetmiş beş qəpik on bir qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 143,93 (yüz qırx üç manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 5187,74 manat ödəniş etmiş və оnun iddiaçıya 14812,26 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 157 gün üçün hesablanmış faiz borcu 1640,64 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 157 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 910,86 manat təşkil edir. Bundan başqa İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 27 dekabr 2023-cü il tarixli 003L**********98 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 (min beş yüz) manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 951,62 manat ödəmiş, onun 548,38 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Ona görə də, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 134 gün üçün hesablanmış faiz borcu 89,11 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 134 gün üçün hеsablanmış cərimə 32,13 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 06 avqust 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1– “kredit alan” olmaqla bağlanmış 07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsinə əsasən bank məbləği 20000 (iyirmi min) manat olan biznes kreditini aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 36 ay müddətidə kredit alana verir. Həmin kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən kredit alan cari hesabı açmaq üçün tələb olunan sənədləri banka təqdim etdikdən sonra kredit alana görə AZ30ACAB******************** nömrəli cari hesab açır və krediti həmin hesaba köçürür. Həmin kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i həcmində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akspetsiz silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. İş materiallarında olan 07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə tərtib olunmuş ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 07 avqust 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər X1 və Cavabdeh2 13 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilərək 07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 14812,26 manat məbləğində əsas borc, 1640,64 manat məbləğində faiz borcu və 910,86 manat məbləğində cərimə olmaqla, cəmi 17363,76 (on yeddi min üç yüz altmış üç manat yetmiş altı qəpik) manat məbləğində borcun olduğu bildirilmiş, borcun 11 fevral 2025-ci il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 13 fevral 2025-ci il tarixinə 14812,26 (on dörd min səkkiz yüz on iki manat iyirmi altı qəpik) manat məbləğində əsas bоrc, 1640,64 (min altı yüz qırx manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 910,86 (doqquz yüz on manat səksən altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 17363,76 (on yeddi min üç yüz altmış üç manat yetmiş altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07 avqust 2023-cü il tarixli 003G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun 07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” Cavabdeh1– “kredit alan”, Cavabdeh2 – “zamin” olmaqla bağlanmış 27 dekabr 2023-cü il tarixli 003L**********98 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci bəndinə görə kredit alana sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “kredit alan” olmaqla bağlanmış 27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 1500 (min beş yüz) manat olan biznes kreditini illik faiz dərəcəsi 26 % olmaqla 12 ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ30ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 1500 (min beş yüz) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan bağlanmış 27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə tərtib olunmuş ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 03 yanvar 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13 fevral 2025-ci il tarixinə 548,38 (beş yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində əsas bоrc, 30,84 (otuz manat səksən dörd qəpik) manat məbləğində faiz borcu və 32,13 (otuz iki manat on üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 611,35 (altı yüz on bir manat otuz beş qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 06 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 03 yanvar 2025-ci il tarixinə 548,38 (beş yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində əsas bоrc, 26 (iyirmi altı) manat məbləğində faiz borcu və 6,69 (altı manat altmış doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 581,07 (beş yüz səksən bir manat yeddi qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi, 27 dekabr 2023-cü il tarixli 003L**********98 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və 27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit müqavilələri üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin razılaşmalar üzrə yaranmış əsas və faiz borcları iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi “07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 14812,26 (on dörd min səkkiz yüz on iki manat iyirmi altı qəpik) manat məbləğində əsas borcun və 1640,64 (min altı yüz qırx manat altmış dörd qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması” hissəsində əsaslı olduğundan təmin edilməli, 07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 14812,26 (on dörd min səkkiz yüz on iki manat iyirmi altı qəpik) manat məbləğində əsas borc və 1640,64 (min altı yüz qırx manat altmış dörd qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddia tələbi 27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 548,38 (beş yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması” hissəsində əsaslı olduğundan təmin edilməli və 27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 548,38 (beş yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia qaldırarkən “27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 32,13 (otuz iki manat on üç qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Lakin həmin kredit razılaşması üzrə tərtib edilmiş 06 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, həmin razılaşma üzrə razılaşmanın müddətinin bitdiyi tarixə, yəni 03 yanvar 2025-ci il tarixinə faiz borcunun məbləği 26 (iyirmi altı) manat manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında olan hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma kredit müddətinin başa çatma tarixinə, yəni 03 yanvar 2025-ci il il tarixinə hesablanmış 26 (iyirmi altı) manat manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia "07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 910,86 (doqquz yüz on manat səksən altı qəpik) manat məbləğində və “27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 32,13 (otuz iki manat on üç qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması" hissəsi qismən təmin olunmalı və cərimənin əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyi, işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimələrin məbləği azaldılaraq 07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 740 (yeddi yüz qırx) manat məbləğində və 27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 25 (iyirmi beş) manat məbləğində cərimə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 07 avqust 2023-cü il tarixli 003G**********01 nömrəli zaminlik müqaviləsinə və 27 dekabr 2023-cü il tarixli 003L**********98 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zamin Cavabdeh2 kredit alanın müvafiq olaraq 07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsindən və 27 dekabr 2023-cü il tarixli 003L**********98 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin "cavabdehdəhlərdən müştərək qaydada 143,93 (yüz qırx üç manat doxsan üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 143,38 (yüz qırx üç manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 14812,26 (on dörd min səkkiz yüz on iki manat iyirmi altı qəpik) manat məbləğində əsas borc, 1640,64 (min altı yüz qırx manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 740 (yeddi yüz qırx) manat məbləğində cərimə, 27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 548,38 (beş yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 26 (iyirmi altı) manat məbləğində faiz borcu, 25 (iyirmi beş) manat məbləğində cərimə və 143,38 (yüz qırx üç manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17935,66 (on yeddi min doqquz yüz otuz beş manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 07 avqust 2023-cü il tarixli 003A********** nömrəli kredit müqaviləsi üzrə 14812,26 (on dörd min səkkiz yüz on iki manat iyirmi altı qəpik) manat məbləğində əsas borc, 1640,64 (min altı yüz qırx manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 740 (yeddi yüz qırx) manat məbləğində cərimə, 27 dekabr 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 548,38 (beş yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 26 (iyirmi altı) manat məbləğində faiz borcu, 25 (iyirmi beş) manat məbləğində cərimə və 143,38 (yüz qırx üç manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17935,66 (on yeddi min doqquz yüz otuz beş manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-976/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-976/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver