Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-101/2020 18.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoeka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə göndərərək, borclu Cavabdeh vəfat etdiyi, həmçinin e-2-2(086)-329/2019 saylı iş Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən vərəsə müəyyən olunana qədər dayandırıldığından hal-hazırda icraatda olan e-2-2(121)- 101/2020 saylı iş üzrə sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(086)-329/2019 saylı qərardadından görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “11.702,74 (on bir min yeddi yüz iki manat yetmiş dörd qəpik) manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraat Cavabdeh hüquqi varisi (varisləri) müəyyən olunanadək dayandırılması qərara alınmışdır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh vəfat etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci, 260.1-ci, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-101/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-101/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver