Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-989/2021 23.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, iddiaçı "ṫ ıderkrarqA" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 31.08.2015-ci il tarixli, 1849 saylı kredit müqaviləsi üzrə 7200 manat əsas borcun, 2941,30 manat faiz borcunun, cəmi 10141,30 manat borcun, 15.04.2015-ci il tarixli, 1836 saylı kredit müqaviləsi üzrə 6105,98 manat əsas borcun, 1172,99 manat faiz borcunun, cəmi 7278,97 manat borcun, ümumilikdə, hər iki müqavilə üzrə cəmi 17420,27 (on yeddi min dörd yüz iyirmi manat iyirmi yeddi qəpik) manat borc məbləğinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi və borc tələbinin Cavabdeh1 məxsus, ipoteka qoyulmuş Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanında 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 17420,27 (on yeddi min dörd yüz iyirmi manat iyirmi yeddi qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş ərizədə iddiaçı cavabdeh slanov Ənvər Cəllad oğlu tərəfindən borcun tam olaraq ödənildiyini qeyd etmiş və iddiadan imtina edildiyini göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, ərizə qanuna zidd olmadığından və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təmin edilməli, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.4cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52.1, 191, 261- 262 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "ṫ ıderkrarqA" Qapali Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-989/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-989/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver