Məhkəmə qərarları › İş №e-2-2(121)-1006/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1006/2023

10.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1006/2023 10.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmiyyətin səhmdarlarının xx.xx.2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağının kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin cəmiyyətin idarə heyətinin sədrinin imzası və möhürü ilə təsdiq edilmiş surətinin, ASC-nin nizamnaməsinin, ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin layihəsinin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, yeni yaranmış MMC-nin Nizamnaməsinin, bölünmə balansının, təhvil aktının Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, cəmiyyətin özəlləşdirilməsi zamanı tərtib olunan Emissiya Prospektində Cəmiyyətin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlərin (debitor borcların, hesabalşma hesabında olan vəsait, kassada olan pul vəsaiti, anbarda olan materiallar və s.) və passivlərin tərkibi əks olunan hissəsinin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, 2019, 2020, 2021-ci illər üzrə Cəmiyyətin maliyyə hesabatlarını, ona əlavələrinin və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə cəmiyyətin illik balanslarının surətlərinin cəmiyyətin idarə heyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, 2019, 2020, 2021-ci illər üzrə cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, cəmiyyətin balansında olan, o cümlədən ayrılan hüquqi şəxsə verilən əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə) idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin (texniki passport), cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın reyestrindən çıxarışların idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, cəmiyyətin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin iddiaçıya təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC-nin səhmdarıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-1-ci maddəsinə əsasən səhmdarlar aşağıda hüquqlara malikdirlər: - cəmiyyətin idarə edilməsində Mülki Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; - qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; - cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; - cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; - cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; - cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; cəmiyyətin xalis mənfəətindən dividend almaq; - cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; - icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; - cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; - bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; - bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. Qeyd edilməlidir ki, yuxarıda sadalanan hüquqların icra olunması Cəmiyyətin rəhbərliyinin vəzifələrinin sui istifadəsi nəticəsində mümkünsüz olmuşdur və adıçəkilən şəxs onun hüquqlarını tam məhdudlaşdırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, AA00019029 nömrəli depo hesabından çıxarışın surətindən görünür ki, İddiaçı nominal dəyəri 2 manat olan 208 ədəd adi adlı səhmin mülkiyyətçisi olmaqla "xxxx" ASC-nin səhmdarıdır. İşdən görünür ki, İddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədrinə xx.xx.2022-ci il tarixdə sorğu ilə müraciət edərək, cəmiyyətin səhmdarlarının xx.xx.2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağının kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin cəmiyyətin idarə heyətinin sədrinin imzası və möhürü ilə təsdiq edilmiş surətinin; ASC-nin nizamnaməsinin, ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin layihəsinin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Yeni yaranmış MMC-nin Nizamnaməsinin, bölünmə balansının, təhvil aktının Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Cəmiyyətin özəlləşdirilməsi zamanı tərtib olunan Emissiya Prospektində Cəmiyyətin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlərin (debitor borcların, hesabalşma hesabında olan vəsait, kassada olan pul vəsaiti, anbarda olan materiallar və s.) və passivlərin tərkibi əks olunan hissəsinin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; 2019,2020, 2021-ci illər üzrə Cəmiyyətin maliyyə hesabatlarını, ona əlavələrinin və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə cəmiyyətin illik balanslarının surətlərinin cəmiyyətin idarə heyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; 2019,2020, 2021-ci illər üzrə cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, cəmiyyətin balansında olan, o cümlədən ayrılan hüquqi şəxsə verilən əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə) idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin (texniki passport), Cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın reyestrindən çıxarışların idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Cəmiyyətin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin ona təqdim olunmasını xahiş etmişdir. Həmin sorğu xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən qəbul edilmişdir. İş materiallarında olan İddiaçı "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli sorğuda tələb olunan sənədlərin 5 gün ərzində təqdim edilmədiyi halda müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 000926 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 15 noyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasıda iştirak etmiş və 20 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin səhmdarıdır. İddiaçının həmin ASC-də ümumilikdə 208 ədəd adi adlı səhmi vardır. Hazırki işdə də iddiaçı ASC-nin səhmdarı kimi iddia ərizəsində adları sadalanan və ASC-nin fəaliyyətinə dair sənədlərin ona təqdim edilməsini xahiş etmiş, lakin həmin sənədlər onlara təqdim edilməmişdir. Bu baxımdan iddiaçı iddia ərizəsində qeyd olunan yalnız ASC-nin səhmdarlarının 12 iyul 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağın kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin, ASC-nin nizamnaməsinin, ASC-nin nizamnaməsinə edilmiş əlavə və dəyişikliklərin layihəsinin, ASC-nin özəlləşdirilməsi zamanı tərtib olunan emissiya prospektində ASC-nin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlər (debitor borcların, hesablaşma hesabında olan vəsait, kassada olan pul vəsaiti, anbarda olan materiallar və s.) və passivlər barədə məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ASC-nin maliyyə hesabatlarının, ona edilmiş əlavələr və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə ASC-nin illik balanslarının surətlərinin, 2019-cu, 2020ci və 2021-ci illər üzrə ASC-nin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, ASC-nin balansında olan əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə), ASC-yə məxsus daşınmaz əmlakların dövlət reyestrindən verilmiş çıxarışların və ASC-nin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. - 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi və ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. - 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir. - 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49- 1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüquqları vardır. - 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. - 107-5.3-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. - 107-6.3-cü maddəsinə əsasən səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. Yuxarıda sadalanan normalara əsasən məhkəmə hesab edir ki, ASC-nin səhmdarlarının 12 iyul 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağın kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin, ASC-nin nizamnaməsinin, ASC-nin nizamnaməsinə edilmiş əlavə və dəyişikliklərin layihəsinin, ASC-nin özəlləşdirilməsi zamanı tərtib olunan emissiya prospektində ASC-nin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlər (debitor borcların, hesablaşma hesabında olan vəsait, kassada olan pul vəsaiti, anbarda olan materiallar və s.) və passivlər barədə məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ASC-nin maliyyə hesabatlarının, ona edilmiş əlavələr və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə ASC-nin illik balanslarının surətlərinin, 2019-cu, 2020ci və 2021-ci illər üzrə ASC-nin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, ASC-nin balansında olan əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə), ASC-yə məxsus daşınmaz əmlakların daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların və ASC-nin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin təsdiq edilmiş surətlərinin iddiaçıya verilməsi əsaslıdır və bu hissədə iddia təmin edilməlidir. Bununla yanaşı, iddia ərizəsində göstərilən digər sənədlərin, yəni, yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balansının, təhvil aktının, o cümlədən 2019, 2020, 2021-ci illər üzrə ayrılan hüquqi şəxsə verilən əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə) iddiaçıya verilməsi ilə bağlı mülki qanunvericilikdə birbaşa norma göstərilmədiyindən, eyni zamanda iddiaçının tələbi qeyrimüəyyən olduğundan məhkəmə hesab edir ki, qeyd olunan sənədlərin təqdim edilməsi hissəsində iddia təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, səhmdarın qanunvericiliklə tənzimlənmiş hüquqlarından hər hansı kənarlaşma məqbul hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 106-cı maddəsində səhmdarın ASC-nin fəaliyyətinə dair məlumatlar almaq hüququ qanunvericiliklə müəyyən edilmiş qayda ilə məhdudlaşdırılmışdır. Bu baxımdan səhmdarın səlahiyyətinin həcminin geniş mənada təfsiri elə həmin bu normanın özü ilə ziddiyyətin yaranmasına gətirib çıxara bilər. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da heç bir məhkəmə iclasında iştirak etməmiş, o cümlədən iddiaya dair hər hansı əsaslandırılmış yazılı etiraz təqdim etməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən tələb olunan sənədlərin hansı səbəblə təqdim olunmadığına dair də münasibət bildirməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddiaçı isə müharibə veteranı olduğu üçün dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ASC-nin səhmdarlarının 12 iyul 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağın kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin, ASC-nin nizamnaməsinin, ASC-nin nizamnaməsinə edilmiş əlavə və dəyişikliklərin layihəsi, ASC-nin özəlləşdirilməsi zamanı tərtib olunan emissiya prospektində ASC-nin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlər və passivlər barədə məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ASC-nin maliyyə hesabatlarının, ona edilmiş əlavələr və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə ASC-nin illik balanslarının surətlərinin, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ASC-nin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, ASC-nin balansında olan əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə), ASC-yə məxsus daşınmaz əmlakların dövlət reyestrindən verilmiş çıxarışların və ASC-nin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin təsdiq edilmiş surətləri İddiaçı təqdim edilsin. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar