Məhkəmə qərarları › İş №e-2-2(121)-1009/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1009/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1009/2023 24.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, №MK-3670/22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; “TuranBank ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, №MK-3670/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 2.935 manat əsas, 464,23 manat faiz, 237,90 manat cərimə borcu olmaqla, cəmi 3.637,13 manat məbləğində borcun və ödənilmiş 60 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı iddia ərizəsinə əlavəyə əsasən, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, №MK-3670/22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, №MK-3670/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 2.935 manat əsas, 484,68 manat faiz, 237,90 manat cərimə borcu olmaqla, cəmi 3.637,13 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 60 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclaslarında və xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasında iddiaçının nümayəndələri iştirak etməmişlər, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında iddiaçı tərəfindən iddia ərizəsi ilə birgə məhkəməyə təqdim edilmiş kredit müqaviləsi və zaminlik müqaviləsi oxunaqlı vəziyyətdə olmadığına görə həmin sənədlərin yenidən təqdim olunması zərurəti ilə əlaqədar məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə baxış iclasının təxirə salınmasına dair xx.xx.2023-cü il tarixli, e-2-2(121)- 1009\2023 nömrəli qərardad qəbul edilmiş, həmin qərardadda xx.xx.2022-ci il tarixli, №MK-3670\22 saylı kredit müqaviləsinin və xx.xx.2022-ci il tarixli, MK-3670\22 saylı zaminlik müqaviləsinin surətlərinin məhkəməyə təqdim edilməsi İddiaçı ASC-nə təklif edilmişdir. Qərardad xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-nin elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixə təxirə salınmış məhkəmə baxış iclasında İddiaçı ASC-nin nümayəndəsi yenə də iştirak etməmişdir, əlavə olaraq iddiaçı tərəfindən tələb olunan sənədlər (müqavilələr) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü və 149.2.5-ci maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, baxılan işdə iddiaçının tələbinin əsası kimi istinad etdiyi əsas fakt qismində iddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələri çıxış edir. Yalnız adı çəkilən müqavilələrə əsasən tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması faktını, həmin münasibətlərin şərtlərini və digər iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını müəyyən etmək mümkündür. İddia ərizəsinə qoşmada kredit və zaminlik müqaviləsinin əsillərinin ərizəyə əlavə edildiyi qeyd olunsa da, iddia ərizəsi ilə birgə elektron qaydada təqdim edilmiş xx.xx.2022-ci il tarixli, №MK- 3670\22 saylı kredit müqaviləsinin və xx.xx.2022-ci il tarixli, MK-3670\22 saylı zaminlik müqaviləsinin surətləri oxunaqlı vəziyyətdə deyildir, təqdim olunmuş şəkli ilə həmin müqavilələrin məzmununu müəyyən etmək mümkün deyildir. Məhz bu səbəbdən, qeyd olunan müqavilələrin oxunaqlı vəziyyətdə olan sutərlərinin elektron qaydada və ya kağız daşıyıcıda məhkəməyə təqdim olunması məqsədi ilə məhkəmə baxış iclasının təxirə salınmasına və bu barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, tələb olunan sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu isə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə iddiaçı tərəfindən maneçilik törədən nöqsanlar kimi qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar