Məhkəmə qərarları › İş №e-2-2(119)-978/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-978/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-978/2025 09.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 27 dekabr 2022-ci il tarixli 017A********** nömrəli kredit müqaviləsi üzrə 785,4 (yeddi yüz səksən beş manat qırx qəpik) manat məbləğində əsas bоrc, 65,31 (altmış beş manat otuz bir qəpik) manat məbləğində faiz bоrcu və 18,85 (on səkkiz manat səksən beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 869,56 (səkkiz yüz altmış doqquz manat əlli altı qəpik) manat məbləğində bоrcun, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 23 may 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 5235,80 (beş min iki yüz otuz beş manat səksən qəpik) manat məbləğində əsas bоrc, 499,57 (dörd yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat məbləğində faiz bоrcu və 142,41 (yüz qırx iki manat qırx bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5877,78 (beş min səkkiz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində bоrcun və 87,48 (səksən yeddi manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə xx.xx.2022-ci il tarixdə bağladığı 017A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,0833% оlmaqla 26 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5500 (beş min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, götürdüyü kredit bоrcundan 4714,6 manat ödəniş etmiş və оnun iddiaçıya 785,4 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bədinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 120 gün üçün hesablanmış faiz borcu 65,31 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 %-i məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 120 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 18,85 manat təşkil edir. Göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Bundan başqa İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və zaminlər Cavabdeh1 Şahüseyn oğlu, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 017L**********36 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh2 120 ay müddətinə 400000 (dörd yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə xx.xx.2023-cü il tarixli 017R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8500 (səkkiz min beş yüz) manat məbləğində məbləğində kredit götürmüşdür. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 3264,2 manat ödəmiş, onun 5235,8 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 136 gün üçün hesablanmış faiz borcu 499,57 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 136 gün üçün hеsablanmış cərimə 142,41 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli 017A********** nömrəli kredit müqaviləsinin 1-ci bəndinə görə bank məbləği 5500 manat olan krediti aylıq faiz dərəcəsi 2,0833% olmaqla 26 ay müddətidə kredit alana verir. Kredit alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan ödəniş planında borcalan Cavabdeh2 27 dekabr 2022-ci il tarixli 017A********** nömrəli kredit müqaviləsi üzrə banka olan borcunun son ödəniş tarixi 19 fevral 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 27 dekabr 2022-ci il tariхli 017G**********01 nömrəli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materillarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti, kredit alan Cavabdeh2 və zaminlər Cavabdeh1 Şahüseyn oğlu, Cavabdeh3 arasında bağlanmış 23 may 2023-cü il tarixli 017L**********36 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci bəndinə görə kredit alana 120 ay müddətinə 400000 (dörd yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 23 may 2023-cü il tarixli 0017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 8500 (səkkiz min beş yüz) manat olan biznes kreditini illik faiz dərəcəsi 23 % olmaqla 36 ay müddətinə kredit alana verir. Həmin razılaşmaya görə AZ53ACAB********************9 nömrəli cari hesab və həmin cari hesabda 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan ödəniş planında borcalan Cavabdeh2 23 may 2023-cü il tarixli 0017R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə banka olan borcunun son ödəniş tarixi 01 iyun 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 18 aprel 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 23 may 2023-cü il tarixli 0017R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 5235,80 (beş min iki yüz otuz beş manat səksən qəpik) manat məbləğində əsas bоrc, 499,57 (dörd yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat məbləğində faiz bоrcu və 142,41 (yüz qırx iki manat qırx bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5877,78 (beş min səkkiz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun 28 aprel 2025-ci il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 18 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 27 dekabr 2022-ci il tarixli 017A********** nömrəli kredit müqaviləsı üzrə 18 aprel 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 785,4 (yeddi yüz səksən beş manat qırx qəpik) manat məbləğində kredit bоrcu, 65,31 (altmış beş manat otuz bir qəpik) manat məbləğində faiz bоrcu və 18,85 (on səkkiz manat səksən beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 869,56 (səkkiz yüz altmış doqquz manat əlli altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 09 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 27 dekabr 2022-ci il tarixli 017A********** nömrəli kredit müqaviləsi üzrə 09 iyul 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 785,4 (yeddi yüz səksən beş manat qırx qəpik) manat məbləğində əsas bоrcu, 19 fevral 2025-ci il tarixinə 33,68 (otuz üç manat altmış səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 9,74 (doqquz manat yetmiş dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 828,82 (səkkiz yüz iyirmi səkkiz manat səksən iki qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 18 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 23 may 2023-cü il tarixli 0017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 18 aprel 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 5235,80 (beş min iki yüz otuz beş manat səksən qəpik) manat məbləğində əsas bоrcu, 499,57 (dörd yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat məbləğində faiz bоrcu və 142,41 (yüz qırx iki manat qırx bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5877,78 (beş min səkkiz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 27 dekabr 2022-ci il tarixli 017A********** nömrəli kredit müqaviləsini və 23 may 2023-cü il tarixli 017R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 23 may 2023-cü il tarixli 017R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 5235,80 (beş min iki yüz otuz beş manat səksən qəpik) manat məbləğində əsas bоrc, 499,57 (dörd yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat məbləğində faiz bоrcu və 142,41 (yüz qırx iki manat qırx bir qəpik) manat məbləğində cərimə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, 27 dekabr 2022-ci il tarixli 017A********** nömrəli kredit müqaviləsi üzrə 785,4 (yeddi yüz səksən beş manat qırx qəpik) manat məbləğində əsas bоrc və 18,85 (on səkkiz manat səksən beş qəpik) manat cərimə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia qaldırarkən 27 dekabr 2022-ci il tarixli 017A********** nömrəli kredit müqaviləsi üzrə 18 aprel 2025-ci il tarixinə hesablanmış 65,31 (altmış beş manat otuz bir qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Lakin həmin kredit müqaviləsi üzrə tərtib edilmiş 09 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 27 dekabr 2022-ci il tarixli 017A********** nömrəli kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni 19 fevral 2025-ci il tarixinə faiz borcunun məbləği 33,68 (otuz üç manat altmış səkkiz qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında olan hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 27 dekabr 2022-ci il tarixli 017A********** nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin başa çatma tarixinə, yəni 19 fevral 2025-ci il il tarixinə hesablanmış 33,68 (otuz üç manat altmış səkkiz qəpik) manat manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 27 dekabr 2022-ci il tariхli 017G**********01 nömrəli zaminlik müqaviləsinə Cavabdeh3 borclunun 27 dekabr 2022-ci il tarixli 017A********** nömrəli kredit müqaviləsindən, 23 may 2023-cü il tarixli 017L**********36 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh3 borclunun uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “87,48 (səksən yeddi manat qırx səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 87,16 (səksən yeddi manat on altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 27 dekabr 2022-ci il tarixli 017A********** nömrəli kredit müqaviləsi üzrə 785,4 (yeddi yüz səksən beş manat qırx qəpik) manat məbləğində əsas bоrc, 33,68 (otuz üç manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu və 18,85 (on səkkiz manat səksən beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 837,93 (səkkiz yüz otuz yeddi manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 23 may 2023-cü il tarixli 017R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 5235,80 (beş min iki yüz otuz beş manat səksən qəpik) manat məbləğində əsas bоrc, 499,57 (dörd yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat məbləğində faiz bоrcu və 142,41 (yüz qırx iki manat qırx bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5877,78 (beş min səkkiz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 87,16 (səksən yeddi manat on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 27 dekabr 2022-ci il tarixli 017A********** nömrəli kredit müqaviləsi üzrə 785,4 (yeddi yüz səksən beş manat qırx qəpik) manat məbləğində əsas bоrc, 33,68 (otuz üç manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu və 18,85 (on səkkiz manat səksən beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 837,93 (səkkiz yüz otuz yeddi manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 23 may 2023-cü il tarixli 017R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 5235,80 (beş min iki yüz otuz beş manat səksən qəpik) manat məbləğində əsas bоrc, 499,57 (dörd yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat məbləğində faiz bоrcu və 142,41 (yüz qırx iki manat qırx bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5877,78 (beş min səkkiz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 87,16 (səksən yeddi manat on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar