Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-982/2023 17.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 20 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə bağlanmış 25 iyul 2022-ci il tarixli 011A********** saylı və 24 noyabr 2021-ci il tarixli 011R********** saylı Krеdit Razılaşmalarının ləğv edilməsi, cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 011A********** saylı Krеdit Müqaviləsi üzrə 627,31 manat məbləğində krеdit bоrcunun, 113,46 manat məbləğində faiz bоrcunun və 37,06 manat məbləğində cərimə borcunun və 011R********** saylı Krеdit Razılaşması üzrə isə 9262,08 manat məbləğində krеdit bоrcunun, 387,72 manat məbləğində faiz bоrcunun və 185,23 manat məbləğində cərimə borcunun, mediasiya ilə əlaqədar ödənilmiş 205 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh3 kredit verən "xxxx" QSC ilə bağladığı 19 avqust 2020-ci il tarixli 011L**********23 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli Kredit Müqaviləsi üzrə kredit alan Cavabdeh3 "xxxx" QSC ilə bağladığı 25 iyul 2022-ci il tarixli 011A********** saylı Krеdit Razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1200 (min iki yüz) manat məbləğində krеdit götürmüşdür. Kredit alan Cavabdeh3 həmin Krеdit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 25 oktyabr 2022-ci il tarixdən Banka qaytarmamışdır. Kredit alan Cavabdeh3 götürdüyü krеdit bоrcundan 572,69 manat ödəmiş və onun 627,31 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit alan Cavabdeh3 həmin Kredit Razılaşması üzrə kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 30 may 2023-cü il tarixə 214 gün üçün hesablanmış faiz borcu 113,46 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu Ödəniş Planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 30 may 2023-cü il tarixə 214 gün üçün hеsablanmış cərimə 37,06 manat təşkil edir. Bundan başqa, tərəflər arasında bağlanmış Uzunmüddətli Kredit Müqaviləsi üzrə kredit alan Cavabdeh3 "xxxx" QSC ilə bağladığı 24 noyabr 2021-ci il tarixli 011R********** saylı Krеdit Razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 % оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində krеdit götürmüşdür. Kredit alan Cavabdeh3 Krеdit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 24 fevral 2023-cü il tarixdən Banka qaytarmamışdır. Borcalan Cavabdeh3 götürdüyü həmin krеdit bоrcundan 2737,92 manat ödəmiş, onun 9262,08 manat məbləğində əsas kredit borcu qalmışdır. Həmin Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 30 may 2023-cü il tarixə 67 gün üçün hesablanmış faiz borcu 387,72 manat təşkil edir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borcalan Ödəniş Planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 30 may 2023-cü il tarixə 67 gün üçün hеsablanmış cərimə 185,23 manat təşkil edir. Uzunmüddətli Krеdit Müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi Ödəniş Planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli Kredit Müqaviləsi üzrə kredit alan Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh2 və Vəliyev X2 Müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və Uzunmüddətli Kredit Müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl təşkil olunmuş ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişlər. Bu barədə 17 may 2023-cü il tarixli arayış verilmiş və mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 205 manat haqq ödənilmişdir. Hazırkı iddianın məbləğinə mütənasib dövlət rüsumunun miqdarı 121,84 manat məbləğindədir. Lakin, İddiaçı QSC tərəfindən 205 manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən iddiaçı olaraq İddiaçı QSC dövlət rüsumunu ödəməkdən azaddır. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 avqust 2020-ci il tarixli 011L**********23 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh3 – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «Kredit» adlandırılacaq) Kredit Alana 200000 (iki yüz min) manat məbləğində uzunmüddətli kredit xəttini (bundan sonra «Uzunmüddətli Kredit Xətti» adlandırılacaq) açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən anda Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1-ci bənd). Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilə və Kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətinə, 19 avqust 2030-cu il tarixdən gec olmayarq verilməlidir. Bu Müqavilə və Kredit Razılaşmaları əsasında verilən kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. İş materiallarında olan 19 avqust 2020-ci il tarixli 011L**********23 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh3 – “Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh3 (VÖEN **********) 36 ay müddətinə aylıq 1,9167 % dərəcəsi ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 24 noyabr 2021-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, borcalan Cavabdeh3 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh3 imza etmişdir. X4 əsasən ödənişin son tarixi 26 noyabr 2024-cü il müəyyən olunmuşdur. İş materiallarında görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh4 – “Zamin” olmaqla, bağlanmış 19 avqust 2020-ci il tarixli 011S**********03 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh4 zamin olaraq, borcalan Cavabdeh3 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh2 – “Zamin” olmaqla, bağlanmış 24 noyabr 2021-ci il tarixli 011S**********02 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 zamin olaraq, borcalan Cavabdeh3 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan (iddia ərizəsi ilə birlikdə təqdim olunmuş) 05 iyun 2023-cü il tarixli 5729 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh3 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 02 may 2023-cü il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 9262,08 manat əsas borc, 387,72 manat faiz borcu və 185,23 manat cərimə borcu olmaqla, cəmi 9835,03 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 67 gün). İş materiallarında olan (məhkəmə araşdırması zamanı təqdim olunmuş) 22 avqust 2023-cü il tarixli 8456 nömrəli Maliyyə Arayışından görünür ki, borc alan Cavabdeh3 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 21 avqust 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 9085,25 manat məbləğində əsas borc, 669,11 manat məbləğində faiz borcu və 327,76 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10082,12 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 148 gün). İş materiallarında olan (məhkəmə araşdırması zamanı yenidən təqdim olunmuş) 14 sentyabr 2023-cü il tarixli 9225 nömrəli Maliyyə Arayışından görünür ki, borc alan Cavabdeh3 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 14 sentyabr 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8689,25 manat məbləğində əsas borc, 747,67 manat məbləğində faiz borcu və 373,26 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9810,18 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 143 gün). Bundan əlavə, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh3 – “Kredit alan” olmaqla bağlanmış 25 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsinə əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh3 (VÖEN **********) 12 ay müddətinə aylıq 2,0833 % dərəcəsi ilə 1200 (min iki yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 25 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin 25 iyul 2022-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, kredit alan Cavabdeh3 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 114 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Cavabdeh3 imza etmişdir. X4 əsasən ödənişin son tarixi 25 iyul 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 25 iyul 2022-ci il tarixli 011G**********01 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh1 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 zamin olaraq kredit alan Cavabdeh3 25 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan (iddia ərizəsi ilə birlikdə təqdim olunmuş) 05 iyun 2023-cü il tarixli 5730 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh3 25 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 30 may 2023-cü il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 627,31 manat məbləğində əsas borc, 113,46 manat məbləğində faiz borcu və 37,06 manat məbləğində cərimə borcu olmaqla, cəmi 777,83 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 214 gün). Həmin iddia ərizəsinə məhkəmədə baxılarkən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 22 avqust 2023-cü ildə və 14 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizələr təqdim edilərək, həmin ərizələrdə 25 iyul 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə tərəflər arasında mövcud olan mübahisənin məhkəmədən kənar öz həllini tapması və 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Krеdit Razılaşması üzrə isə cavabdehlər tərəfindən müəyyən ödənişlərin aparılması barədə məlumat verilmişdir. Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 12000 manat məbləğində və 25 iyul 2022ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 1200 manat məbləğində verilmiş kredit Ödəniş Planlarına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh3 “24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 02 may 2023-cü il tarixə hesablanmış 9262,08 manat məbləğində əsas borcun, 387,72 manat məbləğində faiz borcunun və 185,23 manat məbləğində cərimənin” və eyni zamanda, “25 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə isə 30 may 2023-cü il tarixə hesablanmış 627,31 manat məbləğində əsas borcun, 113,46 manat məbləğində faiz borcunun və 37,06 manat məbləğində cərimənin” cavabdehlərdən (borcalan Cavabdeh3 və zaminlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2) müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi ilə İddiaçı QSC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Lakin, iş üzrə məhkəmə araşdırması aparılarkən iddiaçı tərəf ərizə və yenidən tərtib edilmiş müvafiq maliyyə arayışları ilə məhkəməyə müraciət edərək, 25 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə tərəflər arasında olan mövcud mübahisənin məhkəmədən kənar öz həllini tapmasını qeyd etmişdir. Ona görə də, hazırkı iddia ərizəsi üzrə 25 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə mövcud borc tələbi aradan qalxdığı və Borcalanın kredit hesabları üzrə yaranmış dəyişiklikləri nəzərə alınaraq, iddiaçı tərəfindən məhkəməyə yenidən 14 sentyabr 2023-cü il tarixli 9225 nömrəli Maliyyə Arayışı təqdim olunmuşdur. X3 ilə müəyyən olunur ki, borc alan Cavabdeh3 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 14 sentyabr 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 8689,25 manat məbləğində əsas borcu, 747,67 manat məbləğində faiz borcu və 373,26 manat məbləğində cərimə borcu vardır. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra edilmiş ödənişlər nəticəsində 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 14 sentyabr 2023-cü il tarixinə ödənilməyən əsas borcun miqdarı 8689,25 manat məbləğində, faiz borcunun miqdarı 747,67 manat məbləğində və cərimənin miqdarı isə 373,26 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh3 (VÖEN **********) və zaminlər (cavabdehlər) Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müvafiq olaraq 19 avqust 2020-ci il tarixli 011L**********23 nömrəli Uzunmüddətli Kredit Müqaviləsini, 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasını, 25 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsini və 19 avqust 2020-ci il tarixli 011S**********03, 19 avqust 2020-ci il tarixli 011S**********02 nömrəli və 25 iyul 2022-ci il tarixli 011G**********01 nömrəli Zaminlik Müqavilərini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Planında (Ödəniş Cədvəlində) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da borcverən İddiaçı QSC-dən alınmış kreditləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mediatora iddia tələbində göstərilən “205 (iki yüz beş) manat” məbləğində deyil, 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir (17 may 2023-cü il tarixli, MŞS/MT030/2023-00918 nömrəli Mediasiya Arayışı). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında cavabdehlər iştirak etməmişlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1);, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2); və müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3). Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, borcalan Cavabdeh3 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Kredit Razılaşması ləğv edilməli və həmin Kredit Razılaşması üzrə yaranmış borc cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Lakin, 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan əsas borc, faiz borcunun və cərimə borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə aparılan məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş 14 sentyabr 2023-cü il tarixli 9225 nömrəli Maliyyə Arayışı mötəbər sübut olaraq nəzərə alınmalı və həmin cavabdehlərdən tutulmalı olan əsas borc, faiz borcu və hesablanmış cərimə məbləğləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, həmin 14 sentyabr 2023-cü il tarixli Maliyyə Arayışına və iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Yəni, 14 sentyabr 2023-cü il tarixli 9225 nömrəli Maliyyə Arayışında "borcalan Cavabdeh3 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 14 sentyabr 2023cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8689,25 manat məbləğində əsas borc, 747,67 manat məbləğində faiz borcu və 373,26 manat məbləğində cərimə borcunun olması” qeyd olunsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada “9262,08 manat məbləğində əsas borcun, 387,72 manat məbləğində faiz bоrcun və 185,23 manat məbləğində cərimə borcunun“ tutulması tələb olunur (yeni Maliyyə Arayışına görə hal-hazırda əsas borcun məbləği azalmışdır). Buna görə də, iddiaçı tərəfin təqdim etdiyi və mötəbər sübut kimi nəzərə alınan 14 sentyabr 2023-cü il tarixli 9225 nömrəli Maliyyə Arayışına əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 8689,25 manat məbləğində əsas borc tutulmalıdır. Lakin, X3nda qeyd edilən "747,67 manat” məbləğində faiz borcu və "373,26 manat" cərimə borcu isə iddiaçı tərəfin hazırkı iddia ərizəsində verilən iddia tələbi ilə təsdiq olunmur və ona görə də, həmin Müqavilə üzrə faiz və cərimə borclarının tutulması hissəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) tələblərinə uyğun olaraq cavabdehlərdən həmin Müqavilə üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 387,22 manat məbləğində faiz bоrcu və 185,23 manat məbləğində cərimə bоrcu tutulmalıdır. Eyni zamanda, iddia tələbi “mediasiya xərci qismində ödənilən 205 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində də qismən əsaslıdır. Çünki, iş materiallarında olan 17 may 2023-cü il tarixli MŞS/MT030/2023-00918 nömrəli Mediasiya Arayışı ilə müəyyən olunur ki, mediasiya xidməti ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mediatora iddia tələbində göstərilən 205 (iki yüz beş) manat məbləğində deyil, 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir və buna görə də, mediatora ödənilmiş 200 (iki yüz) manat pul vəsaiti cavabdehlərə aid edilərək, sonunculardan iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan əlavə, iddiaçı tərəfin məhkəmə araşdırması zamanı məhkəməyə təqdim etdiyi 22 avqust 2023-cü il və 14 sentyabr 2023-cü il tarixli ərizələrinə əsasən iddia tələbində qeyd olunan 25 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə borc mübahisəsi aradan qalxmışdır. Ona görə də, iddianın "cavabdеh Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 borc məbləğinin tutulması" tələbi 25 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsinə aid hissədə və həmin Kredit Müqaviləsi üzrə zamin olan cavabdеh Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Çünki, 25 iyul 2022-ci il tarixli 011G**********01 nömrəli X1 Aydın Pirəmməd oğlu zamin olaraq kredit alan Cavabdeh3 25 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda, 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə isə Cavabdeh1 zamin olması müəyyən olunmadığından, o, həmin Razılaşma üzrə yaranmış hər hansı bir borc öhdəliyinə görə cavab verməli olan şəxs deyildir. Eləcə də, iddiaçı iddia tələbində Cavabdeh3 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 25 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsinin də ləğv edilməsini xahiş etmişdir. Lakin, həmin Kredit Müqaviləsinin müddəti 25 iyul 2023-cü il tarixindən bitdiyindən, onun məhkəmə qaydasında ləğv edilməsi zərurəti də aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh3 (VÖEN **********), Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 8689,25 manat məbləğində əsas borc, 387,72 manat məbləğində faiz borcu, 185,23 manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulmalı və İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 112,62 (yüz on iki manat 62 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 (VÖEN **********), Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 8689,25 (səkkiz min altı yüz səksən doqquz manat 25 qəpik) manat məbləğində əsas borc, 387,72 (üç yüz səksən yeddi manat 72 qəpik) manat məbləğində faiz borcu, 185,23 (yüz səksən beş manat 23 qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 9462,2 (doqquz min dörd yüz altmış iki manat 20 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 24 noyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 112,62 (yüz on iki manat 62 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-982/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-982/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver