Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-10/2023 02.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4 MMC-yə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMCyə qarşı - cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2 birgə qaydada: K3711 saylı kredit müqaviləsi üzrə 860,000 (səkkiz yüz altmış min) manat əsas borc, 3,689.98 (üç min altı yüz səksən doqquz manat doxsan səkkiz qəpik) manat faiz borcu, 115,262.74 (yüz on beş min iki yüz altmış iki manat yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 978,952.72 (doqquz yüz yetmiş səkkiz min doqquz yüz əlli iki manat yetmiş iki qəpik) manat borcunun İddiaçı ASCnin xeyrinə tutulması; Tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri,Yasamal rayonu, X6 Naxçivani küçəsi, ev 22, mənzil 36 ünvanında yerləşən yaşayış sahəsinə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu X7 küçəsi, ev 74, mənzil 80 ünvanında yerləşən yaşayış sahəsinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinəyönəldilməsi və qeyd olunan ipoteka predmetlərinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; İpoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh4 MMC-dən, Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun və 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının və Mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh4 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-01015LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixdə GL3711 saylı kredit limiti müqaviləsi imzalanmış və həmin kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2019-cu il tarixli K3711 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Bank tərəfindən Cavabdeh4 MMC-yə illik faiz dərəcəsi 13% olmaqla xx.xx.2020-ci il tarixədək 860,000 (səkkiz yüz altmış min) manat məbləğində kredit xətti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış GL3711 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə: - Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 03 fevral 2020-ci il tarixli İ3297 saylı ipotekamüqaviləsinə əsasən yüklü edilmişdir. İ3297 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2020-ci il tarixli (Reyestr nömrəsi: **********46-10302; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş; - Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri,Yasamal rayonu, X6 Naxçivani küçəsi, ev 22, mənzil 36 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 03 fevral 2020-ci il tarixli İ3299 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İ3299 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2020-ci il tarixli (Reyestr nömrəsi: **********97-05301-093005; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş; - Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu X7 küçəsi, ev 74, mənzil 80 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 03 fevral 2020-ci il tarixli İ3300 saylı ipoteka müqaviləsiilə yüklü edilmişdir. İ33300 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2020-ci il tarixli (Reyestr nömrəsi: **********18-05301- 093003; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş; - Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 05 fevral 2020-ci il tarixli İ3298 saylı ipoteka müqaviləsiilə yüklü edilmişdir. İ3298 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2020-ci il tarixli (Reyestr nömrəsi: **********77-05101- 093006; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Borcalan Cavabdeh4 MMC arasında bağlanmış GL3711 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, Z3777 saylı zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli X4 5 bölməsinin 5.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank kredit müddətini vaxtından əvvəl geri tələb edə bilər. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyanlara “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanın Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 40 (qırx) manat dövlət rüsumu və 120 (yüz iyirmi) manat xidmət haqqı, Mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. Borcalanın xx.xx.2021-ci il tarixinə İddiaçı ASC qarşısında borcu aşağıdakı kimidir: -K3711 saylı maliyyələşdirmə üçün ərizə üzrə 860,000 (səkkiz yüz altmış min) manat əsas borc, 3,689.98 (üç min altı yüz səksən doqquz manat doxsan səkkiz qəpik) manat faiz borcu, 115,262.74 (yüz on beş min iki yüz altmış iki manat yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 978,952.72 (doqquz yüz yetmiş səkkiz min doqquz yüz əlli iki manat yetmiş iki qəpik) manat təşkil edir, gecikmə günün sayı – 228. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında xx.xx.2019-cu il tarixli bank xidmətlərinin göstərilməsinə dair X4 şərtlərinin qəbu etməsi barədə xx.xx.2019-cu il tarixdli razılamşa bağlanmışdır. Ümumi şərtlər toplusu müqaviləsində müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi( akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsidən irəli gələn şərtlər öz əksini tapmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında xx.xx.2019cu il tarixdə bağlanmış GL3711 saylı kredit limiti müqaviləsi əsasında xx.xx.2029-cu il tarixinədək 10.000.000 (on milyon) manat məbləği olmaqla kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli, K3711 saylı kredit müqaviləsinə (maliyyələşdirmə üçün ərizəyə) əsasən, Cavabdeh4 MMC-yə illik 13 faiz dərəcəsi ilə xx.xx.2020-ci il tarixinədək yenidən maliyyələşdirmə məqsədilə 860.000 (səkkiz yüz altmış min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, Z3777 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zamin bankla borcalan arasında xx.xx.2019-cu il tarixli, GL3711 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2020-ci il tarixli, İ3299 saylı ipoteka müqaviləsinə əsasən, 25 dekabr 2019-cu il tarixli, GL3711 saylı kredit limiti müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus, Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, ev 22, mənzil 36 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, ev 22, mənzil 36 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 03 fevral 2020-ci il tarixli, İ3297 saylı ipoteka müqaviləsinə əsasən, 25 dekabr 2019-cu il tarixli, GL3711 saylı kredit limiti müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 03 fevral 2020-ci il tarixli, İ3300 saylı ipoteka müqaviləsinə əsasən, 25 dekabr 2019-cu il tarixli, GL3711 saylı kredit limiti müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 74, mənzil 80 ünvanında yerləşən mənzil İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 74, mənzil 80 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 fevral 2020-ci il tarixli, İ3298 saylı ipoteka müqaviləsinə əsasən, 25 dekabr 2019-cu il tarixli, GL3711 saylı kredit limiti müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus, ünvan 7 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus , ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh4 MMC-yə və Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildiriş göndərilmişdir. İşdə olan sənədlərdən görünür ki İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. Həmçinin, İddiaçı ASC müvafiq ərizələr üçün ümumilikdə 160 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli bildirişin qeydə alınması barədə məktubların surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlər qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayından görünür ki, Cavabdeh4 MMC-nin 10.08.221-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri K3711 saylı maliyyələşdirmə üçün ərizə üzrə 860.000 manat əsas borc, 3.689,98 manat faiz borcu, 115.262,74 manat cərimə borcu olmaqla, cəmi 978.952,72 manat təşkil edir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 400 manat məbləğində mediasiyaya dair xərc İddiaçı ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2022-ci il tarixli, 9/3582 saylı ekspert rəyində qeyd olunur ki, Cavabdeh4 MMC ilə İddiaçı ASC arasında imzalanmış xx.xx.2019-cu il tarixli, K3711 saylı maliyyələşdirmə üçün ərizəsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 860.000 manat, faiz borcu üzrə 3.689,98 manat müəyyən olunur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 iyul 2022-ci il tarixli, 0055 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 230.000 manat, likvid qiyməti 215.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 54 ünvanında yerləşən 39 saylı mənzilin bazar qiyməti 185.000 manat, likvid qiyməti 167.000 manat; Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, ev 22 ünvanında yerləşən 36 saylı mənzilin bazar qiyməti 350.000 manat, likvid qiyməti 315.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 74 ünvanında yerləşən 80 saylı mənzilin bazar qiyməti 320.000 manat, likvid qiyməti 290.000 manat müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh4 MMC-yə kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh4 MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Eyni zamanda iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında sözügedən kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə həmin şəxslərin mülkiyyətində olan daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli, 9/3582 saylı saylı saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli, K3711 saylı müqavilədə əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, K3711 saylı kredit müqaviləsi üzrə 860.000 manat əsas, 3.689,98 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas və faiz borcun tutulması hissəsində iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Belə ki, tərəflər arasında bağlanılmış zaminlik müqavilələrindən görünür ki, borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi, habelə həmin kredit və zaminlik müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabehlər həmin müqavilələrə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh2 tələb etməkdə haqlıdır. Buna görə də iddianın xx.xx.2019-cu il tarixli, K3711 saylı kredit müqaviləsi üzrə 860.000 manat əsas, 3.689,98 manat faiz borcun ödənilməsinə dair hissəsi iş materialları ilə sübut olunduğundan iddia həmin hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iddianın “xx.xx.2019-cu il tarixli, K3711 saylı kredit müqaviləsi üzrə 115.262,74 manat cərimənin ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, K3711 saylı kredit müqaviləsi üzrə 11.600 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında ipoteka müqavilələri bağlanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmet(lər)inə yönəldilərək, həmin əmlak(lar)ın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 215.000 (iki yüz on beş min) manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, ev 22, mənzil 36 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 315.000 (üç yüz on beş min) manat, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 74, mənzil 80 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 290.000 (iki yüz doxsan min) manat, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 167.000 (yüz altmış yeddi min) manat məbləğində müəyyən edilməklə, həmin əmlaklar açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqdan sonra 1 ay ərzində həmin əmlakın boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır və qeyd edilən daşınmaz əmlaklar ipoteka müqaviləsi üzrə kreditlərin qaytarılması üçün ipotekaya qoyulduğundan, borc ödənilmədiyi təqdirdə ipoteka qoyan, ipoteka predmeti olan əmlakdan çıxacağını və boşaldacağını öhdəsinə götürdüyündən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə həmçinin iddia tələbinin “ipoteka predmeti olan daşınmaz əmlak satıldıqdan sonra əmlakın mülkiyyətçiyə təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Məhkəmə qeyd edir ki, əmlakın təhvil verilməsi üçün ilk öncə həmin əmlaka tutma yönəldilməli və o satılmalıdır. Hal-hazırda ipotekaya qoyulmuş əmlaklar satılmamış, münasibətlərə yeni mülkiyyətçilər daxil olmamış, sabiq mülkiyyətçi və orada olan şəxslər yeni mülkiyyətçilər qarşısında daşınmaz əmlakları 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, iddia tələbi “ipoteka predmeti olan daşınmaz əmlaklar satıldıqdan sonra əmlakın mülkiyyətçiyə təhvil verilməsi” hissəsində təmin edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “ipoteka predmeti olan daşınmaz əmlak satıldıqdan sonra əmlakın mülkiyyətçiyə təhvil verilməsi” hissəsi rədd edilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulması” hissəsində təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh2 müştərək qaydada alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, 1.165,45 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, K3711 saylı kredit müqaviləsinə əsasən 860.000 manat əsas borc, 3.689,98 manat faiz borcu, 11.600 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 160 manat rüsum və mediasiya xərci üzrə ödənilmiş 400 manat olmaqla, ümumilikdə 875.849,98 (səkkiz yüz yetmiş beş min səkkiz yüz qırx doqquz manat, doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. 1.165,45 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Tutma Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, ev.22, mənzil 36 ünvanında yerləşən mənzilə, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 74, mənzil 80 ünvanında yerləşən mənzilə, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən mənzilə yönəldilsin. Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 215.000 (iki yüz on beş min) manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, ev 22, mənzil 36 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 315.000 (üç yüz on beş min) manat, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 74, mənzil 80 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 290.000 (iki yüz doxsan min) manat, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 167.000 (yüz altmış yeddi min) manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 860.000 manat əsas borc, 3.689,98 manat faiz borcu, 11.600 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 160 manat rüsum və mediasiya xərci üzrə ödənilmiş 400 manat olmaqla, ümumilikdə 875.849,98 (səkkiz yüz yetmiş beş min səkkiz yüz qırx doqquz manat, doxsan səkkiz qəpik) manat məbləğində pul İddiaçı ASC-yə, 1.165,45 manat məbləğində dövlət rüsumu isə dövlət büdcəsinə ödənilsin. Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh3, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, ev 22, mənzil 36 ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 74, mənzil 80 ünvanında yerləşən mənzilin və ünvan 4 ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi, ev 22, mənzil 36 ünvanında yerləşən mənzil, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 74, mənzil 80 ünvanında yerləşən mənzil və ünvan 4 ünvanında yerləşən mənzil açıq hərracdan satıldıqdan sonra həmin daşınmaz əmlaklar 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-10/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-10/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver